İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə64/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   60   61   62   63   64   65   66   67   ...   93
İSLAMDA-ŞİƏLİK

“Əgər günəşi sağ əlimə, ayı sol 
əlimə qoysanız belə, yeganə Allaha itaət etməkdən və öz 
risalətimi yerinə yetirməkdən əl çəkməyəcəyəm.”
Besətin təqribən onuncu ilində o həzrət “Əbu Talib” 
dərəsindən çıxdıqdan bir müddət sonra yeganə 
himayəçisi olan əmisi Əbu Talib dünyadan getdi; onun 
vəfalı həyat yoldaşı da vəfat etdi. Artıq o həzrətin canı 
heç bir təhlükə qarşısında əmin-amanlıqda deyildi və 
sığınacaq yeri də yox idi. Nəhayət Məkkə bütpərəstləri 
gizlin və məkrli bir tədbir töküb onu öldürmək qərarına 
gəldilər, gecə ikən evini hər tərəfdən mühasirəyə aldılar. 
Onlar qəfildən həzrətin üstünə tökülüb onu tikə-tikə 
doğramaq istəyirdilər. 
Lakin Allah-taala o həzrəti bu məkrli tədbirdən agah 
etdi və ona Yəsribə köçmək əmri verildi. Bu zaman həzrət 
Əlini (ə) öz yatağında yatırdaraq gecə ikən Allahın 
mühafizəsi ilə öz evindən çıxdı, düşmənlərin içindən 
keçdi və Məkkənin bir neçə kilometrliyində yerləşən 
mağaraya sığındı. Düşmənlər üç gün hər yeri axtarıb onu 
tapmaqdan ümidsiz olduqdan sonra Məkkəyə qayıtdılar. 
Bu zaman Peyğəmbər (s) mağaradan çıxıb Yəsribə yola 
düşdü.
Mədinə əhalisi əvvəldən o həzrətə iman gətirib beyət 
etdikləri üçün onu yüksək rəğbətlə qarşıladılar, öz 
canlarını və mallarını onun ixtiyarında qoydular. 
O həzrət Yəsrib şəhərində ilk dəfə olaraq kiçik islami 
cəmiyyət 
təşkil 
etdi, 
şəhərdə 
və 
onun 
ətraf 


172 
məntəqələrində olan yəhudi tayfaları və o nahiyədə 
yerləşən güclü ərəb qəbilələri ilə də müqavilə bağlayıb 
islam dinini yaymağa başladı. Bundan sonra Yəsrib şəhəri 
Mədinətur-Rəsul adı ilə tanındı. 
İslam dini günbəgün genişlənib yayılırdı. Məkkədə 
Qüreyş zalımlarının əlində əsir olan müsəlmanlar tədrici 
olaraq öz ev-eşiklərini buraxaraq Mədinəyə köçüb 
pərvanə kimi Peyğəmbərin (s) ətrafına yığışırdılar. 
Onlara “mühacirlər”, Peyğəmbərin (s) Yəsribdə olan yerli 
köməkçilərinə isə “ənsar” deyilirdi. 
İslam dininin çox sürətlə inkişaf edib yayılmasına 
baxmayaraq, Qüreyş bütpərəstləri və Hicazdakı yəhudi 
tayfaları 
bacardıqları 
qədər 
maneçilik 
törədir, 
müsəlmanların içərisində olan və batində heç bir əmrə 
tabe olmayan münafiqlərin əli ilə hər gün müsəlmanlar 
üçün yeni-yeni müsibətlər, çətinliklər yaradırdılar. 
Nəhayət iş müharibə ilə nəticələndi. Müsəlmanlarla ərəb 
bütpərəstləri və yəhudilər arasında çoxlu müharibələr baş 
verdi ki, onların əksəriyyətində islam ordusu qələbə 
çaldı. Bu müharibələrin sayı 80-a çatır. Bədr, Ühüd, 
Xəndək, Xeybər və s. böyük müharibələrin hamısında 
Peyğəmbər (s) şəxsən iştirak edirdi. Böyük müharibələrin 
hamısında, eləcə də kiçik müharibələrin əksəriyyətində 
qələbə Əli (ə)-ın əli ilə baş verirdi. O həzrət müharibələrin 
heç birində bir addım olsun belə geri çəkilmirdi. 
Hicrətdən sonrakı on il ərzində baş verən bütün 
müharibələrdə müsəlmanlardan 200 nəfərdən az, 
kafirlərdən isə 1000 nəfərə qədər öldürüldü. O həzrətin 
fəaliyyətləri, həmçinin mühacir və ənsarın göstərdiyi on 
illik səylər nəticəsində islam dini Ərəbistan yarmadasının 


173 
hər yerini bürüdü. İran, Roma, Misir, Həbəşistan və s. 
ölkə başçılarının islama dəvət olunması üçün məktublar 
yazılırdı. 
O həzrət fəqirlər kimi yaşayır, maddi cəhətdən aşağı 
sinfə mənsub olması ilə fəxr edir
1
və öz vaxtını bir an 
olsun belə, boş və əbəs işlərə sərf etmirdi. O həzrət 
vaxtını üç yerə bölmüşdü: bir hissəsində Allahla raz-
niyaz edir, ibadətlə məşğul olur, Allahı yad edirdi; bir 
hissəsini ailəsinə və əhl-əyalına sərf edir, mənzil üçün 
lazım olan avadanlıqları təmin edirdi; digər bir hissəsini 
isə camaat üçün ayırmışdı ki, bu vaxtda dini təlimlərin və 
maarifin yayılması, islam cəmiyyətinin idarə olunması, 
mövcud çatışmazlıqları, əxlaqi və qanun pozuntularını 
aradan qaldırmaq, müsəlmanların ehtiyaclarını təmin 
etmək, daxili və xarici rabitələri möhkəmləndirmək və s. 
işlərlə məşğul olurdu. O həzrət Mədinədə on il qaldıqdan 
sonra yəhudi qadının yeməyinə qatdığı zəhər nəticəsində 
ağır xəstəliyə düçar oldu və bir neçə gün əziyyət 
çəkdikdən sonra vəfat etdi. Rəvayətdə qeyd olunduğu 
kimi, o həzrətin dilindən eşidilən son söz qullar və 
qadınlar barəsində söylədiyi tövsiyələr olmuşdur. 
1 Peyğəmbər (s) məşhur bir rəvayətdə buyurur: “Fəqirlik 
mənim iftixarımdır.” (Bu fəslin mətləbləri barədə əlavə 
məlumat almaq üçün “Sireyi İbni Hişam”, “Sireyi Hələbi”, 
“Biharul-ənvar” (6-cı cild) və s. mötəbər kitablara müraciət edə 
bilərsiniz. 


174 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin