İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ


“O həmin Allahdır ki, hər bir şeyə onun xilqətini əta



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə56/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   52   53   54   55   56   57   58   59   ...   93
İSLAMDA-ŞİƏLİK

“O həmin Allahdır ki, hər bir şeyə onun xilqətini əta 
edib sonra onu hidayət etdi.”
1
 
Başqa bir ayədə isə buyurulur: 
“O kəs ki, (varlıqları) xəlq edib onu normal hala 
saldı, təqdir edib hidayət etdi.”
2
 
Yenə buyurulur: 
“(Varlıqların) hər birinin müəyyən hədəfi vardır ki, 
(daim) ona doğru gedir.”
3
Yenə buyurur: 
“Biz asimanları, yeri və onların arasında olanları 
oyun oynamaq üçün yaratmamışıq (bunlar hədəfsiz 
yaradılmayıb); onlar yalnız haqq olaraq yaradılmışdır 
(onların yaradılışında müəyyən hədəf və məqsəd 
vardır); lakin camaatın çoxu (bunu) bilməz.”
4
 
XÜSUSİ
 
HİDAYƏT
 
Aydındır ki, insan növü də bu ümumi və külli 
qaydalardan istisna olunmur, yaradılış növlərinin hər 
birinə hakim kəsilən ilkin və təkvini hidayət ona da 
hakim olacaqdır. Belə ki, hər bir növ özünə məxsus olan 
müəyyən qanunauyğunluqla öz kamalına doğru hərəkət 
edir və hidayət yolunu tapır. İnsan da təkvini hidayət 
yolu ilə öz həqiqi kamalına doğru hidayət yolunu tapır. 
İnsanın sair canlılarla bir çox xüsusiyyətlərdə şərik olması 
1 “Taha” surəsi, ayə-50 
2 “Əla” surəsi, ayə-32 
3 “Bəqərə” surəsi, ayə-148 
4 “Duxan” surəsi, ayə-39 


156 
ilə eyni zamanda onu başqa varlıqlardan seçən xüsusi bir 
məziyyəti də vardır ki, ona əql (ağıl) deyilir. 
İnsan məhz əqlin vasitəsilə təfəkkür edir, mümkün 
vasitələrdən öz xeyrinə istifadə edir, asimanın sonsuz 
fəzasına yüksəlir, dəryaların dərinliklərinə baş vurur, 
yerin üstündə növbənöv əşyaları, bitkiləri, heyvanları 
istismar edir, hətta insan növlərindən də bacardığı qədər 
faydalanır. 
İnsan ilkin təbiətinə uyğun olaraq, öz kamal və 
səadətini mütləq azadlıqda görür; lakin onun vücudu 
ictimai və ehtiyacları saysız-hesabsız olduğundan heç 
vaxt təklikdə onları təmin edə bilmir. O, öz insan növləri 
ilə qarşılıqlı əlaqələr yaradaraq həmkarlıq edir, ictimai 
şəkildə yaşadıqda məcburi şəkildə bir çox azadlıqlarını 
bu yolda əldən verir; başqalarından əldə etdiyi qazanc 
müqabilində onlara da müəyyən qədər qazanc verir, 
başqalarının əziyyətinə məruz qaldığı qədər digərlərini 
zəhmətə salır, başqa sözlə məcburiyyət üzündən ictimai 
həmkarlığı qəbul edir. 
Bu həqiqət körpələrin və uşaqların barəsində daha 
aydındır. Onlar ilk əvvəllər öz istəklərinə çatmaq üçün 
inadkarlıq və ağlamaqdan başqa heç bir üsuldan istifadə 
etmir, həmçinin heç bir qayda-qanuna tabe olmaq 
istəmirlər. Lakin fikirlərinin tədricən inkişaf etməsi 
nəticəsində başa düşürlər ki, inadkarlıq və zorakılıqla 
yaşamaq olmaz; yavaş-yavaş ictimai fərdlərin ümumi 
tələblərinə uyğunlaşmağa başlayırlar; nəhayət kamil 
təfəkkürə malik olan ictimai yetkinlik yaşlarında öz 
mühitində 
mövcud 
olan 
ictimai 
qayda-qanunlar 
qarşısında əyilir. İctimai həmkarlığı qəbul etməyin 


157 
ardınca qayda-qanunların varlığı zəruri hesab olunur; bu 
qanunlar cəmiyyətdə tətbiq edilərək ayrı-ayrı fərdlərin 
hər birinin vəzifəsini müəyyən edir və ictimai asayişi 
pozanları öz cəzasına çatdırır. İnsan elə bir qanun istəyir 
ki, onun əməli olaraq icra olunması ilə cəmiyyət 
fərdlərindən hər biri özünün həqiqi xoşbəxtliyinə çatsın, 
onun ictimai dəyərinə bərabər olan səadətə nail olsun. 
Bəşər övladı yarandığı ilk gündən bu ümumi miqyaslı, 
hər tərəfli və əməli qanunlara məftun olmuş, həmişə onu 
öz arzularının sərlövhəsi seçmiş və onun həyata 
keçməsinə çalışmışdır. Aydındır ki, əgər belə bir şey 
mümkün olmasaydı və bəşərin taleyinə yazılmasaydı 
onun 
həmişəlik 
istəyi 
olmazdı.
1
Allah-taala 
bu 
ümumbəşəri və ictimai qanunauyğunluqların həqiqətinə 
işarə edərək buyurur: 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin