İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ


“Və şübhəsiz Quran əziz və öz sərhəddini qoruyan



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə61/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   57   58   59   60   61   62   63   64   ...   93
İSLAMDA-ŞİƏLİK

“Və şübhəsiz Quran əziz və öz sərhəddini qoruyan 
bir kitabdır. Nə öndən, nə də arxadan batil ona yol tapa 
bilməz.”
1
 
Başqa bir ayədə buyurulur: 
“Məhəmməd sizlərdən heç kəsin atası deyildir, 
əksinə o, Allahın peyğəmbəri və peyğəmbərlərin 
sonuncusudur.”
2
 
Başqa bir ayədə isə buyurulur: 
“Sənə kitab nazil etdik, halbuki o, hər bir şeyin 
bəyanedicisidir.”
3
 
PEYĞƏMBƏRLƏR

NÜBUVVƏT
 

 
VƏHYİN
 
HÖCCƏTİ
 
Vəhy və nübuvvət barəsində tədqiqat aparan müasir 
alimlərdən çoxu vəhy, nübuvvət və eləcə də onlarla 
əlaqədar olan sair məsələləri ictimai-psixoloji qaydalar 
1 “Səcdə” surəsi, ayə-41-42 
2 “Əhzab” surəsi, ayə-40 
3 “Nəhl” surəsi, ayə-89 


165 
əsasında izah edərək deyirlər: 
İlahi peyğəmbərlər pak fitrətli, 
böyük himmətli və bəşəriyyəti sevən insanlar olmuşlar. Buna 
görə də onlar maddi və mənəvi cəhətdən inkişaf edərək, 
ictimaiyyətdəki fəsad və eybəcərlikləri islah etmək üçün 
müəyyən qayda-qanunlar tənzim etmiş və xalqı ona doğru 
dəvət etmişlər. O dövrdə insanlar əql və məntiqi qəbul 
etmədiklərindən, camaatı bu qanunlara tabe etdirmək məqsədi 
ilə özünü və öz fikirlərini qeyri-maddi (mücərrəd) aləmlə 
əlaqələndirir, öz pak ruhlarını Ruhul-Qüdüs hesab edir, ondan 
yaranan fikirləri (vəhy və nübüvvəti), ondan nəticə kimi alınan 
vəzifələri (asimani şəriəti) və onları özündə əhatə edən bəyanları 
“asimani kitab” adlandırırdılar. 
Hər kəs asimani kitablara diqqətlə baxsa, xüsusilə 
Qurani-Kərimə və peyğəmbərlərin şəriətinə nəzər salsa, 
heç bir şəkk-şübhə olmadan yuxarıdakı nəzəriyyənin 
düzgün olmadığını başa düşəcəkdir. İlahi peyğəmbərlər 
siyasətbaz deyil, haqq insanlar olmuşlar; onların bütün 
vücudları 
doğruçuluq, 
səfa-səmimiyyətlə 
birgə 
yoğrulmuşdur. Dərk etdikləri şeyi artırıb-azaltmadan 
deyir, dediklərinə də əməl edirdilər; onların iddia 
etdikləri məsələlər qeyb aləmindən onlara bəxş olunan 
rəmzli bir şüur idi; onlar məhz bu yolla xalqın etiqadi və 
əməli vəzifələrini Allahdan alıb camaata çatdırırdılar. 
Buradan aydın olur ki, nübuvvət iddiasını isbat etmək 
üçün güclü dəlil və höccət lazımdır. Peyğəmbərin 
şəriətinin sadəcə olaraq “əql ilə uyğun olduğunu” demək, 
peyğəmbərlik 
iddiasının 
doğru 
olmasının 
isbat 
edilməsində kifayət deyildir. Çünki peyğəmbərçilik 
iddiası edən hər bir şəxs öz şəriətinin doğruluğu ilə 
yanaşı, başqa bir şeyi də iddia edir; o, maddi aləmin 


166 
fövqündə dayanan başqa bir aləmlə vəhy və nübuvvət 
rabitəsinə malik olduğunu və Allah tərəfindən (risalətə) 
məmur olunduğunu deyir. Bu da öz növbəsində dəlil-
sübut tələb edir. Məhz buna görə də (Quranın xəbər 
verdiyi kimi) insanlar həmişə özlərinin sadə zehnləri ilə 
ilahi peyğəmbərlərdən öz iddialarını isbat etmək üçün 
möcüzə istəyirdilər. 
Bu düzgün və sadə məntiqin mənası bundan ibarətdir 
ki, ilahi peyğəmbər başqa insanlarda mövcud olmayan 
bir şeyi iddia edir. Bunun üçün də hökmən qeybi bir 
qüvvə olmalıdır. Allah-taala onu xariqül-adə surətdə Öz 
peyğəmbərinə verməlidir ki, onun vasitəsilə Allahın 
kəlamını eşidərək müəyyən göstəriş və tapşırıqlar 
əsasında camaata çatdırsın. Bu halda peyğəmbər, xalq 
onun nübuvvətinin doğruluğuna inansın deyə, öz 
Allahından başqa bir xariqül-adə iş yaratmasını 
istəyəcəkdir.
Aydındır ki, peyğəmbərdən möcüzə istənilməsi 
məntiqi qanunlara uyğundur; öz nübuvvətini başlanğıcda 
və ya camaatın istəyinə əsasən isbat etmək istəyən 
peyğəmbərə möcüzə göstərmək vacibdir. Qurani-Kərim 
də bu məntiqi təsdiqləyərək bir çox peyğəmbərlərin öz 
risalətlərinin əvvəllərində, yaxud camaatın istəyi ilə 
sonradan möcüzə göstərmələrini nəql etmişdir. 
Əlbəttə, 
tədqiqatçıların 
bir 
çoxu 
möcüzənin 
gerçəkləşməsini inkar etmişlər; lakin onların sözləri etina 
olunacaq dərəcədə əsaslı deyildir. İndiyə qədər təcrübə, 
yaxud axtarış yolu ilə hadisələr üçün gəlib çatan səbəblər 
arasında onların daimi olmasına heç bir dəlilimiz yoxdur 
və heç bir hadisə öz adi səbəb və amillərindən başqa bir 


167 
şeylə gerçəkləşmir; ilahi peyğəmbərlərə mənsub edilən 
möcüzələr də qeyri-mümkün və (üç ədədinin cüt olması 
kimi) əqlin xilafına deyildir; sadəcə olaraq qeyri-adidir. 
Qeyri-adi işlər ruhi məşğələlərlə məşğul olan şəxslərdən 
(yoqlardan) də müşahidə olunmuş və eşidilmişdir. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin