İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   78   79   80   81   82   83   84   85   ...   93
İSLAMDA-ŞİƏLİK

İKİNCİ İMAM 
İkinci imam Həsən Müctəba (ə)-dır.
İmam Həsən və 
imam Hüseyn (ə) Əli (ə)-la Peyğəmbərin (s) qızı 
Fatimənin övladları idilər. Peyğəmbər (s) dəfələrlə 
buyurmuşdur: 
“Həsən və Hüseyn mənim övladlarımdır.”
Buna görə də Əli (ə) özünün başqa övladlarına 
buyururdu: 
“Siz mənim övladlarımsınız, Həsən və Hüseyn isə 
Peyğəmbərin (s) övladlarıdır.”
2
Həzrət imam Həsən (ə) hicrətin 2-ci ilində Mədinədə 
doğulmuşdur.
3
O, 7 ildən bir qədər artıq Peyğəmbəri (s) 
görmüş və onun mehriban ağuşunda böyümüşdür. Anası 
da Peyğəmbərin (s) vəfatından sonra üç, yaxud altı aydan 
1 “Nəhcül-bəlağə”, 3-cü hissə. 
2 “Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-21 və 25; 
“Zəxairul-uqba”, səh-67 və 121 
3 “Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-28; “Dəlailul-
imamət” (Məhəmməd ibni Cərir Təbəri, Nəcəf çapı, 1369-cu 
h.q), səh-60; “Fusulul-mühimmə”, səh-133; “Təzkirətul-xəvass”, 
səh-193; “Tarixi Yəqubi” (Nəcəf çapı, 1314-cü h.q.), 2-ci cild, səh-
204; “Üsuli Kafi”, 1-ci cild, səh-461. 


228 
sonra vəfat etmiş və o, atasının tərbiyəsi altında 
olmuşdur.
İmam Həsən (ə) atasının şəhadətindən sonra Allahın 
əmri və atasının vəsiyyəti əsasında imamət məqamına nail 
oldu. O zahirdə də xilafət məqamında idi (bu məqam 6 ay 
müddətində davam etdi) və o müsəlmanların işlərini 
idarə edirdi. Bu müddətdə Əli (ə) və onun övladları ilə 
qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikən 
Müaviyə (əvvəlcə üçüncü xəlifənin intiqamını almaq 
bəhanəsilə, sonra isə aşkar xilafət iddiası ilə) müharibəyə 
başlayıb imam Həsən (ə)-ın xilafət mərkəzi olan İraqa 
qoşun yeritdi. Tərəflər arasında müharibə başlandı. İmam 
Həsən (ə)-ın ordu başçıları Müaviyə tərəfindən göndərilən 
yüksək məbləğdə pulla satın alındı və ordu daxilinə 
təfriqə düşdü;
1
nəhayət o həzrət sülh müqaviləsi 
imzalamağa məcbur oldu və müəyyən şərtlərlə zahiri 
xilafəti Müaviyəyə həvalə etdi.
2
Həmin şərtlərdən biri də 
bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən 
imam 
Həsənə 
qayıtmalı, 
ailəsinin 
və 
şiələrin 
toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. 
Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa 
daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini 
1 “İrşad” (Şeyx Müfid), səh-172; “Mənaqib (ibni Şəhraşub), 
4-cü cild, səh-33; “Fusulul-mühimmə”, səh-144. 
2 “İrşad” (Şeyx Müfid), səh-172; “Mənaqib (ibni Şəhraşub), 
4-cü cild, səh.33; “Əl-imamətu vəssiyasət”, (Əbdüllah ibni 
Müslim ibni Qüteybə), 1-ci cild, səh-163; “Fusulul-mühimmə”, 
səh-145; “Təzkirətul-xəvass”, səh-197. 


229 
ləğv etdi
1
və mümkün olan hər bir vasitədən istifadə 
edərək Əhli-beytə və onun şiələrinə ən ağır işgəncə 
təzyiqləri rəva gördü. 
İmam Həsən (ə) on il davam edən imamətinin bütün 
dövrünü son dərəcə irticaçı vəziyyətlərdə, ağır və şiddətli 
hadisələrdə yaşadı. Onun hətta öz evində belə 
təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində 
Müaviyənin təhriki və öz həyat yoldaşının əli ilə 
zəhərləndirilərək şəhid edildi.
2
İmam Həsən (ə) insani kamallarda atasının yadigarı və 
əziz cəddinin kamil nümunəsi idi. Peyğəmbərin (s) 
sağlığında qardaşı Hüseynlə birlikdə o həzrətin ağuşunda 
idi. Bəzən Peyğəmbər (s) onları çiyninə mindirərdi. 
Sünnü və şiələr Peyğəmbərdən (s) rəvayət etmişlər ki, 
o həzrət Həsən və Hüseyn barəsində belə buyurub: 
“Mənim bu iki övladım qiyam etsələr də, etməsələr də 
imamdırlar.”
(Onların zahiri xilafət məqamında olub-
olmamalarından asılı olmayaraq, imamət məqamına 
malik olmalarına işarədir.)
3
Peyğəmbərdən (s) və həzrət Əlidən (ə) imam Həsənin 
öz atasından sonra imam olacağı barədə çoxlu hədislər 
nəql olunmuşdur. 
1 “İrşad” (Şeyx Müfid), səh-173; “Minaqib” (İbni Şəhraşub), 
4-cü cild, səh-35; “Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh-164. 
2 “İrşad” (Şeyx Müfid), səh-174; “Minaqib” (İbni Şəhraşub), 
4-cü cild, səh-42; “fusulul-mühimmə”, səh-146; “Təzkirətul-
xəvass”, səh-221. 
3 “İrşad” (Şeyx Müfid), səh-181; “İsbatul-hüdat”, 5-ci cild, 
səh-129 və 134; 


230 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin