İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   74   75   76   77   78   79   80   81   ...   93
İSLAMDA-ŞİƏLİK

ƏMƏLLƏRİN
 
BATİNİNDƏ
 
İMAMƏT
 
İmam insanların zahiri əməlləri ilə əlaqədar rəhbər və 
yol göstərən olduğu kimi, onların batinində də rəhbərlik 
məqamına malikdir və o insaniyyət karvanının başında 
duraraq batin yolu ilə insanları Allaha doğru yüksəldir. 
Bu həqiqətin aşkar olması üçün iki müqəddiməyə diqqət 
yetirmək lazımdır: 
1. Şübhəsiz, həm islamın, həm də sair dinlərin nəzərinə 
görə insanın həqiqi və əbədi xoşbəxtliyinin, yaxud 
bədbəxtliyinin səbəbi və amili onun yaxşı və pis 
əməlləridir ki, asimani din yolları ona təlim verir. İnsan 
Allahın ona verdiyi fitrət vasitəsilə də bu işlərin yaxşı və 
ya pis olduğunu dərk edir. 
Allah-taala vəhy və nübuvvət yolu ilə bu əməlləri 
insanların 
təfəkkür 
səviyyəsinə 
uyğun, 
həmçinin 
özümüzün ictimai dilimizlə əmr, nəhy (qadağan), təhsin 
(tərif) və təqdih (qəbahətli bilmə) yolu ilə bəyan edir; itaət 
etmək, yaxud itaətsizlik müqabilində yaxşı əməl 
sahiblərinə və itaət edənlərə bütün insani kamal və 
istəklərin hamısını əhatə edən şirin və əbədi həyat 
müjdəsi verir, zalımlar və yaramaz əməl sahibləri üçün 
hər növ bədbəxtçilik və nakamlıqla yanaşı olan acı əbədi 
həyatı xəbər vermişdir. 
Şübhəsiz, hər bir cəhətdən təsəvvür səviyyəmizdən 
çox-çox yüksəkdə dayanan Allah-taala bizim kimi ictimai 
təfəkkürə malik deyil və ağalıq-nökərlik, sahibkar-fəhlə, 
əmr, nəhy, muzd və mükafat kimi etibari və şərti işlər 
bizim ictimai həyatımızdan kənarda mövcud deyildir; 
ilahi nəzm də Onun yaratdıqlarıdır ki, onda hər bir 


215 
varlığın yaradılışı həqiqi rabitələr və bağlılıqlar 
əsasındadır.
1
 
Peyğəmbəri-Əkrəmin (s) bəyanlarında qeyd olunduğu 
kimi din bizim adi düşüncə səviyyəmizdən qat-qat 
yüksəkdə olan həqiqət və maarifləri əhatə edir. Belə ki, 
Allah-taala təfəkkür səviyyəmizə uyğun olan bəyan və 
bizim üçün dərk olunası bir din nazil etmişdir. 
Buradan belə bir nəticə alınır ki, yaxşı və pis əməllərin 
əbədiyyət dünyasında olan həyat və onun xüsusiyyətləri 
ilə həqiqi bir rabitəsi vardır ki, gələcək həyatın yaxşı və ya 
xoşagəlməz olması bu əməllərin nəticəsidir. 
Başqa sözlə desək, yaxşı və pis əməldən hər biri 
insanın batinində elə gerçəkliklər yaradır ki, onun gələcək 
həyatı məhz bunlardan asılıdır. 
İnsan başa düşsə də, düşməsə də eynilə tərbiyə olunan 
uşağa bənzəyir. Belə ki, o müəllimin “bunu et, onu etmə” 
deyə verdiyi göstərişlərdən başqa bir şey eşitmir, yerinə 
yetirdiyi işlərin zahirindən başqa bir şey başa düşmür. 
Lakin böyüdükdən və təlim-tərbiyə dövrünü keçirdikdən 
sonra öz batinində yaratdığı dəyərli ruhi səciyyələr 
vasitəsilə cəmiyyətdə xoşbəxt həyata malik olacaqdır; 
müəllimin xoşməramla verdiyi göstərişlərdən imtina 
edərsə, bədbəxtliklərdən başqa bir şey əldə etməyəcəkdir. 
1 Qurani-Kərimdən nümunə olaraq aşağıdakı ayəni qeyd 
edirik: 
“Bu aşkar kitaba and olsun! Biz Quranı ərəbcə qərar verdik 
ki, bəlkə ağlınızı işə salasınız və bu Quran Bizim yanımızda 
Ümmül-kitabda ali və hikmətlidir.” “Zuxruf” surəsi, ayə-4. 


216 
Başqa bir misalla, həkimin göstərişləri ilə müəyyən 
müddət dava-darman içən, daim idmanla məşğul olan bir 
xəstəyə bənzəyir; onun, bu halda həkimin göstərişlərini 
icra etməkdən başqa bir işi yoxdur. Lakin bu göstərişlərin 
nəticəsində onun orqanizmində xüsusi halət və normallıq 
meydana gəlir ki, bu da onun sağlamlıq və xoşbəxtliyinin 
səbəbi və mənşəyi olur. 
Bir sözlə, insan bu zahiri həyatın batinində başqa bir 
batini (mənəvi) həyata da malikdir ki, bu da onun 
əməllərindən qaynaqlanır, inkişaf edir. Axirət aləmində 
onun bədbəxtlik və ya xoşbəxtliyinin bu əməllərlə tam 
əlaqəsi vardır. 
Quran bu əqli bəyanı təsdiq edir və bir çox ayələrdə
1
yaxşı əməl və iman sahibləri üçün bu həyatdan daha 
yüksəkdə olan bir həyat, bu ruhdan daha aydın olan bir 
1 Misal üçün bu ayələri qeyd etmək olar: 
“Bütün nəfslər qiyamətdə şahid və məmurla dirilib 
gələcəklər. (Və onlara deyiləcək:) Sən bu həyatda qafil idin, Biz 
qəflət pərdələrini sənin gözündən götürdük, indi sənin gözün 
daha iti olmuşdur.” (“Qaf” surəsi, ayə-21.) 
“Hər kəs mömin olan halda yaxşı bir iş görsə, Biz onu pakizə 
və yaxşı bir həyatla dirildərik.” (“Nəhl” surəsi, ayə-97.) 
“Allah və Onun Rəsulu sizi, sizi dirildən bir şeyə dəvət 
etdiyi zaman ona müsbət cavab verin.” (“Ənfal” surəsi, ayə-24.) 
“Elə bir gün ki, o gündə hər kəs gördüyü yaxşı və pis işi öz 
yanında hazır görər.” (“Ali-İmran” surəsi, ayə-30.) 
“Həqiqətən Biz ölüləri dirildəcəyik, onların əməl və 
əsərlərini qeyd edəcəyik və hər bir şeyi İmami Mübində 
saymışıq.” (“Yasin” surəsi, ayə-12.) 


217 
ruh olduğunu isbat edir və əməllərin batini nəticələrinin 
daimi olaraq insanla yanaşı olduğunu deyir. 
Peyğəmbər hədislərində də bu məsələyə çoxlu işarələr 
edilmişdir.
1
2. Bir çox hallarda bizim hər hansı birimiz öz dediyinə 
əməl etməsə belə, kimi isə yaxşı və ya pis işlərə doğru 
hidayət edir. Lakin hidayət və rəhbərlikləri Allahın əmri 
ilə olan peyğəmbərlər və imamlarda belə bir hal heç vaxt 
müşahidə olunmaz; onlar hidayət etdikləri və rəhbərliyini 
öhdələrinə aldıqları dinə özləri də əməl edir, camaatı 
mənəvi həyata doğru sövq etdikləri halda özləri də 
mənəvi həyata malikdirlər. Çünki Allah Özü bir kəsi 
hidayət etməsə başqalarının da hidayətini ona həvalə 
etməz, Allahın xüsusi hidayətində heç vaxt qanun 
pozuntusuna imkan verilməz. Bu bəyanlardan aşağıdakı 
nəticələri almaq olar: 
1. Hər bir ümmətin peyğəmbər və imamı mənəvi həyat 
kamalında ən yüksək məqama malikdirlər; onlar insanları 
həmin həyata doğru dəvət edir və öz dəvətlərinə lazımi 
və kifayət qədər əməl edib mənəvi həyata malik olurlar. 
2. Onlar bu yolun ilkin şəxsiyyətləri hesab olunurlar; 
rəhbər və başçı olduqlarından hamıdan üstün və fəzilətli 
sayılırlar. 
3. Allahın əmri ilə hər hansı bir ümmətin rəhbərliyini 
əlinə alan şəxs zahiri əməllər mərhələsində rəhbər və yol 
1 “Biharul-ənvar”, 17-ci cild, səh-9; “Vafi” (Feyz), 3-cü hissə, 
səh-33. 


218 
göstərən olduğu kimi, mənəvi həyat mərhələsində də 
rəhbərdir; əməllərin həqiqəti də onun rəhbərliyi ilədir.
1

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin