149
olunubdur. Bu həqiqət bütün dünya varlıqlarında, eləcə
də onda baş verən hadisələrdə heç bir istisna olmadan
cərəyan edir və qüvvədədir.
Qurani-Kərim öz təlimlərində bu həqiqəti “qədər”
adlandırır, onu bütün varlıqların mənşəyi olan Allaha
nisbət verib buyurur:
“Həqiqətən Biz hər bir şeyi qədər ilə xəlq etdik.”
1
Başqa bir ayədə buyurulur:
“Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim
yanımızda olmasın; Biz də onu yalnız məlum qədərdə
nazil edirik.”
2
İlahi qəza səbəbi ilə yaradılış aləmində yer tutan,
qərarlaşan hər bir varlıq və hadisənin vücudu zəruri və
qaçılmazdır. Həmçinin qədər səbəbi ilə vücuda gələn hər
bir varlıq və hadisə Allah tərəfindən onun üçün müəyyən
olunmuş əndazədən azacıq da olsa, kənara çıxmır.
Dostları ilə paylaş: