İMAM
SƏCCAD
Zeynəl-abidin və Səccad ləqəbləri ilə məşhur olan
Əli ibni Hüseyn, üçüncü imamın sağ qalan yeganə oğlu
idi.
Digər üç qardaşı isə Kərbəla hadisəsində şəhid
edilmişdi.
1
Onun anası İran şahı Yezdəgirdin qızı idi.
O həzrət də atası ilə birlikdə Kərbəlaya gəlmişdi, lakin
çox ağır xəstə olduğundan silah götürüb müharibə
1 “Məqatilut-talibin”, səh-52 və 59.
239
etməyə qüdrəti yox idi; ona görə də cihad edib şəhid
olmaqdan məhrum oldu və əsirlərlə birlikdə Şama
göndərildi.
Əsirlik dövrünü keçirdikdən sonra Yezidin göstərişi ilə
ümumxalq etirazlarını yatırlatmaq üçün möhtərəm
şəkildə Mədinəyə yola salındı. O həzrəti ikinci dəfə olaraq
Əməvi xəlifəsi Əbdül Məlikin əmri ilə zəncirə bağlayaraq
Mədinədən Şama apardılar və yenidən oraya qaytardılar.
1
İmam Mədinəyə qayıtdıqdan sonra evin bir guşəsinə
çəkildi və qapını yadların üzünə bağlayaraq ibadətlə
məşğul oldu. Əbu Həmzə Somali və Əbu xalid Kabuli
kimi xüsusi şiələrdən başqa heç kəslə rabitə bərqərar
etmirdi. Əlbəttə, xüsusi şiələrin o həzrətdən əxz etdikləri
maarif şiələrin arasında yayılır və bununla da şiəlik
genişlənməyə başlayırdı ki, onun nəticələri 5-ci imamın
dövründə daha artıq hiss olunmağa başladı.
4-cü
imamın
əsərlərindən
“Səhifeyi-Səccadiyyə”
dualarını qeyd etmək olar ki, 57 duadan ibarət olub, ən
dəqiq ilahi maarifləri əhatə edir və “Ali-Məhəmmədin
Zəburu” adlanır.
4-cü imam 35 il imamət etdikdən sonra bəzi şiə
rəvayətlərinə əsasən əməvi xəlifəsi Hişamın təhriki və
Vəlid ibni Əbdülməlikin əli ilə zəhərləndirildi və 95-ci
hicri ilində vəfat etdi.
2
1 “Təzkirətul-xəvass”, səh-324; “İsbatul-hudat”, 5-ci cild,
səh-242.
2 “Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-176; “Dəlailul-
imamət”, səh-80; “Fusulul-mühimmə”, səh-190.
|