İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə69/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   65   66   67   68   69   70   71   72   ...   93
İSLAMDA-ŞİƏLİK

QİYAMƏT
 
GÜNÜ
 
Asimani kitablar içərisində Quran Qiyamət barəsində 
müfəssəl şəkildə danışan yeganə kitabdır. Tövrat bu gün 
1 “Ali-İmran” surəsi, ayə-169. 
2 “Muminun” surəsi, ayə-99-100. 


185 
barəsində əsla söhbət açmamış, İncil isə cüzi işarədən 
başqa bir şey bəyan etməmişdir. Quranın yüzlərlə 
ayəsində Qiyamət günü müxtəlif adlarla yad edilmiş, bu 
gündə dünya və onun əhalisinin malik olduqları tale 
barəsində bəzən qısa şəkildə, bəzən isə geniş şəkildə 
izahlar verilmişdir. 
Quran dəfələrlə xatırladır ki, Qiyamət gününə iman 
Allaha imanla yanaşı olub islamın üçlük təşkil edən 
etiqadi prinsiplərindən biridir ki, ona malik olmayan şəxs 
(məadı inkar edən şəxs) islam dinindən xaric olub, əbədi 
həlakətə düçar olanlar sırasındadır. 
Həqiqət də məhz belədir. Çünki əgər Allah tərəfindən 
insanların əməl və işlərinin hesabı, cəza və mükafat 
məsələsi olmasaydı, Allahın fərman, əmr və nəhylər 
məcmuəsindən ibarət olan dini dəvət heç bir təsirə malik 
olmazdı; təsir baxımından təbliğ və nübuvvətin olub-
olmaması eyni səviyyədə olacaq, hətta onun olmaması 
olmasından daha üstün sayılacaqdı. Çünki dini qəbul 
edib, şəriət qayda-qanunlarına tabe olmaq hökmən özü ilə 
müəyyən mükəlləfiyyətlər gətirir və azadlığın alınmasına 
səbəb olur. Halbuki, əgər dinə tabe olmağın heç bir 
nəticəsi olmasaydı, camaat onu heç vaxt qəbul etməz və 
öz təbii azadlıqlarından əl çəkməzdi. 
Buradan 
aydın 
olur 
ki, 
Qiyamət 
gününün 
xatırladılmasının 
əhəmiyyəti 
dini 
dəvətin 
öz 
əhəmiyyətinə bərabərdir. 
Eləcə də aydın olur ki, Qiyamət gününə iman insanın 
təqvalı olub çirkin və bəyənilməz əxlaqdan, böyük 
günahlardan çəkinməsinin ən mühüm amilidir. Belə ki, 
ona imanlı olmamaq və yaxud unutmaq da hər növ 


186 
günahın mənşəyi sayılır. Allah-taala Öz kitabında belə 
buyurur: 
“Həqiqətən Allah yolundan çıxaraq azğınlığa düşənlər 
üçün ağır bir əzab vardır, çünki onlar Qiyamət gününü 
unutmuşlar.”
1
Aydın olduğu kimi, bu şərif ayədə Qiyamət gününün 
unudulması azğınçılıq hesab olunur. İnsan və dünyanın 
yaradılışında, eləcə də asimani şəriətlərin hədəf və 
məqsədində dərindən diqqət yetirilməsi ilə belə bir günün 
(Qiyamət gününün) irəlidə olduğu tamamilə aşkar olur. 
Biz yaradılış aləmində gerçəkləşən işlərə diqqətlə 
yanaşsaq məlum olar ki, heç bir iş (belə ki, zəruri olaraq 
müəyyən qədər hərəkətə də şamil olur) sabit bir hədəf 
olmadan yerinə yetirilmir; heç vaxt bir işin özü müstəqil 
şəkildə insanın məqsədi və istədiyi şey deyil, əksinə 
bunların hamısı müəyyən bir hədəfin müqəddiməsidir və 
məhz ona görə istənilir. Hətta səthi nəzərlə yanaşdıqda 
məqsədsiz sayılan müəyyən işlərə, o cümlədən təbii işlərə, 
uşaq oyunlarına və s. diqqətlə nəzər saldıqda onun 
növünə uyğun olan məqsəd və hədəflərin olduğu 
aydınlaşır. Belə ki, ümumi halda hərəkət qəbilindən olan 
təbii işlərdə hərəkət hansı istiqamətə gedirsə, həmin 
istiqamət onun məqsədi və hədəfidir. Uşaqlara xas olan 
oyunlarda isə oyunun növünə münasib olan xəyali bir 
hədəf vardır ki, oyunda istənilən şey həmin xəyali 
məqsədə çatmaqdan ibarətdir. 
İnsanın və dünyanın yaradılışı Allahın işidir və Allah 
heç vaxt əbəs və hədəfsiz bir iş görməz. O, yaradılışda 
1 “Sad” surəsi, ayə-26. 


187 
sabit bir məqsəd güdmədən və sabit bir hədəfi izləmədən 
daim yaradıb ruzi verdikdən sonra öldürməsi və yenidən 
dirildib ruzi verib sonra yenidən öldürməsi, həmçinin bir 
şeyi düzəldib sonra bir-birinə qarşıdırması və s. işlərdən 
çox-çox pak və münəzzəhdir. 
Deməli, insan və dünyanın yaradılışı üçün hökmən 
sabit bir hədəf və məqsəd vardır. Əlbəttə, onun faydası 
hər şeydən ehtiyacsız olan Allaha deyil, yaranmışlara 
qayıdır. Deməli, insan və dünya sabit bir yaradılışa, daha 
kamil vücuda doğru irəliləyir ki, onda heç bir fanilik və 
puçluq yoxdur. Həmçinin dini tərbiyə baxımından 
camaatın vəziyyətinə diqqətlə yanaşsaq görərik ki, 
insanlar bu tərbiyə və ilahi hidayət nəticəsində yaxşı və 
pis əməl sahibləri olaraq iki qrupa bölünürlər. Bununla 
belə, bu həyat nəşəsində ayrıseçkilik və imtiyaz yoxdur. 
Əksinə, əksər hallarda müvəffəqiyyət və inkişaf zalımlara 
və bəd əməl sahiblərinə nəsib olur, yaxşı əməl sahibləri 
həmişə giriftarçılıqda, çətin məişətdə, ağır həyat 
şəraitində yaşayır və cürbəcür məhrumiyyətlərə, zülmlərə 
düçar olurlar. 
Belə olan halda ilahi ədalət tələb edir ki, başqa bir 
həyat da mövcud olsun; onda qeyd olunan iki dəstədən 
hər biri öz əməlinin cəzasını və əvəzini görsünlər; hər biri 
öz halına münasib olaraq həyat sürsün. Allah-taala Öz 
kitabında bu iki höccətə işarə edərək buyurur: 
“Biz asimanları, yeri və onların arasında olanları əbəs 
yerə yaratmamışıq (onları yalnız haqq əsasında hikmət və 
məsləhətə uyğun xəlq etmişik), lakin camaatın əksəriyyəti 
agah deyillər.” (Ağıldan uzaq olan bu ehtimal Allaha 
qarşı kafir olan şəxslərin etdiyi gümandır, vay olsun bu 


188 
kafirlərin halına! Onlara vədə verilən atəş...! Məgər Biz 
iman gətirib yaxşı iş görənləri yer üzündə fitnə-fəsad 
törədənlər kimi qiymətləndirərikmi? Yaxud pəhrizkarları 
günah əhli kimi qərar verərikmi?) 
Başqa bir ayədə iki höccəti cəm edərək buyurur: 
“Yoxsa cinayət törədib pis iş görənlər güman edirlər ki, 
Biz onları iman gətirib yaxşı iş görənlər kimi qərar 
verəcəyik ki, onların ölümləri və həyatları bərabər olsun? 
Onların etdiyi hökm necə də pis hökmdür! Allah 
asimanları və yeri haqq olaraq yaratdı (əbəs yerə 
yaratmadı) ki, hər nəfsə öz əməli ilə kəsb etdiyi şeylər 
əvəz olaraq verilsin və camaata zülm olunmasın.” 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin