İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə65/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   61   62   63   64   65   66   67   68   ...   93
İSLAMDA-ŞİƏLİK

PEYĞƏMBƏRİ
-
ƏKRƏM
 (
S


 
QURANİ-KƏRİM
 
Sair peyğəmbərlərin dövründə olduğu kimi, həzrət 
Məhəmmədin (s) dövründə də xalq ondan möcüzə 
istəyirdilər. 

həzrət 
də 
möcüzənin 
(əvvəlki) 
peyğəmbərlərdə olmasını təkid edirdi. Qurani-Kərim bu 
mətləbi açıq-aşkar şəkildə bəyan etmişdir. 
O həzrətin barəsində çoxlu möcüzələr qeyd 
olunmuşdur ki, onların bəziləri qəti və etimad olunasıdır; 
lakin o həzrətin hazırkı vaxta qədər qalan əbədi möcüzəsi 
onun asimani kitabı olan Qurani-Kərimdir. Qurani-Kərim 
asimani bir kitabdır və onun altı mindən artıq ayəsi 
vardır. O, 114 böyük və kiçik surədən təşkil olunub. 
Qurani-Kərimin ayələri Peyğəmbərin (s) 23 ildən ibarət 
olan besət və təbliği dövründə tədrici olaraq nazil 
olmuşdur. Bir ayədən tutmuş tam bir surəyə qədər 
hamısı o həzrətin müxtəlif hallarında - gecə və gündüz, 
səfərdə və qeyri-səfərdə, müharibə və sülh şəraitində, 
ağır günlərdə və asudə vaxtlarında ona vəhy 
olunmuşdur. 
Qurani-Kərim bir çox ayələrdə öz aşkar bəyanı ilə 
özünü möcüzə kimi təqdim edir və tarixin verdiyi 
şəhadətə əsasən, dövri fəsahət və bəlağətin ən yüksək 
mərhələsində olan ərəbləri, eləcə də gözəl və səlis 
danışıqla söz ustadlığının önündə gedən alim və xətibləri 
mübarizəyə dəvət edərək buyururdu: Əgər Qurani-
Kərimin bəşər sözü olduğunu, yaxud Peyğəmbərin onu 


175 
kimdənsə öyrəndiyini güman edirsinizsə onun oxşarını
1

yaxud on surə
2
, yaxud heç olmasa Quran surəsi kimi bir 
surə gətirin
3
və bu yolda mümkün olan hər bir vasitədən 
istifadə edin. Ərəblərin məşhur söz ustadlarından 
Quranla mübariztələblik qarşısında eşidilən söz “Quran 
sehrdir və onun oxşarını gətirmək bizim qüdrətimizdən 
kənardır” olmuşdur.
4
Qurani-Kərim təkcə fəsahət və bəlağət yolu ilə 
mübarizə etmirdi, bəzən məna baxımından da mübarizə 
tələbini irəli sürür, cinlərin və insanların hamısının fikri 
qüvvəsi ilə mübarizə tələb edirdi. Çünki bəşər həyatının 
bütün proqramlarını əhatə edən bir kitab barəsində 
diqqətlə araşdırma aparsaq, aydın olar ki, o, insaniyyətin 
saysız-hesabsız etiqad, əxlaq və əməllərini geniş bir 
səviyyədə əhatə etmiş, onun bütün incəliklərinə və 
mətləblərinə nəzər yetirmişdir; bunları haqq qərar 
vermiş, haqq din adlandırmışdır. (İslam dinindəki 
mövcud 
olan 
qayda-qanunların 
mənşəyi 
xalqın 
1 Belə ki, buyurulur: “Əgər düz deyirsinizsə, Quranın oxşarı 
olan bir söz gətirin!” “Tur” surəsi, ayə-34. 
2 “Hud” surəsi, ayə-13 
3 “Yoxsa deyirlər ki, (bu Quran) Allaha bağladığı bir 
yalandır?! De: Əgər belədirsə, onda Quran kimi bir surə 
gətirin.” “Yunis” surəsi, ayə-38 
4 Ərəb söz ustalarından biri olan Vəlidin dilindən belə 
deyilir: “(Vəlid çox fikirləşdikdən sonra haqqa arxa çevirdi və 
inadkarlıq edərək) dedi: “Bu Quran (çox cazibəli) sehrdən başqa 
bir şey deyildir, bu Quran bəşər sözündən başqa bir şey 
deyildir.” “Müddəssir” surəsi, ayə 24-25. 


176 
əksəriyyətinin istəyi və meylləri, yaxud zorakı bir şəxsin 
ürəyinin istəyi deyil, həqiqi islahat və haqdan ibarətdir). 
Bu geniş proqramların əsasını yeganə Allaha imandan 
ibarət olan haqq kəlməsi kimi yenilməz bir kəlmə təşkil 
edir və bütün prinsip və maariflər tövhiddən nəticə kimi 
alınır; daha sonra insani əxlaqın ən bəyənilən maarif 
prinsiplərindən nəticə kimi alınaraq proqramlarının 
tərkib hissəsi qərar verilir. 
Daha sonra sonsuz insani əməllər, eləcə də bəşərin 
ictimai və fərdi əməlləri cüzi və külli şəkildə araşdırılmış, 
onların 
yeganəpərəstlikdən 
qaynaqlanan 
vəzifələri 
tənzim edilmişdir. 
İslam dinində üsulidin və füruidin arasında qarşılıqlı 
əlaqə elə bir şəkildədir ki, hər hansı bir bölmədə olan 
əməli hökm diqqətlə araşdırılsa yeganə tövhid kəlməsinə 
qayıdır və tövhid kəlməsi də qayda-qanun və hökmlərlə 
birgə yoğrulmuş halda olur. 
Əlbəttə, yekun tənzimdən əlavə, belə bir geniş 
miqyaslı ayin, özünün bu qədər vəhdət və sıx əlaqəsi ilə, 
hətta onun ibtidai siyahısının tənzim olunması belə, 
nəinki qısa müddət ərzində minlərlə çətinlik və 
giriftarçılıq arasında çalışan, öz canını, malını daxili və 
xarici düşmənlərin törətdikləri maniələr və qanlı 
müharibələr yolunda qoyan bir insanın, hətta dünya 
hüquqşünaslarından olan adi bir şəxsin qüvvəsindən 
belə, xaricdədir. 
Bunu da nəzərə almalıyıq ki, Peyğəmbəri-Əkrəm (s) 
heç 
bir 
müəllim 
görməmişdi, 
yazıb-oxumağı 
öyrənməmişdi və öz dəvə-tindən əvvəl həyatının üçdə 


177 
ikisini
1
heç bir mədəniyyət görməyən, ot-ələfi, münasib 
iqlim şəraiti olmayan, ən ağır şəraitdə iqtisadi şəraitdə 
yaşayan və hər gün istismarçı dövlətlərdən birinin işğalı 
altında olan bir qövm arasında keçirmişdi. 
Bunlardan əlavə, Qurani-Kərim başqa bir yolla da öz 
müxaliflərini mübarizəyə çağırır; o da bundan ibarətdir 
ki, bu kitab bir-biri ilə fərqlənən tam müxtəlif 
şəraitlərdən, o cümlədən çətinlik-asudəçilik, müharibə-
sülh, qüdrət-zəiflik və s. şəraitlərdən ibarət olan 23 il 
ərzində tədricən nazil olmuşdur. Əgər Allah tərəfindən 
nazil olan deyil, bəşərin düzəltdiyi bir kitab olsaydı, onda 
tədrici təkamülün tələb etdiyinə görə çoxlu təzad və 
ziddiyyətlər yaranar, axırı əvvəlindən daha möhkəm və 
mütərəqqi olardı. Halbuki, bu kitabın Məkki ayələri 
Mədəni ayələri ilə eyni səviyyədədir; axırı əvvəlindən 
fərqlənmir, elə bir kitabdır ki, onun cüzləri və hissələri bir 
birinə oxşayır, onun heyrətə salan bəyan qüdrəti də hər 
1 Belə ki, Peyğəmbəri-Əkrəm (s)-in öz dilindən buyurulur: 
“Mən nübuvvətimdən və Quranın nazil olmasından öncə, bir 
ömür sizin aranızda yaşamışam, əqlinizi işə salmırsınızmı?!” 
Yenə buyurulur: “Sən, Quranın nazil olmasından əvvəl heç 
bir yazını oxuya bilmirdin, öz əlin ilə də yaza bilmirdin.” 
“Ənkəbut” surəsi, ayə-48 
Həmçinin buyurulur: “Əgər Bizim Öz bəndəmizə nazil 
etdiyimizdə (Quranda) şəkk-şübhədə olsanız, onda (yazıb-
oxumamaq, heç bir müəllim görməmək kimi) vücud 
şəraitlərində Məhəmməd kimi olan bir şəxsdən bir surə gətirin 
ki, Quranın Allah kəlamı olmamasını isbat edə biləsiniz.” 
“Bəqərə” surəsi, ayə- 23. 


178 
yerində eyni bir səviyyədədir.
1
1 Belə ki, buyurulur: “Quranda dərindən düşünüb tədəbbür 
etmirlərmi?! Əgər o, Allahdan başqasının tərəfindən olsaydı, 
onda çoxlu ixtilaf tapardınız.” “Nisa” surəsi, ayə-82. 


179 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin