144
dəyərinə malik olmasına və vücud əsərlərinin artmasına
səbəb olur. Bu məsələ hər hansı bir canlı, elimli və
bacarıqlı varlığı ölü, elimsiz, qüdrətsiz bir varlıqla
müqayisə etdikdə məlum olur. Qeyri-kamal sifətlərində
isə məsələ tam əksinədir.
Qeyri-kamal
sifətlərinin
mənası
barədə
dəqiq
fikirləşdikdə, onun mənfi mənaya malik olduğu üçün
kamaldan məhrum olmasından, bir növ vücud dəyərinə
malik olmamasından danışıldığı məlum olar. Cəhalət,
acizlik, çirkinlik, sağlam olmamaq və s.-ni buna misal
göstərmək olar. Deməli, qeyri-kamal sifətlərinin inkar
olunması kamal sifətlərinin mənasını aşılayır. Məsələn,
nadanlığın inkar olunması elimli olmaq mənasını,
zəifliyin inkar olunması isə qüdrətli olmaq mənasını
çatdırır.
Buna görə Qurani-Kərim hər bir kamal sifətini birbaşa
Allah üçün isbat edir, hər bir qeyri-kamal sifətlərini
Ondan uzaq bilir, həmçinin nöqsan sifətinin mənfiləşmiş
mənasını Allah üçün isbat edib buyurur:
Dostları ilə paylaş: