İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə76/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   72   73   74   75   76   77   78   79   ...   93
İSLAMDA-ŞİƏLİK

İLAHİ
 
MAARİFİN
 
İZAHINDA
 
İMAMƏT
 
Peyğəmbərşünaslıq bölmələrində aydın oldu ki, 
ümumi hidayətin zəruri və sabit qanunlarına uyğun 
1 “Nəhcül-bəlağənin şərhi” (İbni Əbil-hədid), 1-ci cild, səh-
134. 
2 “Tarixi Yəqubi”, 2-ci cild, səh-137. 
3 “Əl-bidayətu vən-nihayə”, 6-cı cild, səh-311. 


211 
olaraq, yaradılışın hər bir növü təkvin əsasında öz növünə 
məxsus olan xoşbəxtlik və kamala doğru hidayət olunub. 
Yaradılış aləminin növlərindən biri olan insan da bu 
ümumi qanundan istisna deyildir; o, həqiqətgörənlik və 
ictimai təfəkkür yolu ilə öz həyatında xüsusi üslubla 
hidayət olunmalıdır ki, onun həm dünya, həm də axirət 
xoşbəxtliyi təmin olunsun. Başqa sözlə desək, bir sıra 
əməli vəzifələri yerinə yetirməli və etiqadları dərk etməli, 
öz həyatını onlarla uyğunlaşdırmalıdır ki, özünün insani 
kamal və xoşbəxtliyini əldə edə bilsin. Deyildiyi kimi, din 
adlandırılan bu həyat proqramlarının dərk olunması əql 
yolu ilə deyil, vəhy və nübuvvət adlı başqa bir üsulladır 
ki, bəşəriyyətin bəzi pak insanları olan peyğəmbərlərdə 
zahir olur. 
Məhz peyğəmbərlər insani təklif və vəzifələri vəhy 
vasitəsilə Allah tərəfindən əldə edərək camaata çatdırırlar 
ki, onların həyatda icra olunması ilə xoşbəxtlikləri təmin 
olunsun. Aydındır ki, bu dəlillə bəşər fərdləri arasında 
belə bir idrakın zəruri olması sübut edildiyi kimi, bu 
proqramların əsasını təhrifdən qoruyub saxlayan və 
camaata çatdıran bir şəxsin varlığının zərurəti də sübut 
olunur. 
Allahın mərhəməti ilə müəyyən şəxslərin insani 
vəzifələri vəhy yolu ilə dərk edərək camaata öyrətmələri, 
eləcə də bu insani-asimani vəzifələrin həmişəlik olaraq 
insaniyyət üçün qorunub saxlanılması, lazım olan surətdə 
camaata öyrədilməsi üçün müəyyən şəxslərin varlığı 
lazımdır. Yəni cəmiyyətdə həmişə elə şəxslər olmalıdır ki, 
Allahın dini onların yanında qorunub saxlanılsın və lazım 
olduqda isə tətbiq edilsin. 


212 
Asimani dinin qorunub saxlanılmasını öhdəsinə alaraq 
Allah tərəfindən belə bir xüsusi vəzifəyə seçilən şəxs 
“imam” adlandırılır. Eləcə də vəhyin ruhunu və nübuvvət 
məqamını daşıyan, dini hökmləri və asimani şəriətləri 
Allah tərəfindən əxz etmək məqamında olan şəxs də 
“peyğəmbər” və “nəbi” adlandırılır. Nübuvvət və 
imamətin həm bir yerdə və bir şəxsdə, həm də ayrı-ayrı 
olması mümkündür. Yuxarıda qeyd olunan dəlillər 
peyğəmbərlərin günahsızlığını, günah qarşısında ismət 
məqamında olduğunu isbat etdiyi kimi, din rəhbərləri və 
məsum imamların da ismətini isbat edir. Çünki Allah 
tərəfindən həmişə həqiqi olan, təhrif edilməmiş, camaat 
arasında təbliğ olunmağa layiq olan bir din olmalıdır və 
bu 
məsələ 
Allah 
tərəfindən 
verilən 
ismət 
və 
toxunulmazlıq olmadan mümkün deyildir. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin