İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ


Bizdən  başqasına sitayiş



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə60/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   56   57   58   59   60   61   62   63   ...   93
İSLAMDA-ŞİƏLİK

Bizdən 
başqasına sitayiş 
etmir, 
Bizdən 
başqasının əmrinə tabe olmurdular) və Biz onları düz 
yola çatdırdıq.”
1
 
Başqa bir ayədə isə belə buyurur: 
1 “Ənam” surəsi, ayə-87 


162 
“Qeybi 
bilən 
yalnız 
Odur 
və 
Öz 
qeybini 
peyğəmbərlərindən – bəyəndiyi şəxslərdən başqasına 
agah etməz. Bu halda onun (peyğəmbər, yaxud vəhyin) 
arxasından və önündən kamil nəzarət qoyur ki, onlar öz 
ilahi peyğamlarını çatdırsanlar.”
1
PEYĞƏMBƏRLƏR
 

 
ASİMANİ
 
DİN
 
İlahi peyğəmbərlərin vəhy yolu ilə əldə etdikləri və 
ilahi tövsiyələr kimi insanlara çatdırdıqları şeylərin 
məcmusu din adlanır. Din, insanların həqiqi xoşbəxtliyini 
təmin edən vəzifələr və yaşayış üsullarıdır.
2
Asimani din ümumi şəkildə iki hissədən - etiqadi və 
əməli hissələrdən təşkil olunur. Etiqadi hissə bir sıra əsasi 
və gerçək etiqadlardan ibarətdir ki, insan öz həyatının 
əsasını onun üzərində qurmalıdır. Onlar tövhid, nübuvvət 
və məad kimi üç əsas prinsipdən ibarətdir ki, onların hər 
hansı birinə olan etiqada xələl gəldikdə artıq onun 
daşıyıcısı din ardıcılı sayılmır. 
Əməli bölmə isə bir sıra əxlaqi və əməli vəzifələrdən 
ibarətdir; bu da insanın həm aləmlərin pərvərdigarı olan 
Allah qarşısında, həm də cəmiyyət qarşısında malik 
olduğu vəzifələri göstərir. Buradan aydın olur ki, asimani 
şəriətlərdə insan üçün tənzim olunan fərdi vəzifələr iki 
qismdir: Əxlaq və əməllər. Onların hər biri də öz 
növbəsində iki hissəyə bölünür: 
1 “Cin” surəsi, ayə-26-28) 
2 Kitabın müqəddiməsinə müraciət edin. 


163 
a) Birinci qism: Allah ilə əlaqədar olan əməl və 
əxlaqlar, o cümlədən gözəl əxlaq, iman, ixlas, bəndəçilik, 
Allahın əmrinə razı olmaq, təzim, oruc, namaz, qurbanlıq 
kimi əməllər. Bu qismdən olan əməllər “ibadətlər” 
adlandırılır, insanın Allah dərgahında olan bəndəçiliyini 
isbat edir. 
b) Cəmiyyətlə əlaqədar olan layiqli əməllər və əxlaq. 
Məsələn, əxlaq, insanları sevmək, xeyirxahlıq, ədalət, 
səxavət, ticarət və s. ictimai əlaqələr. Bu qism isə 
“müamilələr” adlanır. 
Digər tərəfdən, insan həmişə kamala diqqət yetirir və 
bəşər cəmiyyəti zamanın keçməsi ilə daha da kamilləşir. 
Asimani şəriətlərdə də bu cür təkamülün zahir olması 
zəruridir. Qurani-Kərim də həmin tədrici təkamülü (əql 
yolu ilə əldə edildiyi kimi) təkid edir. Quran ayələrindən 
məlum olduğu kimi, sonradan gələn hər bir din və şəriət 
əvvəlkindən daha kamildir. Allah-taala belə buyurur: 
“Biz kitabı (Quranı) haqq olaraq sənə nazil etdik. 
Halbuki, öz qarşısında olan (Tövrat və İncil kimi kitabları) 
təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna 
şahid) kimi nazil etdik.”
1
Əlbəttə, elmi nəzəriyyələrin göstərdiyi və Quranın 
aşkar buyurduğu kimi insan cəmiyyətinin dünya həyatı 
əbədi deyildir və təbii ki, onun təkamülü də sonsuz 
olmayacaqdır. Buna görə də insanın etiqad və əməl 
baxımından 
olan 
vəzifələrinin 
külliyyatı 
hökmən 
müəyyən bir mərhələdə dayanacaq və bunun ardınca 
etiqadın kamalı və əməli qayda-qanunların genişlənməsi 
1 “Maidə” surəsi, ayə-48 


164 
baxımından mərhələnin axırına çatan şəriət və nübuvvət 
də xətm olunacaqdır. 
Məhz buna görə də Qurani-Kərim islam dininin 
Həzrət Məhəmməd (s)-in dini kimi asimani dinlərin 
axırıncısı və ən kamili olduğunu bəyan etməklə yanaşı, 
özünü nəsx olunmayan (qüvvədən düşməyən) asimani 
kitab, Peyğəmbəri-Əkrəmi (s) peyğəmbərlərin sonuncusu, 
islam dinini isə bütün vəzifələrin göstəricisi olan bir din 
kimi təqdim edərək buyurur: 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin