İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə58/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   54   55   56   57   58   59   60   61   ...   93
İSLAMDA-ŞİƏLİK

VƏHY
 
ADLI
 
SİRLİ
 BİR 
ŞÜUR
 
Yuxarıda 
qeyd 
olunanlardan 
aydın 
olur 
ki, 
bəşəriyyətin əbədi xoşbəxtliyini təmin edən qanunu əql 
dərk edə bilmir və ümumi hidayət nəzəriyyəsinin 
tələbinə əsasən, belə bir idrakın varlığı insanlar üçün 
zəruri olduğundan onlar arasında hökmən başqa bir 
idrak vasitəsi mövcud olmalıdır ki, həyatın həqiqi 
vəzifələrini onlara anladaraq hamının ixtiyarında qoysun. 
Əql və hiss yönündən tamamilə başqa yönə malik olan bu 
idrak və şüur “vəhy şüuru” adlandırılır. Əlbəttə, 
bəşəriyyətdə belə bir qüvvənin yaranması onun bütün 
insanlarda mövcud olmasını tələb etmir. Belə ki, cinsiyyət 
qüvvəsi insanda yaradılmışdır, lakin izdivac ləzzətini 
dərk etmək və ona hazırlaşmaq üçün olan dərk yalnız o 


160 
şəxslərdə mövcud olur ki, həddi-büluğ çağlarına çatmış 
olsunlar. Həddi-büluğa çatmayan şəxslərdə izdivac 
ləzzətini dərk etmək sirli bir şüur olduğu kimi, zühur 
etməmiş şəxslərdə olan vəhy şüuru da bir növ sirli 
şüurdur. 
Allah-taala Öz kəlamında Özünün şəriət vəhyi 
barəsində, eləcə də əqlin bu barədə yetərli olmadığına 
işarə edərək buyurur: 
“Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy 
etdiyimiz kimi sənə də vəhy etdik... O peyğəmbərlər 
bəşəriyyətə (ilahi nemətləri) müjdə verən və onları ilahi 
əzabdan qorxudanlar idi. Ona görə göndərilmişdilər ki, 
bu işdən sonra camaatın Allah qarşısında heç bir 
bəhanəsi (höccəti) olmasın.
1
“ 
(Aydındır ki, əgər əql 
Allahın höccəti tamamlamasında kafi olsaydı, artıq 
höccətin 
tamamlanması 
üçün 
peyğəmbərin 
göndərilməsinə ehtiyac olmazdı.)

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin