NƏBİ
İLƏ
İMAM
ARASINDAKI
FƏRQ
Peyğəmbərlərin
vasitəsilə
asimani
şəriətlər
və
hökmlərin əldə edilməsi barəsində olan dəlil onun həmişə
davam etməsini deyil, yalnız vəhyin əslini, yəni asimani
hökmlərin əldə edilməsini isbat edir. Amma onun
qorunub saxlanması və davam etməsi təbii olaraq həmişə
davamlı bir iş olmalıdır. Buradan da aydın olur ki,
insanlar arasında peyğəmbərin həmişə mövcud olmasının
zərurəti yoxdur, lakin asimani dinləri qoruyub saxlayan
imam camaatın arasında həmişə olmalıdır; cəmiyyət heç
vaxt imamsız qala bilməz. İstər onu tanısınlar, istərsə də
tanımasınlar. Allah-taala Öz kitabında buyurur:
213
“Əgər kafirlər Bizim (heç vaxt qanun pozuntusu
olmayan) hidayətimizə iman gətirməsələr, Biz elə bir
qrupu ona vəkil etmişik ki, heç vaxt ona kafir olmazlar.”
1
Qeyd olunduğu kimi imamət və nübuvvət bəzən bir
yerdə cəm olur və bir şəxs hər iki məqama - həm
peyğəmbərlik məqamına, həm də imamlıq məqamına
seçilir və bəzən də bir-birindən ayrılır. Belə ki,
peyğəmbərlərin olmadığı hər bir əsrdə haqq olan imam
mövcuddur. Aydındır ki, ilahi peyğəmbərlərin sayı
məhdud
olmuşdur
və
onlar
bütün
dövrlərdə
yaşamamışlar.
Allah-taala Öz kitabında peyğəmbərlərdən bəzisinin
imamət məqamında olduğunu bəyan edir. Belə ki,
İbrahim (ə)-ın barəsində buyurur:
“O zaman ki, Allah İbrahimi kəlmələrlə imtahan etdi,
sonra onları tamamladı və axıra çatdırdıqda Allah
buyurdu: “Mən səni camaata imam və rəhbər təyin
etdim.” İbrahim dedi: “Mənim övladlarımdan da?!”
Buyurdu: “Mənim əhd və fərmanım zalımlara çatmaz.”
2
Başqa bir ayədə isə buyurulur:
“Biz onları Bizim əmrimizlə hidayət edən rəhbərlər,
imamlar qərar verdik.”
3
1 “Ənam” surəsi, ayə-89.
2 “Bəqərə” surəsi, ayə-124.
3 “Ənbiya” surəsi, ayə-73.
|