İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə68/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   64   65   66   67   68   69   70   71   ...   93
İSLAMDA-ŞİƏLİK

İSLAM
 
NƏZƏRİNDƏN
 
ÖLÜM
 
Səthi bir baxışla ölüm insanın məhv olduğunu 
xatırladır və həyatın yalnız doğulduğu vaxtla öldüyü 
vaxt arasında yerləşən qısa bir zaman məhdudəsini əhatə 
etdiyini çatdırır. İslam isə ölümü insanın həyatın bir 
mərhələsindən digər bir mərhələsinə nəql olunması kimi 
təfsir edir. İslam nəzərində insanın əbədi bir həyatı vardır 
ki, onun üçün heç bir son təsəvvür olunmur, ruhun 


183 
bədəndən ayrılmasından ibarət olan ölüm onu həyatın 
digər bir mərhələsinə daxil edir ki, orada xoşbəxt və ya 
bədbəxt olması ölümdən qabaqkı həyat mərhələsində 
yaxşı və ya pis əməl sahibi olmasından asılıdır. 
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Ölməklə məhv 
olduğunuzu heç vaxt güman etməyin, əksinə bir evdən 
başqa bir evə nəql olunursunuz.”
1
BƏRZƏX
 
Quran və sünnədən məlum olur ki, insan ölüm ilə 
ümumi Qiyamət arasında məhdud və müvəqqəti bir 
həyata da malikdir; bu, dünya həyatı ilə axirət həyatı 
arasında vasitə və bərzəx hesab olunur. İnsan öldükdən 
sonra malik olduğu etiqadlar, bu dünyada gördüyü yaxşı 
və ya pis əməllər xüsusi şəkildə araşdırılır, qısa şəkildə 
mühasibə aparıldıqdan sonra alınan nəticəyə əsasən şirin 
və yaxud acı bir həyata məhkum edilir; bu həyat da 
ümumi Qiyamət gününə qədər davam edir. İnsanın 
bərzəx aləmindəki həyatı eynilə müəyyən əməllərin 
araşdırılması üçün məhkəmə orqanına çağırılan, istintaq 
aparılıb müəyyən suallar soruşulan və sənədləri tənzim 
olunan şəxslərin vəziyyətinə oxşayır. Bundan sonra o, 
məhkəmənin vaxtı gəlib çatana qədər müvəqqəti olaraq 
zindanda saxlanılır. İnsanın bərzəxdəki ruhu dünyada 
yaşadığı surətdə olur; yaxşı əməl sahibləri xoşbəxtlik və 
nemət içərisində Allah dərgahına yaxın olan pak 
insanların qonşuluğunda ilahi nemətlərdən bəhrələnir, pis 
1 “Biharul-ənvar”, 3-cü cild, səh-161. (Şeyx Səduqun 
“Etiqadat” kitabından.) 


184 
əməl sahibləri isə bədbəxtliyə, əzaba düçar olur, şeytanlar 
və zəlalət başçıları ilə yoldaş olur. Allah-taala xoşbəxtlik 
və səadət əhlinin vəziyyətini belə bəyan edir: 
“Allah yolunda öldürülən şəxslərin əsla ölü olduğunu 
güman etmə! Onlar öz Rəbblərinin yanında (qürb 
məqamında) ruzilərdən bəhrələnirlər, Allahın Öz fəzl və 
mərhəməti ilə onlara verdiyi şeylər səbəbi ilə şadlıq və 
sevinc içərisindədir, onların ardınca gələn və hələ onlara 
qovuşmayan möminlərə müjdə verib deyirlər ki, onlar 
üçün heç bir qəm-qüssə və qorxu yoxdur. Həm də onlara 
Allahın (vəsfə sığmayan) fəzl və mərhəmətini müjdələyib 
deyirlər ki, Allah möminlərin əcr və savabını heç vaxt zay 
etmir.”
1
Dünya həyatında mal-dövlətlərindən və sərvətlərindən 
qanuni yolla istifadə etməyən başqa qrupu isə belə vəsf 
edir: 
“Nəhayət, onlardan birinin ölümü çatar və deyər: 
Pərvərdigara! Məni (dünyaya) qaytarın, bəlkə zay etdiyim 
ömrüm müqabilində yaxşı bir iş görəm. Xeyr, əsla! Bu 
onun dediyi bir sözdür (onun sözlərinə əhəmiyyət 
verilməz), onların qarşısında Qiyamət gününə qədər 
davam edən bərzəx vardır.”
2

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin