210
Bunlardan əlavə İbni Abbasın nəql etdiyi hədisdə
1
ikinci xəlifə bu həqiqəti etiraf edərək deyirmiş: Mən başa
düşdüm ki, Peyğəmbər (s) xilafəti yazılı
şəkildə Əliyə
vermək istəyir, lakin məsləhətə riayət edilməsi üçün bu
məclisi qarışdırdım. (O deyir:) xilafət Əliyə məxsus idi.
2
Lakin əgər o xilafətə çatsaydı camaatı haqqa
və düz yola
dəvət edəcək və Qüreyş də bu işi qəbul etməyəcəkdi.
Buna görə də onu xilafətdən kənarlaşdırdım.(!!!)
Dini meyarlara əsasən haqdan çıxan adamlar haqqa
vadar
edilməlidir, nəinki qanun pozanın xatirinə haqq
aradan
aparılmalıdır.
Birinci
xəlifəyə
müsəlman
qəbilələrindən bir qrupunun
zəkat verməkdən imtina
etmək xəbəri verildikdə onlara qarşı müharibə əmri
verərək dedi: “Əgər Peyğəmbərə verdikləri iqalı (zəkatı)
mənə verməsələr mən onlarla müharibə edəcəyəm!”
3
Əlbəttə, onun məqsədi bu idi ki, nəyin bahasına olursa-
olsun, haqqı öz yerinə qaytarmaq lazımdır.
Unutmaq
olmaz ki, haqq xilafət məsələsi zəkatı ödəməkdən daha
mühüm və daha dəyərli idi.
Dostları ilə paylaş: