İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə48/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   44   45   46   47   48   49   50   51   ...   93
İSLAMDA-ŞİƏLİK

ZAT
 

 
SİFƏT
 
Əgər əqli cəhətdən hər hansı bir insanı araşdırsaq, 
onun şəxsi insaniyyətindən ibarət olan bir zata malik 
olduğunu görəcəyik. Onun müəyyən sifətləri də vardır 
ki, zatı həmin sifətlərlə tanınar. Məsələn, “filan şəxsin 
oğludur”, “çox biliklidir”, “qüdrətlidir”, “uca boyludur”, 
“gözəldir”; bu kimi sifətlərin əksini də deyə bilərik. 
Bu sifətlərdən bəzilərinin (birinci və ikinci sifət kimi) 
zatından ayrıla bilmədiyinə, bəzilərinin isə (bilikli və 
qüdrətli olmasının) ondan ayrılmasının və dəyişilməsinin 
mümkün olmasına baxmayaraq, hər bir halda bu sifətlər 
onun zatından ayrıdır, öz aralarında da bir-birlərindən 
fərqlənir. 
Bu mətləb (zat ilə sifətin, eləcə də sifətlərin öz 
aralarında fərqli olması) sifətə malik olan zatın, eləcə də 
zatın təqdimedicisi olan sifətin – hər ikisinin məhdud 
olmasına ən yaxşı dəlildir. Çünki əgər zat qeyri-məhdud 
olsaydı sifətləri də əhatə edərdi. Həmçinin əgər sifətlər 
qeyri-məhdud olsaydı bir-birini əhatə edər və nəticədə 
hamısı bir şey olardı. Məsələn, fərz olunan insanın zatı 
elə həmin qüdrət olar, həmçinin bacarıqlı, elimli, uca 
boylu olması, gözəlliyi və s. hamısı bir-birində eyniyyət 
təşkil edər və artıq bu mənaların hamısı birdən artıq 
məna kəsb etməzdi. 
Qeyd olunanlardan aydın olur ki, Allahın zatı üçün 
sifət (yuxarıda qeyd olunan mənalara olan sifət) 
olduğunu isbat etmək olmaz. Çünki (bu halda) qeyri-
məhdud, sonsuz sifət baş vermir və Onun müqəddəs zatı 
hər bir məhdudiyyətdən (hətta hər hansı bir sifətin isbat 


142 
olunması sayılan “tənzih”dən belə) pakdır. 
İLAHİ
 
SİFƏTLƏRİN

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin