İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə81/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   77   78   79   80   81   82   83   84   ...   93
İSLAMDA-ŞİƏLİK

“Heç vaxt haqq Əlidən, Əli də Haqdan ayrılmaz.”
3
Peyğəmbər (s) vəfat edərkən Əli (ə)-ın 33 yaşı var idi. 
O, bütün dini fəzilətlərdə hamıdan üstün, Peyğəmbər 
(s.ə.v.v) səhabələri arasında ən çox imtiyaza malik 
olmasına baxmayaraq cavan olduğu, müharibələrdə 
Peyğəmbər (s.ə.v.v)-in önündə çoxlu kafir qanları 
axıtması və camaatın onunla düşmən olduğu bəhanə 
edilərək xilafətdən kənarlaşdırıldı; bununla da o həzrət 
müsəlmanların ümumi işindən tamamilə kənarda qaldı. 
Bu müddət ərzində evdə oturub müəyyən şəxslərin təlim-
tərbiyə işləri və həqiqi islam ruhunda maarifləndirmə 
məsələsi ilə məşğul oldu. Bu minvalla Peyğəmbərin (s) 
1 “Fusulul-mühimmə”, səh-20; “Təzkirətul-xəvass”, səh-20-
24; “Yənabiul-məvəd-dət”, səh-63-65. 
2 “Təzkirətul-xəvass”, səh-18; “Fusulul-mühimmə”, səh-21; 
“Mənaqib” (Xarəzmi), səh-74. 
3 “Mənaqibu Ali Əbitalib” (Məhəmməd ibni Əli ibni 
Şəhraşub, Qum çapı), 3-cü cild, səh-62 və 218; “Ğayətul-
məram”, səh-539; “Yənabiul-məvəddət”, səh-104. 


224 
vəfatından sonra üç xəlifənin xilafəti dövranını başa 
vurdu və üçüncü xəlifənin qətlindən sonra camaat o 
həzrətə beyət edərək xilafətə seçdilər. 
Həzrət Əli (ə) özünün 4 il 9 ay davam edən xilafəti 
dövründə 
Peyğəmbərin 
(s) 
sirəsinə, 
rəftar 
və 
davranışlarına əməl etdi, öz xilafətinə inqilabi bir rəng 
verdi və cəmiyyətdə əsaslı islahat işləri apardı. Əlbəttə, bu 
islahatlar bəzi sövdəgərlərin ziyanına tamam olduğuna 
görə də önlərində Ayişə, Təlhə, Zübeyr və Müaviyə 
olmaqla, səhabələrdən bir qrupu üçüncü xəlifənin 
intiqamını bəhanə edərək müxalifətçiliyə başladılar və 
islam ölkəsində iğtişaş yaratdılar. 
O həzrət yaradılan bu fitnəni söndürmək üçün Bəsrə 
yaxınlığında Ayişə, Təlhə və Zübeyrin başladığı silahlı 
qiyamı yatızdırdı və bu zaman tarixdə məşhur olan 
Cəməl müharibəsi baş verdi. Sonrakı müharibə – Siffeyn 
müharibəsi də İraq, Şam sərhədlərində Müaviyə ilə baş 
verdi və bir il yarım davam etdi. Digər bir müharibə isə 
xəvariclə baş verdi və Nəhrəvan adlandırıldı. Buna görə 
də o həzrətin öz xilafəti dövründəki əsas səyləri daxili 
ixtilafların 
aradan 
qaldırılmasına, 
iğtişaşların 
yatırılmasına sərf olundu və qısa müddətdən sonra 40-cı 
hicri ilinin Ramazan ayının 19-da sübh çağı Kufə 
məscidində namaz üstündə xəvaric firqəsindən olan ibni 
Mülcəm tərəfindən zərbətlənərək həmin ayın 21-də şəhid 
oldu.
1
1 “Mənaqibu Ali Əbitalib”, 3-cü cild, səh-312; “Fusulul-
mühimmə”, səh-113-123; “Təzkirətul-xəvass”, səh-172-183. 


225 
Tarixi məlumatlara əsasən, Əmirəl-möminin Əliyyibni 
Əbi Talib (ə) bütün insani kamallara malik idi və heç bir 
nöqsanı yox idi; islami fəzilətlərdə Peyğəmbərin (s) 
yetirməsinin kamil nümunəsi idi. 
O həzrətin şəxsiyyəti ətrafında aparılan tədqiqatlar, 
sünnü və şiə alimləri tərəfindən yazılan kitablar tarix 
boyu heç bir şəxsiyyət barəsində edilməmişdir. Əli (ə) elm 
və bilikdə Peyğəmbər (s) səhabələrinin və sair islam 
əhlinin ən biliklisi idi. O, islamda ilk dəfə olaraq öz elmi 
bəyanları ilə bürhan və istidlal qapısını açdı, ilahi 
maarifdə fəlsəfi bəhsləri işıqlandırdı, Quranın batini 
mənalarından danışdı, Quranın zahirinin qorunub 
saxlanılması üçün ərəb qrammatikasını yaratdı. O, xitabət 
kürsüsündə ən qüdrətli bəyana malik olan şəxsiyyət idi. 
Əli (ə)-ın şücaəti dillər əzbəri idi. Həm Peyğəmbərin (s) 
dövründə, həm də ondan sonra baş verən müharibələrdə 
heç vaxt qorxmamış, əsla iztirab hissi keçirməmişdi. 
Ühüd, Hüneyn, Xeybər və Xəndək müharibələrində 
Peyğəmbərin (s) dostları və səhabələrinin dəfələrlə 
qorxuya 
düşdüyü 
ağır 
şəraitlərdə, 
yaxud 
qaçıb 
dağılışdıqları vaxt o, heç vaxt düşmənə arxa çevirməmiş
onunla döyüşməyə gələn ərəb qəhrəmanları və şücaətli 
pəhləvanlar heç vaxt onun əlindən sağ qurtara 
bilməmişdir. Bununla yanaşı qüdrətin son nöqtəsində 
olduğu vaxt zəifləri öldürmür, qaçanları təqib etmir, qəfil 
hücum etmir, suyu düşmənin üzünə bağlamırdı. Tarixdə 
qeyd olunur ki, o həzrət Xeybər müharibəsində qalaya 


226 
hücum edərək onun qapısının halqasından yapışmış və 
bir təkanla o qapını çıxarıb yerə atmışdı.
1
Həmçinin Məkkə fəth olunan gün Peyğəmbər (s) 
bütləri sındırmağı əmr edəndə Əli (ə) Məkkənin ən böyük 
bütü sayılan və zahiri baxımdan da ən böyük büt olan
Kəbənin 
yuxarı 
başından 
asılan 
Hübəli 
məhz 
Peyğəmbərin (s) əmri ilə onun çiyninə çıxaraq yerindən 
çıxarıb yerə saldı.
2
Əli (ə) dini təqva və haqqa ibadət baxımından da 
yeganə şəxsiyyət idi. Peyğəmbər (s) onun yanına gələrək 
Əli (ə)-ın bəzi xüsusiyyətlərindən gileylənən şəxslərin 
cavabında buyururdu: 
“Əlini məzəmmət etməyin, çünki o 
Allah aşiqidir!”
3
Əbu Dərda adlı bir səhabə gecələrin birində o həzrəti 
Mədinənin xurma bağlarında necə ah-zar edərək Allah 
qorxusundan öldüyünü zənn etmişdi; dərhal o həzrətin 
evinə gəlmiş və Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhraya 
ərinin vəfatı münasibəti ilə başsağlığı vermişdi. Bu zaman 
Peyğəmbərin (s) qızı buyurdu: 
“Mənim əmioğlum 
ölməmişdir, o, ibadətdə Allah qorxusundan qəşş etmişdir. Bu 
hal onun üçün çox baş verir.”
Əli (ə) öz hakimiyyəti altında yaşayan insanlarla 
mehriban rəftar edir, fəqirlərə nəvaziş edib can yandırır, 
onlara ehsan və bəxşiş etməyə çox diqqət yetirirdi. Əlinə 
düşən hər bir şeyi Allah yolunda kasıblara və fəqirlərə 
1 “Təzkirətul-xəvass”, səh-27. 
2 “Təzkirətul-xəvass”, səh-27; “Mənaqib” (Xarəzmi), səh-71. 
3 “Mənaqibu Ali Əbi Talib”, 3-cü cild, səh-221; “Mənaqib” 
(Xarəzmi), səh-92. 


227 
verir, özü isə ən çətin şəraitdə və sadə vəziyyətdə 
yaşayırdı. O həzrət əkinçiliyi sevir, əksər hallarda 
kəhriz,quyu və bulaqlar qazır, ağac əkir, torpaq sahələrini 
abadlaşdırırdı. Bu yolla abad etdiyi hər bir mülkü, qazdığı 
hər bir kəhrizi fəqirlərə vəqf edirdi. “Əlinin sədəqələri” 
adı ilə məşhur olan vəqfləri ömrünün axırlarında çox 
böyük məbləğdə qazanca malik idi (24 min dinar qızıl pul 
dəyərində qeyd olunmuşdur).
1

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin