247
işlərində, dövlət məmurlarının işə təyin edilməsi və ya
işdən çıxarılmasında əsla müdaxilə etməsin.
1
Bu hadisə 200-ci hicri ilində baş verdi. Lakin çox
keçmədən Məmun şiələrin çox sürətlə inkişaf etməsini,
imama qarşı məhəbbətlərinin daha da şiddətlənməsini,
ümumxalq kütlələrinin, hətta ordu komandirləri və
dövlət məmurlarının çox qəribə şəkildə imama üz
gətirməsini gördükdə öz səhvlərini anladı və çarə
axtarmaq fikrinə düşdü. Nəhayət imamı zəhərləyib şəhid
etdi. Səkkizinci imam şəhid edildikdən sonra hal-hazırda
Məşhəd adlandırılan Tus şəhərində dəfn edildi.
Məmun əqli elmlərin ərəb dilinə tərcüməsinə çox
maraq göstərirdi. Onun təşkil etdiyi böyük bir elmi
məclisdə sair din və məzhəb rəhbərləri iştirak edir, dərin
elmi mübahisələrə girişirdilər. Səkkizinci imam da o
məclisdə iştirak etmiş, sair din və məzhəblərin alimləri ilə
elmi mübahisələr aparmışdı. Bu mübahisələrin çoxu
şiələrin hədis kitablarında mövcuddur.
2
Dostları ilə paylaş: