İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə72/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   68   69   70   71   72   73   74   75   ...   93
İSLAMDA-ŞİƏLİK

İMAMƏT

PEYĞƏMBƏRİN
 
CANİŞİNLİYİ
 

 
İSLAMİ
 
HÖKUMƏT
 
İnsan, Allahın ona verdiyi pak fitrətlə heç bir şəkk-
şübhə olmadan dərk edir ki, bir ölkə, bir şəhər, bir kənd, 
bir qəbilə və hətta bir neçə insandan təşkil olunmuş bir 
evdə belə, mütəşəkkil cəmiyyət olduğu üçün həyat heç 
vaxt rəhbər və cəmiyyətin idarə işlərini öhdəsinə alan, 
hakimiyyətlə ayrı-ayrı fərdlərin idarə olunmasına nəzarət 
edən, cəmiyyətin hər bir üzvünü öz ictimai vəzifəsini 
yerinə yetirməyə vadar edən bir şəxs olmadan mümkün 
deyildir. Belə bir şəxs olmadan cəmiyyət öz həyatını 
davam etdirə bilməz və qısa vaxt ərzində cəmiyyət 
dağılar, hərc-mərcliyə düçar olar. 
Buna görə də cəmiyyətin rəhbəri olan (istər cəmiyyət 
böyük olsun, istərsə də kiçik), eləcə də öz vəzifəsini yerinə 
yetirib cəmiyyətə diqqət yetirən şəxs müvəqqəti və ya 
həmişəlik olaraq işdən kənara çəkilsə, əlbəttə, öz yerinə 
bir canişin qoyacaq. O, heç vaxt öz hakimiyyətinin 
hüdudlarını başsız qoyaraq onun tənəzzülə uğramasına 
göz yuma bilməz. 
Bir neçə günlük, yaxud bir neçə aylıq səfərə çıxaraq öz 
əhl-əyalı ilə vidalaşan bir ailə başçısı onlardan hər hansı 
birini (yaxud başqa bir şəxsi) öz yerinə canişin təyin edir, 
mənzilin idarə olunması işlərini ona həvalə edir. Öz əlinin 
altında bir neçə şagirdi, yaxud işçisi olan müəssisə rəisi, 
məktəb müdiri, yaxud dükan sahibi hətta bir neçə saat 
olmadıqda belə, onlardan hər hansı birini öz yerinə qoyur 
ki, başqaları ona müraciət etsinlər. 


197 
İslam dini də ilahi kitabın və Peyğəmbər sünnəsinin 
aşkar buyurduğuna görə fitrət əsasında qurulmuşdur; o 
ictimai bir dindir. Bunu həm onunla agah olanlar, həm də 
yad olanlar onun öz simasında müşahidə edib, Allah və 
Peyğəmbərin bu dinin ictimai yönlərinə yetirdiyi nəzərləri 
heç vaxt inkar edə bilməz. Həm də bu, başqa heç bir şeylə 
müqayisə olunası deyildir. 
Peyğəmbəri-Əkrəm (s) də ictimai məsələləri islamın 
nüfuz 
etdiyi 
yerlərdə 
heç 
vaxt 
tərk 
etməmiş, 
müsəlmanların əlinə keçən hər hansı şəhər və ya kəndə 
elə ilk vaxtlar vali təyin edərək müsəlmanların idarə 
olunması işini ona həvalə edirdi. Hətta cihad meydanına 
göndərdiyi ordularda bəzən müəyyən bir vəziyyətin 
əhəmiyyətini nəzərə alaraq, birdən artıq rəis və ya 
sərkərdəni ardıcıl olaraq onlara təyin edirdi. Hətta 
“Mutə” müharibəsində dörd sərkərdə təyin etmiş və 
buyurmuşdu ki, əgər birincisi öldürülsə ikincisi, ikincisi 
öldürülsə üçüncüsü, üçüncüsü öldürülsə dördüncüsü bu 
ardıcıllıqla qoşuna rəhbərlik etsinlər. 
O həzrət canişinlik məsələsinə də tam diqqət yetirmiş 
və lazım olan hallarda canişin təyin etməyi unutmamışdır. 
O həzrət hər vaxt Mədinədən çıxsaydı öz yerinə bir vali 
təyin edərdi. Məkkədən Mədinəyə hicrət etdiyi və ondan 
hələ heç bir xəbər olmadığı vaxt özünün bir neçə günlük 
işlərini idarə etmək, ona tapşırılan əmanətləri sahiblərinə 
qaytarmaq üçün Əli (ə)-ı öz canişini seçirdi. Həmçinin 
vəfatından sonra da öz borclarını qaytarmaq və şəxsi 
işlərini yerinə yetirməyi bir canişin kimi Əli (ə)-a həvalə 
edirdi. 


198 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin