İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə79/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   75   76   77   78   79   80   81   82   ...   93
İSLAMDA-ŞİƏLİK

İSLAM
 
İMAMLARI
 

 
RƏHBƏRLƏRİ
 
Keçən bəhslərdən nəticə aldığımız kimi, Peyğəmbərin 
(s) vəfatından sonra islam ümməti arasında hökmən Allah 
tərəfindən təyin olunan bir imam olmuş və olacaqdır. 
Peyğəmbərdən (s) nəql olunan bir çox hədislərdə onların 
xüsusiyyətləri bəyan edilmiş, sayları da göstərilmiş və 
buyurulmuşdur ki, onların hamısı Qüreyşdən və 
Peyğəmbərin (s) Əhli-beytindəndir;
2
onların axırıncısı 
vədəsi verilən Məhdi Sahibəzzamandır.
1
1 “Biz onları imam qərar verdik ki, Bizim əmrimiz vasitəsilə 
camaatı hidayət etsinlər; və yaxşı işlər görməyi onlara vəhy 
etdik.” “Ənbiya” surəsi, ayə-73. 
“Biz onların bəzisini səbr etdiklərinə görə imam qərar verdik 
ki, camaatı Bizim əmrimizlə hidayət edirlər.” “Səcdə” surəsi, 
ayə-34. 
Bu kimi ayələrdən məlum olur ki, imam zahiri hidayət və 
yolgöstərməkdən əlavə, bir növ mənəvi cazibə və hidayətə də 
malikdir və bu da əmr və təcərrüd növündəndir. Onlar 
zatlarının həqiqət, nuraniyyət və batinləri ilə insanlar arasında 
layiqli olanların qəlblərinə təsir edir və onları kamal 
mərhələsinə doğru hidayət edirlər. 
2 Nümunə üçün: 
Cabir ibni Səmrət nəql edir ki, Rəsuli-Əkrəmin (s) belə 
buyurduğunu eşitdim: “Bu din 12 xəlifənin vasitəsi ilə həmişə 
əziz olacaqdır.” Camaat təkbir dedi, sonra Peyğəmbər (s) 
astadan bir söz dedi mən onu eşdə bilmədim. Atamdan 
soruşdum ki, həzrət nə buyurdu. Atam cavab verib dedi: 


219 
Peyğəmbər (s) birinci imam olan Əli (ə)-ın imamətini 
aşkar şəkildə buyurmuşdur. 
Həmçinin Peyğəmbərdən (s) və Əli (ə)-dan ikinci 
imamın imamətinə dair aşkar şəkildə göstəriş verilmişdir. 
Hər bir imam özündən sonrakı imamın imamətinə dair 
aşkar göstəriş vermişdir. 
Bu hədislərin aşkar şəkildə buyurduğuna əsasən islam 
imamları 12 nəfərdən ibarətdir və onların müqəddəs 
adları aşağıdakı tərtiblədir: 
1. Əli ibni Əbi Talib (əleyhissalam); 
2. Həsən ibni Əli (əleyhissalam); 
“Peyğəmbər (s) buyurur ki, onların hamısı Qüreyşdəndir.” 
“Səhihi Əbi Davud”, 2-ci cild, səh-207; “Müsnədi Əhməd”, 5-ci 
cild, səh-92 və bu məzmunda digər hədisləri də qeyd etmək 
olar. 
Salman Farsi deyir ki, Peyğəbərin (s) yanına getmişdim. 
Hüseyn onun qucağında idi. Peyğəmbər onun gözlərini və 
ağzını öpür və deyirdi: “Sən seyyid olğu seyyidsən, sən imam 
oğlu imamsan, sən höccət oğlu höccətsən, sən doqquz höccətin 
atasısan ki, doqquzuncusu onların qaimidir.” “Yənabiul-
məvəddət”, Süleyman ibni İbrahim Qənduzi, yeddinci çap, səh-
308. 
1 Bax: “Əl-qədir” (Əllamə Əmini), “Ğayətul-məram” (Seyyid 
Haşim Bəhrani), “İsbatul-hudat” (Məhəmməd ibni Həsən Hürr 
Amili), “Zəxairul-uqba” (Muhibbuddin Əhməd ibni Əbdillah 
Təbəri), “Mənaqib” (Xarəzmi), “Təzkirətul-xəvass” (Sibt ibni 
Covzi), “Yənabiul-məvəddət” (Süleyman İbrahim Hənəfi), 
“Fusulul-muhimmə” 
(İbni 
Səbbağ), 
“Dəlailul-imamət” 
(Məhəmməd ibni Cərir Təbəri), “Ən-nəssu vəl-ictihad” (Seyyid 
Şərəfuddin Musəvi), “Üsuli Kafi” (Məhəmməd ibni Yəqub 
Kuleyni), “Əl-irşad” (Şeyx Mufid). 


220 
3. Hüseyn ibni Əli (əleyhissalam); 
4. Əli ibni Hüseyn (əleyhissalam); 
5. Məhəmməd ibni Əli (əleyhissalam); 
6. Cəfər ibni Məhəmməd (əleyhissalam); 
7. Musa ibni Cəfər (əleyhissalam); 
8. Əli ibni Musa (əleyhissalam); 
9. Məhəmməd ibni Əli (əleyhissalam); 
10. Əli ibni Məhəmməd (əleyhissalam); 
11. Həsən ibni Əli (əleyhissalam); 
12. Həzrəti Məhdi (əleyhissalam). 


221 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin