159
xoşbəxtlik və səadətinə təminat verən, bəşəriyyətin
yaradılış yolunda ona doğru hidayət olunası müştərək və
kamil qanun təkvin etibarı ilə insanların öz öhdəsinə
qoyulsaydı, hər bir insan öz həyatındakı fayda və
qazancını, eləcə də sair zəruri olan şeyləri dərk etdiyi
kimi öz əqli ilə o qanunu da dərk edərdi. Lakin indiyə
qədər belə bir qanun görünməmişdir; öz-özünə yaranan,
yaxud indiyə qədər cəmiyyətlərdə olub-keçən millətlər,
şəxslər, sahibkarlar, yaxud bir şəxs tərəfindən icad olunan
belə qanunlar şübhəsiz ki, bəziləri üçün qəbul olunmuş,
bəziləri üçün isə müəmmalı qalmışdır; bəziləri ondan
xəbərdardır, bəziləri isə ondan tamamilə xəbərsizdirlər və
bəşəri quruluş baxımından bir-biri ilə bağlı olan, Allah
verən əqldən bəhrələnən camaatın hamısı bu bölmədə
heç vaxt müştərək idraka malik olmamışlar.
Dostları ilə paylaş: