İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə63/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   59   60   61   62   63   64   65   66   ...   93
İSLAMDA-ŞİƏLİK


NÜBUVVƏTİ
 
Həzrət 
Məhəmməd 
(s) 
ilahi 
peyğəmbərlərin 
sonuncusu, kitab və şəriət sahibidir; müsəlmanlar ona 
iman gətirmişlər. Həzrət Məhəmməd (s) hicri qəməri 
tarixinin başlanmasından 50 il qabaq Hicazın Məkkə 
şəhərində, Qüreyş qəbiləsinin Bəni-haşim sülaləsində 
dünyaya gəlmişdir; atasının adı Əbdüllah, anasının adı 
isə Amənə idi; o həzrət uşaq ikən öz valideynlərini itirmiş 
və babası Əbdülmüttəlibin himayəsinə keçmişdir. O da 
tez bir zamanda dünyasını dəyişdiyi üçün əmisi Əbu 
Talib onu öhdəsinə alaraq öz evinə gətirmişdir. O həzrət 
həmin ailədə böyüyüb boya-başa çatmış, həddi-büluğa 
çatmamış-dan qabaq əmisi ilə ticarət üçün Şama səfər 
etmişdir. 
O həzrət heç bir yerdə elm öyrənmədiyi üçün yazıb-
oxumağı bacarmırdı. Həddi-büluğa çatdıqdan sonra ağıl, 
ədəb-ərkan və əmanətdarlıq kimi insani keyfiyətlərlə 
1 “Şura” surəsi, ayə- 13. Bu şərif ayə imtinan məqamındadır 
və məlumdur ki, əgər ayədə qeyd olunan bu beş nəfərdən 
başqa, şəriət sahibi olan digər bir peyğəmbər olsaydı, mütləq 
qeyd olunmalı idi. 


169 
məşhurluşmışdır. Buna görə də sərvətli Qüreyş 
qadınlarından biri olan Xədicə öz mal-dövlətini onun 
ixtiyarında qoymuş və ticarət işlərini ona həvalə etmişdi. 
O həzrət ticarət məqsədilə Şama bir daha səfərə 
getmiş, öz fərasət, istedad və bacarığı sayəsində çoxlu 
qazanc əldə etmişdi. Çox çəkmədən Xədicə Peyğəmbərlə 
evlənmək təklifi irəli sürdü, həzrət də qəbul etdi və 25 
yaşında ikən onunla ailə həyatı qurdu. Bu evlənmədən 
sonra 40 yaşına qədər həmin halda idi, əql və 
əmanətdarlıqda şöhrəti hər yerə yayılmışdı. O, heç vaxt 
bütə pərəstiş etməmişdi; halbuki o zaman ərəblərin rəsmi 
dini bütpərəstlik idi. O, bəzən camaatın gözündən 
yayınaraq xəlvətə çəkilər, Allahla razi-niyaz edərdi. 
Nəhayət 40 yaşında Həra mağarasında
1
raz-niyaza 
məşğul ikən Allah tərəfindən peyğəmbərliyə seçildi və 
dinin təbliğ olunmasına əmr olundu. Quranın ilk surəsi 
(“Ələq” surəsi) ona nazil oldu və həmin gün öz evinə 
qayıtdı. Yolda əmisi oğlu Əli ibni Əbu Talibi gördü. 
Hadisəni bəyan etdikdən sonra Əli (ə) ona iman gətirdi, 
evə daxil olduqdan sonra isə həyat yoldaşı Xədicə də 
iman gətirdi. 
Peyğəmbəri-Əkrəm (s) camaatı ilk dəfə dinə aşkar 
şəkildə dəvət etdiyi zaman onların çox kəskin əks-
əməlləri ilə qarşılaşdı və bundan sonra məcburiyyət 
qarşısında qalıb gizli fəaliyyət və dəvətə başladı. Yenidən 
ona əmr olundu ki, ən yaxın qohum-əqrəbalarını dinə 
dəvət etsin. Lakin bu dəvətin də heç bir müsbət nəticəsi 
1 Məkkə yaxınlığında yerləşən Təhamə dağındakı mağarının 
adıdır. 


170 
olmadı və Əli ibni Əbu Talibdən başqa heç kəs ona iman 
gətirmədi. 
(Əhli-beyt 
imamlarından 
nəql 
olunan 
hədislərə, eləcə də Əbu Talibin öz şerlərinə istinadən 
şiələr inanırlar ki, Əbu Talib elə ilk vaxtlarda islama iman 
gətirmişdi. Lakin Peyğəmbəri-Əkrəmin (s) yeganə 
himayəçisi olduğundan öz imanını camaatdan gizlədirdi 
ki, Qüreyşin yanında öz zahiri nüfuz və qüvvəsini 
qoruyub saxlaya bilsin.) Bundan sonra Peyğəmbəri-
Əkrəm (s) Allah tərəfindən verilən əmr əsasında aşkar 
şəkildə təbliğə başladı. Məkkə əhalisi o həzrətə ən ağır 
əzab-əziyyət və işgəncələr verməyə başladı. Təzə 
müsəlman olan şəxslərə qarşı Qüreyş tayfasının 
göstərdiyi işgəncə və təzyiqlər elə həddə çatmışdı ki, 
müsəlmanlardan bəziləri öz ev-eşiklərini tərk edərək 
Həbəşistana köçməyə məcbur oldular. Peyğəmbər (s) öz 
əmisi Əbu Talib və Bəni-haşimdən olan qohum-əqrəbası 
ilə birlikdə Əbu Talib dərəsində (Məkkə dərələrindən 
birində olan hasar idi) iqtisadi mühasirədə, həm də son 
dərəcə ağır və acınacaqlı vəziyyətdə yaşayırdılar; heç kəs 
onlarla qaynayıb-qarışmır və alver də etmirdi; onların 
oradan çıxmağa da imkanları yox idi. 
Məkkə bütpərəstləri Peyğəmbərə (s) rəva gördükləri 
hər növ təzyiq, işgəncə, həmçinin vurmaq, döymək, 
təhqir etmək, istehza və məsxərə və işində maneçilik 
törətmələrinə baxmayaraq, bəzən də onu məramından və 
tutduğu yoldan qaytarmaq üçün özlərini zahirdə 
mehriban göstərir, çoxlu mal-dövlət, rəyasət vədəsi 
verirdilər. Lakin o həzrətin nəzərində onların yağlı 
vədələri ilə əzab vədələri eyni səviyyədə idi və bunların 
hamısının Peyğəmbərin (s) səy və fəailyyətlərinin 


171 
genişlənməsindən, əzminin güclənməsindən başqa bir 
nəticəsi olmadı. Qüreyş başçıları çox vaxt o həzrətə 
müraciət edib ona mal-dövlət və rəyasət vədəsi verirdilər. 
Bir dəfə o həzrət onlara dedi: 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin