2.
PEYĞƏMBƏRŞÜNASLIQ
HƏDƏFƏ
DOĞRU
–
ÜMUMİ
HİDAYƏT
Münasib şəraitlər əsasında əkilən buğda dənəsi inkişaf
etməyə başlayır, dəyişikliklər mərhələsinə keçir, hər an
özünə yeni bir forma alır, dəqiq nəzm və tərtibə əsasən
müəyyən mərhələləri keçir və nəhayət kamil buğda
dənlərinə malik olan bir sünbülə çevrilir. Əgər onun
dənlərindən biri yerə düşsə yenə də əvvəlki prosesi
başlayaraq, axırda öz məqsədinə çatacaqdır. Hər hansı bir
meyvə çəyirdəyini münasib şəraitdə torpağa əkəriksə,
torpağın altında inkişafa başlayaraq öz qabığın yarıb yaşıl
bir rüşeyim şəklinə düşür, dəqiq və əvvəlcədən onun
üçün müəyyən olunmuş bir yolu ötərək böyük və
meyvəli yaşıl bir ağaca çevrilir.
Heyvan nütfəsi isə yumurtada, yaxud ana bətnində
inkişafa başlayır, hələlik nütfə şəklində olan həmin
heyvan ona məxsus olan mərhələləri ötüb keçir, nəhayət
həmin heyvanın kamil nümunəsinə çevrilir.
Əvvəlcədən müəyyən olunan və onun tərəfindən qət
edilən yol bu dünyada müşahidə olunan hər bir varlığın
daxilində qoyulmuşdur və bu da həmin növün taleyidir.
Əvvəlcə dən şəklində olub inkişaf edən yaşıl buğda
sünbülü heç vaxt qoyuna, keçiyə, yaxud filə dönməz;
eləcə də öz növündən olan erkək növ ilə cütləşən
(mayalanan) dişi heyvan heç vaxt buğda və yaxud çinar
ağacı doğmaz. Hətta əgər körpəsinin təbii əməlində,
yaxud bədən üzvlərinin tərkibində bir nöqsanlı hal olarsa
154
məsələn, qoyun bir gözlü doğsa, yaxud sünbülü olmayan
bir buğda şaxəsi əmələ gəlsə, onların hökmən müəyyən
səbəblər nəticəsində anormal olmasına hökm olunur.
Əşyaların yaranışında və keçdiyi inkişaf proseslərində
ardıcıl nəzm və tərtibə, yaradılış növlərindən hər birinin
özünəməməxsus təkamül və dəyişikliyə, xüsusi nizama
malik
olması
inkaredilməz
bir
məsələdir.
Bu
nəzəriyyədən nəticə olaraq iki məsələni qeyd etmək olar:
1. Yaradılış növlərindən hər hansı birinin yarandığı
dövrdən bu dövrü keçdiyi vaxta qədər olan mərhələlər
arasında bir növ qırılmaz rabitə bərqərardır. Məsələn,
qeyd olunan həmin növ özünün yaranış, inkişaf və
dəyişiklik mərhələlərinin hər birində arxadan irəliyə
doğru dəf edilir, qarşı tərəfdən isə cəzb olunur.
2. Qeyd olunan qırılmaz rabitəyə nəzər salmaqla
məlum olur ki, hər bir növün yaranışının əvvəlindən
etibarən keçdiyi mərhələlərin axırıncısı həmin növ
tərəfindən istənilən (mətlub) və təkvini diqqətə malik
olacaqdır. Belə ki, yerə əkilən qoz dənəsindən əvvəlcə
yaşıl rüşeyim çıxır, həmin vaxtdan etibarən böyük bir
ağac olmaq istiqamətində inkişafa başlayır; yumurtanın
içində, yaxud ana bətnində olan rüşeym də yaradılışının
ilk əvvəlindən tam və kamil bir canlı olmaq üçün
müəyyən mərhələləri qət edir.
Qurani-Kərim özünün mütərəqqi təlimlərində (burada
əşyaların yaradılışı, inkişafı və son məqsədə doğru olan
hidayəti mütləq şəkildə Allaha istinad edilir) varlıqların
hər birinin öz kamalı istiqamətində keçdiyi yolları “ilahi
hidayət” adlandırır və bunları Allaha nisbət verərək
buyurur:
|