BAŞQA
BİR
İZAH
Bu kitabın ikinci bölməsində Quranın zahiri və batini
mənaları izah edilərkən qeyd olundu ki, müqəddəs
kitabımızda islami maariflər müxtəlif yollarla bəyan
olunmuşdur. Həmin yollar ümumi şəkildə iki qismə -
zahir və batinə bölünür.
Zahir yolu ilə bəyan olunanlar sadə olub, ümumi
kütlələrin düşüncə səviyyəsi ilə uyğundur. Amma batin
yolu ilə çatdırılan izahlar xüsusi şəxslərə aiddir və mənəvi
həyat ruhu ilə dərk olunur.
Zahir yolundan qaynaqlanan bəyan Allah-taalanı
yaradılış dünyasının mütləq rəhbəri və fərman verəni
hesab edib buyurur ki, bütün mülk aləmi Ona məxsusdur,
Allah-taala saysız-hesabsız mələklər yaratmışdır. Onlar
Allahın əmrlərinə itaət edərək fərmanlarını icra edirlər.
Allah dünyanın hər bir tərəfinə, hər bir yerinə əmr verir,
dünyanın hər bir qisminin yaradılışı və nizam-intizamı
189
mələklərdən olan xüsusi bir qrupa aiddir ki, onlar həmin
hissənin vəkilləri sayılırlar. İnsan növü də Allahın
yaratdıqlarından və bəndələrindəndir ki, Onun əmr və
fərmanlarına qulaq asmalı, Allaha itaət etməlidir.
Peyğəmbərlər də ilahi çağırışları, Allahın qanun və
şəriətlərini gətirən insanlardır ki, Allah onları insanlara
doğru göndərmiş və bu qanunların icra olunmasını tələb
etmişdir.
Allah-taala iman və itaətə savab və mükafat vədəsi,
küfr və günaha isə cəza və əzab vədəsi verdiyinə, digər
tərəfdən də vədəsinə xilaf çıxmayacağını buyurduğuna və
adil olduğuna görə Öz ədalətinin tələbi ilə başqa bir
dünyada yaxşı əməl və pis əməl sahiblərinin bu dünyada
öz (yaxşı və ya pis) əməllərinə müvafiq yaşamadıqları
üçün o dünyada bir-birindən ayırmalı, yaxşılara yaxşı
həyat, pis əməl sahiblərinə isə pis və xoşagəlməz həyat əta
etməlidir.
Allah Öz ədalətinin tələbi ilə vədə verdiyinə uyğun
olaraq, bu dünyada olan insanları istisnasız şəkildə
ölümdən sonra yenidən dirildəcək, onların etiqad və
əməllərini incəliklərinə qədər araşdıracaq, onların
arasında haqq əsasında mühakimə edəcək və nəticədə hər
bir haqq sahibinin haqı özünə qaytarılacaq, hər bir
məzlumun haqqı zalımdan alınacaq, hər kəsin əməlinin
mükafatı (əvəzi) özünə veriləcək, bəziləri əbədi behiştə,
digər bir qrup isə əbədi cəhənnəmə məhkum olunacaqdır.
Bu, Quranın zahiri bəyanıdır və əlbəttə öz yerində
doğru və düzgündür; lakin bu anlayışlar insanın ictimai
təfəkkürünün
məhsulu
olan
maddədən
tənzim
190
olunmuşdur ki, onun faydası daha ümumi və əməlinin
hüdudları daha geniş olsun.
Həqiqət vadisində az-çox olan, Quranın batini bəyanı
ilə müəyyən qədər tanış olan şəxslər bu bəyanlardan adi
və sadə camaatın idrakının səviyyəsindən çox-çox
yüksəkdə olan müəyyən mətləbləri başa düşürlər. Quran
da öz əbədi çağırışlarında bəzən bu bəyanların batini
məqsədini çatdıran məsələləri xatırladır.
Quran öz müxtəlif bəyanları ilə qısa şəkildə buyurur ki,
insan da daxil olmaqla, bütün yaradılış aləmi öz təkvini
seyri ilə Allaha doğru hərəkət edir; onlar bir zaman öz
hərəkətini sona çatdıraraq ilahi əzəmət müqabilində öz
müstəqilliklərini tamamilə əldən verəcəklər. İnsan da
dünyanın bir varlığıdır, onun təkamülü isə şüur və elm
yolu ilədir. O Allah dərgahına doğru çox sürətlə hərəkət
edir, öz hərəkətini axıra çatdırdığı bir gün Allahın haqq və
yeganə olmasını əyani olaraq müşahidə edəcək və
görəcəkdir ki, qüdrət, mülk və hər bir kamal sifəti yalnız
Allahın müqəddəs zatına məxsusdur. Məhz bu yolla da
əşyalar real varlıqları ilə ona aşkar olunacaqdır.
Bu, əbədiyyət dünyasının ilk mənzilidir. Əgər insan bu
dünyada imanlı olub saleh işlər yerinə yetirməklə Allahla,
eləcə də Onun dərgahına yaxın olanlarla rabitə, ülfət və
ünsiyyət qurarsa, heç vaxt vəsf edilə bilməyən səadət və
xoşbəxtliyə çatar, Allah dərgahında, maddi aləmin
fövqündə olan bir aləmin pak şəxsiyyətləri ilə yanaşı olar.
Əgər dünya həyatına ürək bağlamaq, onun ötəri
ləzzətlərində qərq olmaq nəticəsində maddi aləmin
fövqündə olan bir aləmdən əlaqəsini kəssə, pak Allah və
Onun dərgahının pak insanları ilə ülfət və ünsiyyət
191
bərqərar etməsə əbədi bədbəxtliyə və əzaba düçar
olacaqdır.
Əlbəttə, insanın yaxşı və pis əməlləri bu dünyada baş
verir və burada da aradan gedir; lakin yaxşı və pis
əməllərinin surəti insanın batinində həmişə qalır, insan
hara getsə o surətlər onunla yanaşıdır və bunlar onun
gələcəkdəki acı, yaxud şirin həyatının sərmayəsi olur.
Yuxarıda qeyd olunan mətləbləri aşağıdakı Quran
ayələrindən də anlamaq olar:
Allah-taala buyurur:
“Qayıdış mütləq şəkildə Allaha doğrudur.”
1
“Agah olun ki, bütün işlər Allaha doğru qayıdır.”
2
“Bu gün əmr birbaşa Allaha məxsusdur.”
3
“Ey aramlıq tapan nəfs (Allahı yad et) öz Rəbbinə tərəf
qayıt, halbuki sən razısın, səndən də razı qalıblar. Belə isə
Mənim bəndələrimin arasına və behiştimə daxil ol.”
4
Qiyamət günü bəzi insanlara olunan xitabı bəyan
edərək buyurur:
“Sən müşahidə etdiyin bu işlərdən qafil idin, indi
pərdəni sənin gözünün qarşısından götürdük və nəticədə
sənin gözün bu gün daha iti görür.”
5
Quranın təvili barədə belə buyurulur:
“Quranı qəbul etməyən şəxslər onun təvilindən başqa
bir şey gözləyirlərmi?! Onun təvili müşahidə olunan bir
1 “Ələq” surəsi, ayə-8.
2 “Şura” surəsi, ayə-53.
3 “İnfitar” surəsi, ayə-19.
4 “Fəcr” surəsi, ayə-27-30.
5 “Qaf” surəsi, ayə-22.
192
gündə əvvəllər onu unudan şəxslər belə deyəcəklər: Bizim
Rəbbimizin peyğəmbərləri haqq olaraq gəlmişlər, görəsən
bizim üçün şəfaət edəcək bir şəxs varmı ki, bizə şəfaət
etsin, yaxud arxaya (dünyaya) qayıdaq və yerinə
yetirdiyimiz əməllərdən başqa əməllər görək?!” Onlar öz
nəfslərinə ziyan vurmuşlar və yaxdıqları iftiranı
itirmişlər.”
1
“Belə bir gündə Allah onların həqiqi mükafatlarını
verər və onlar Allahın aşkar bir gerçəklik, pərdəsiz bir
varlıq olduğunu görərlər.”
2
“Ey insan, sən əzab-əziyyətlə öz Rəbbinə tərəf
səydəsən. Belə isə Onunla görüşəcəksən.”
3
“Hər kəs Allahın görüşünə ümidvar olsa (bilsin ki,)
Allahın görüş üçün müqəddər etdiyi vaxt gəlib
çatacaqdır.”
4
“Hər kəs öz Rəbbinin görüşünə ümidvar olsa gərək
saleh əməl (yaxşı və bəyənilən iş) etsin və öz Allahına
pərəstişdə heç kəsi şərik qoşmasın.”
5
“Ey xatircəm olmuş nəfs! Sənin Rəbbindən, Rəbbinin
də səndən razı olduğun halda öz Rəbbinə doğru qayıt.
Mənim bəndələrimin içinə və behiştimə daxil ol.”
6
Başqa bir ayədə buyurulur:
1 “Əraf” surəsi, ayə-53.
2 “Nur” surəsi, ayə-25.
3 “İnşiqaq” surəsi, ayə-6.
4 “Ənkəbut” surəsi, ayə-5.
5 “Kəhf” surəsi, ayə-110.
6 “Fəcr” surəsi, ayə- 27-30.
193
“Ən böyük müsibət gəlib çatdıqda insan özünün hər
növ səylərini xatırlayar, əzab üçün işıqlanan atəş aşkar
olar (camaat iki qrupa bölünər). Tüğyan edərək dünyanı
özlərinə həyat seçənlərə gəldikdə, həmin atəş onun
yeridir. Amma hər kəs öz Rəbbinin məqamından
qorxaraq nəfsini həvayi-nəfsdən, xoşagəlməz işlərdən
çəkindirsə cənnət onun yeridir.”
1
Əməllərin cəzasnın necəliyi barədə isə belə buyurulur:
“Ey kafir olanlar! Üzr və bəhanə gətirməyin. Bu gün
(Qiyamət günü) sizə verilən cəzalar yerinə yetirdikləriniz
əməllərdir.”
2
Dostları ilə paylaş: |