İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə74/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   70   71   72   73   74   75   76   77   ...   93
İSLAMDA-ŞİƏLİK

BU
 
SÖZLƏRİN
 
BİR
 
DAHA
 
QÜVVƏTLƏNDİRİLMƏSİ
 
Peyğəmbərin (s) xəstəliyinin son günləri idi. 
Səhabələrdən bir dəstəsi o həzrətin hüzurunda olduğu 
zaman buyurdu: “Mənim üçün kağız-qələm gətirin, sizin 
üçün elə bir şey yazım ki, məndən sonra (ona riayət 
etməklə) heç vaxt yolunuzu azmayasınız.” Orada 
olanlardan bəzisi dedi: “Bu kişi sayaqlayır, Allahın kitabı 
bizim üçün kifayətdir!!” Sonra orada səs-küy qopdu. 
Peyğəmbər (s) buyurdu: “Ayağa qalxın və mənim 
yanımdan çıxın! Peyğəmbərin (s) hüzurunda səs-küy 
qoparmaq olmaz.”
1
Keçən fəslin mətləblərini nəzərə almaqla, eləcə də bu 
hadisə zamanı Peyğəmbərin (s) qərarının əməli olaraq 
həyata keçməsinə mane olanlara diqqət yetirməklə məlum 
olur ki, elə bu işi törədənlər həmin günün sabahı xilafəti 
öz əllərinə keçirdilər. Xüsusilə birinci xəlifəni Əli (ə)-ın və 
onun yaxın adamlarının xəbəri olmadan seçib, onları artıq 
baş vermiş bir iş qarşısında qərar verdilər. Yuxarıdakı 
hədisdə Peyğəmbərin (s) həzrət Əlini (ə) özünə canişin 
təyin etməkdən başqa bir məqsədinin olduğunu güman 
etmək olarmı? 
Peyğəmbərin 
(s) 
ətrafında 
olanların 
hay-küy 
qoparmaqda məqsədləri onun ciddi mənası (yəni 
1 “Əl-bidayətu vən-nihayə”, 5-ci cild, səh-277; “Nəhcül-
bəlağənin şərhi” (İbni Əbil-hədid), 1-ci cild, səh-133; “Əl-kamilu 
fit-tarix”, 2-ci cild, səh-217; “Tarixur-rusul vəl-muluk”, (Təbəri), 
2-ci cild, səh-436. 


209 
xəstəliyinin şiddətindən sayaqlaması) deyil, o həzrətin 
fikrini əsas məqsəddən yayındırmaq idi. Çünki 
əvvəla:
Peyğəmbər (s) xəstəliyinin bütün dövrlərində hətta bir söz 
belə, yersiz danışmamış, heç kəs də belə bir şey nəql 
etməmişdi. Dini meyarlara əsasən də müsəlmanların 
Allah tərəfindən günahdan amanda olan ilahi bir 
şəxsiyyətin sayaqlamasını deməyə haqları yoxdur. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin