İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   79   80   81   82   83   84   85   86   ...   93
İSLAMDA-ŞİƏLİK

ÜÇÜNCÜ
 
İMAM
 
Üçüncü imam həzrət Seyyidüş-şühəda İmam Hüseyn 
(ə)-dır.
O Əli (ə) ilə Peyğəmbərin (s) qızı Fatimeyi-
Zəhranın ikinci övladıdır, 4-cü hicri ilində doğulmuşdur. 
O həzrət əziz qardaşının şəhadətindən sonra Allahın əmri 
və imam Həsənin vəsiyyətinə əsasən imamət məqamına 
nail oldu.
1
İmam Hüseyn (ə) 10 il imamət etmişdir və təqribən 6 
ay istisna olmaqla, bütün bu dövrü Müaviyənin xilafəti 
dövründə keçmişdir. O həzrət bu dövrdə ən ağır və 
xoşagəlməz şəraitdə, kəskin təzyiqlər altında yaşayırdı. 
Çünki dini qayda-qanunların və ilahi hökmlərin öz 
etibarını əldən verməsindən, hakimiyyətdə olanların 
istəklərinin Allah və Peyğəmbərin (s) əmrlərini əvəz 
etməsindən əlavə, Müaviyə və onun məmurları Əhli-beyt 
və onun şiələrini əzib məhv etmək, Əli və onun 
övladlarının adını tarixdən silmək üçün mümkün olan hər 
bir imkandan istifadə edirdi. Müaviyə öz oğlu Yezidi 
xilafətə 
çatdırıb 
onun 
hakimiyyət 
təməllərini 
möhkəmləndirmək qərarına gəlmişdi, amma camaatın bir 
qrupu 
Yezidin 
imansızlığı 
və 
dinə 
etinasız 
yanaşmasından 
razı 
deyildi. 
Müaviyə 
yaranacaq 
müxalifətin qarşısını almaq üçün daha ciddi tədbirlərə və 
yeni-yeni hiylələrə əl atdı.
İmam Hüseyn (ə) özündən asılı olmayaraq bu qaranlıq 
və irticaçı dövrü keçirir, Müaviyə və onun məmurları 
1 “İrşad” (Şeyx Müfid), səh-179; “İsbatul-hüdat”, 5-ci cild, 
səh-168-212 və 134; “İsbatul-vəsiyyət”, (Məsudi) səh-125. 


231 
tərəfindən törədilən hər növ ruhi əzab-əziyyətlərə, 
işgəncələrə dözürdü. Nəhayət 60-cı hicri ilinin ortalarında 
Müaviyə öldü və oğlu onun yerinə oturdu.
1
Ərəblərin arasında mövcud olan beyət mərasimi 
hakimlik və hökmranlıq kimi mühüm işlərdə icra 
olunurdu. Hakimin əlinin altında olanların, xüsusilə 
məşhur şəxsiyyətlərin hər hansı sultana, yaxud əmirə itaət 
edib onunla beyət etmələrindən sonra müxalifət ar və 
rüsvayçılıq sayılırdı. Qəti imzanı pozmaq kimi bu iş aşkar 
cinayət hesab olunurdu. Peyğəmbərin (s) davranışında da 
müəyyən qədər, yəni ixtiyar üzündən, icbar olmadan 
yerinə yetirildiyi üçün etibara malik idi. 
Müaviyə öz qövmünün məşhur adamlarından Yezid 
üçün beyət almışdı; lakin imam Hüseynə toxunmamış, 
ona beyət təklifi də irəli sürməmişdi, xüsusilə Yezidə 
vəsiyyət etmişdi ki, Hüseyn ibni Əli beyətdən imtina 
edərsə onu təqib etməsin, sükut edərək görməməzliyə 
vursun.
2
Çünki o, bu məsələni hərtərəfli araşdıraraq onun 
acınacaqlı nəticələrini başa düşmüşdü. 
Lakin Yezid öz laqeydlik xüsusiyyətinə görə atasının 
vəsiyyətini unutdu, atası öləndən dərhal sonra Mədinənin 
valisinə göstəriş verdi ki, imam Hüseyndən onun üçün 
beyət alsın. Əks halda başını kəsib Şama göndərsin.
3
1 “İrşad” (Şeyx Müfid), səh-182; “Tarixi Yəqubi”, 2-ci cild, 
səh-226-228; “Fusulul-mühimmə”, səh-163. 
2 “Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-88. 
3 “Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-88; “İrşad” (Şeyx 
Müfid), səh-182; “Əl-imamətu vəssiyasət”, 1-ci cild, səh-203; 


232 
Mədinin valisi Yezidin əmrini imam Hüseynə 
çatdırdıqda o həzrət bu hadisə ilə əlaqədar bir qədər 
möhlət istədi və gecə ikən öz əhli-əyalını götürüb 
Məkkəyə tərəf hərəkət etdi və islamda əmin-amanlıq 
mərkəzi olan Allah evinə sığındı. 
Bu hadisə 60-cı hicri ilinin Rəcəb ayının axırlarında və 
Şəban ayının əvvəllərində baş verdi. İmam Hüseyn (ə) 
təqribən 4 ay müddətində Məkkədə qaldı. Bu xəbər tədrici 
olaraq islam ölkələrinin hər tərəfinə yayıldı. Bir tərəfdən 
Müaviyənin dövründəki zülmlərdən cana doyan, Yezidin 
xilafətindən daha da narazı olan şəxslərin çoxu o həzrətlə 
görüşərək eyni dərddə olduqlarını bildirirdilər; digər 
tərəfdən də İraqdan, xüsusilə Kufə şəhərindən Məkkəyə 
çoxlu məktublar gəlir və o həzrəti İraqa dəvət edərək öz 
rəhbərliyi ilə bir cəmiyyət yaratmaq istədiklərini bildirir, 
zülmün kökünü kəsmək üçün qiyam etmələrini 
istəyirdilər. Əlbəttə, bu hadisə Yezid üçün çox təhlükəli 
idi. 
İmam Hüseyn (ə) Məkkədə həcc mövsümünə qədər 
qaldı və dünya müsəlmanları dəst-dəstə Məkkəyə gəlib 
həcc əməllərini yerinə yetirməyə çalışırdılar. O həzrətə 
xəbər verildi ki, Yezidin məmurlarından bir qrupu hacı 
ünvanı ilə Məkkəyə gəlmiş və ehram paltarının altında 
saxladıqları silahla o həzrətə həmlə edərək həcc əməlləri 
əsnasında onu qətlə yetirməyi planlaşdırmışlar.
1
“Tarixi Yəqubi”, 2-ci cild, səh-229; “Fusulul-mühimmə”, səh-
163; “Təzkirətul-xəvass”, səh-235. 
1 “İrşad” (Şeyx Müfid), səh-201; “Mənaqib” (İbni Şəhraşub), 
4-cü cild, səh-89; 


233 
O həzrət Həcc əməllərini bir qədər yüngülləşdirib 
hərəkət etmək qərarına gəldi və böyük insan kütləsi 
arasında ayaq üstə dayanaraq qısa bir çıxış etdi. Daha 
sonra İraqa doğru hərəkət etməyini xəbər verdi. Bu 
çıxışda həzrət öz şəhadətini bir daha xatırlatdı və 
müsəlmanlardan bu hədəf yolunda kömək istədi ki, öz 
qanlarını Allah yolunda hədiyyə etsinlər. O günün sabahı 
öz əhli-beyti və köməkçilərindən bir qrupu ilə İraqa doğru 
yola düşdü. 
İmam Hüseyn (ə) Yezidə beyət etməmək barədə qəti 
qərara gəlmişdi və yaxşı bilirdi ki, öldürüləcəkdir; Bəni-
üməyyə sülaləsinin cəmiyyətdə törətdiyi ümumi fəsad, 
ideoloji tənəzzül və camaatın, xüsusilə İraq əhalisinin 
iradəsizliyi ilə qüvvətlənən dəhşətli müharibə onu məhv 
edəcəkdir. 
Məşhur şəxsiyyətlərdən bir dəstəsi xeyirxahlıq 
məqsədi ilə imamın yolunu kəsərək bu hərəkətin və 
inqilabın ardınca gələn təhlükələri xatırlatdılar. Lakin o 
həzrət cavabında buyurdu ki, mən beyət etmərəm, zalım 
hökuməti də təsdiq etmərəm. Mən bilirəm ki, hər yerə 
getsəm və hər yerdə olsam məni öldürəcəklər. Məkkəni 
də tərk etməyim Allah evinin hörmətin saxlamağım 
üçündür 
ki, 
qan 
tökülməklə 
bu 
müqəddəsliyə 
ehtiramsızlıq olmasın.
1
İmam Hüseyn (ə) Kufəyə tərəf yola düşdü. Hələ oraya 
bir neçə günlük yol qalarkən yol əsnasında xəbər tutdu ki, 
Yezidin Kufədəki valisi imamın nümayəndəsini onun 
1 “İrşad” (Şeyx Müfid), səh-201; “Fusulul-mühimmə”, səh-
168. 


234 
ciddi tərəfdarı olan məşhur bir şəxsiyyətlə birlikdə 
öldürmüş və ayaqlarına ip bağlayarq Kufənin küçə-
bazarında sürümələrini əmr etmişdir;
1
şəhəri və ətraf 
nahiyələri ciddi nəzarət altına almışdır və düşmənin 
saysız-hesabsız qoşunu onun gəlişini gözləyir, qarşıda 
ölümdən başqa heç bir yol yoxdur. Bu zaman imam (ə) 
şəhid olunması barədə heç bir tərəddüd etmədən öz 
yoluna davam etdi.
2
Yezidin qoşunları Kufənin təqribən 70 kilometrliyində 
Kərbəla adlı bir çöldə o həzrəti köməkçiləri ilə birlikdə 
mühasirəyə aldı və bu mühasirə səkkiz gün davam etdi. 
Mühasirə halqası hər gün daralır və düşmən ordusunun 
sayı artırdı. Nəhayət o həzrət özünün azsaylı qohum və 
köməkçiləri ilə birlikdə 30 min nəfər cəngavərdən təşkil 
olunmuş bir qoşunun arasında qaldı.
3
Bu bir neçə gün ərzində imam öz mövqeyini 
möhkəmlətdi, köməkçilərini seçdi. Gecə ikən bütün 
səhabələrini çağırdı və qısa bir çıxış edərək buyurdu: 
“Qarşıda ölüm və şəhadətdən başqa bir yol yoxdur. 
Bunların məndən başqa heç kəslə işləri yoxdur. Mən 
beyətimi sizdən götürdüm ki, hər kəs istəsə gecənin 
qaranlığından istifadə edərək öz canını bu qorxulu 
mərəkədən qurtarsın.” 
1 “İrşad” (Şeyx Müfid), səh-204; “Fusulul-mühimmə”, səh-
170; “Məqatilit-talibin”, (ikinci çap), səh-73. 
2 “İrşad” (Şeyx Müfid), səh-205; “Fusulul-mühimmə”, səh-
171; “Məqatilit-talibin” (ikinci çap), səh-73. 
3 “Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-98. 


235 
Daha sonra buyurdu ki, çıraqları söndürsünlər. Maddi 
məqsədlər üçün o həzrətlə gələn yoldaşlarının çoxu 
dağılıb getdilər, haqq aşiqləri olan az bir dəstə və Bəni-
haşimdən bir neçə nəfərdən başqa heç kəs qalmadı. İmam 
öz yaxın adamlarından qalan 40 nəfəri bir daha toplayıb 
imtahan etdi və öz köməkçilərinə və Bəni-haşimdən 
olanlara xitab edərək buyurdu: “Bu düşmənlərin yalnız 
mənimlə işləri vardır, sizin hər biriniz gecənin 
qaranlığından istifadə edərək bu təhlükədən yaxa qurtara 
bilərsiniz.” Lakin bu dəfə imamın vəfalı köməkçilərindən 
hər biri müxtəlif bəyanlarla cavab verib bildirdilər ki, biz, 
rəhbərimiz sən olduğun halda haqdan heç vaxt üz 
döndərməyəcək, sənin ətəyindən əl çəkməyəcəyik. Axır 
nəfəsimizə kimi, əlimizdə qılınc tuta biləcəyimiz vaxta 
qədər səni müdafiə edəcəyik.
1
Məhərrəm ayının 9-da düşmən tərəfindən ya beyət, ya 
müharibə barəsində təklif irəli sürüldü. O həzrət həmin 
gecəni ibadət etmək üçün möhlət aldı və sabahı müharibə 
etmək qərarına gəldi.
2
61-ci hicri ilinin Məhərrəm ayının 10-da imamın azsaylı 
qoşununda 90 nəfərdən az adam var idi. (Onun 40 nəfəri 
imamın əvvəlki köməkçilərindən, 30-dan çoxu isə 
müharibə günündə və gecəsində düşmən qoşunundan 
qaçıb imama qoşulanlar idi; yerdə qalanlar isə imamın 
Bəni-haşimdən olan qohumları, övladları, qardaşları, 
1 “Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-99; “İrşad” (Şeyx 
Müfid), səh-214. 
2 “İrşad” (Şeyx Müfid), səh-214; “Mənaqib” (İbni Şəhraşub), 
4-cü cild, səh-98. 


236 
qardaşı oğlanları, bacısı oğlanları və əmisi oğlanları idi. 
Onlar düşmənin saysız-hesabsız qoşunun müqabilində 
mövqe seçərək müharibəyə başladılar. 
O gün sübh tezdən axşamçağına qədər müharibə 
etdilər. İmam, Bəni-haşim cavanları və onun köməkçiləri 
son nəfərə kimi şəhid oldular (öldürülənlərin arasında 
imam Həsən (ə)-ın iki azyaşlı uşağı, bir kiçik yaşlı uşaq və 
imam Hüseyn (ə)-ın bir südəmər körpəsi də var idi).
1
Düşmən qoşunu müharibəni qurtardıqdan sonra 
imamın xeymələrini qarət edib yandırdılar, şəhidlərin 
başlarını 
kəsərək 
bədənlərini 
soydular, 
torpağa 
tapşırmadan yerə atdılar. Sonra hamısı pənahsız 
qadınlardan və qızlardan ibarət olan imamın əhli-beytini 
şəhidlərin başları ilə birlikdə Kufəyə apardılar. Əsirlərin 
arasında imam Hüseyn (ə)-ın Aşura günündə xəstə olan 
22 yaşlı oğlu imam Zeynəl-abidindən, onun dörd yaşlı 
oğlu Məhəmməd ibni Əlidən (beşinci imam) başqa bir kişi 
yox idi. Həmçinin, imam Həsənin oğlu Həsəni Musəmma 
da (o, imam Hüseynin kürəkəni idi) müharibədə 
yaralanmış və öldürülənlərin arasına düşmüşdü. Onu da 
son nəfəslərində tapıb sərkərdələrin birinin vasitəçiliyi ilə 
başını kəsmədilər və əsirlərlə birlikdə Kufəyə, oradan da 
Dəməşqə, Yezidin yanına apardılar. 
Kərbəla faciəsi və bundan sonra Peyğəmbər Əhli-
beytinin qadın və qızlarının əsir halında şəhərbəşəhər 
dolandırılması, Əli (ə)-ın qızı və əsirlər içərisində olan 
dördüncü imamın Kufədə və Şamdakı çıxışları Bəni-
1 “Biharul-ənvar” (Kompani çapı), 10-cu cild, səh-200, 202-
203. 


237 
üməyyə sülaləsini rüsvay etdi, Müaviyənin bir neçə illik 
təbliğatlarını təsirsizləşdirdi. İş o yerə çatdı ki, Yezid 
camaat arasında öz məmurlarının əməlindən xəbərsiz 
olduğunu bildirdi. 
Kərbəla hadisəsi uzun müddətli təsiri ilə Bəni-üməyyə 
hökumətini məhv etdi və şiələrin bünövrəsini daha da 
möhkəmləndirdi. Onun tez bir zamanda göstərdiyi 
təsirlər isə on iki il müddətində davam edən qanlı 
müharibələrlə yanaşı olan qiyamlar və inqilablar idi. 
İmam Hüseynin qətlində iştirak edən şəxslərdən heç biri 
intiqamdan qaçıb qurtara bilmədi. 
Hər kəs imam Hüseyn (ə)-ın həyatını, Yezidin və o 
günlərdə hökmranlıq etdiyi şəraitləri araşdırıb bu barədə 
tədqiqat nəzəri ilə yanaşsa şübhəsiz görəcəkdir ki, o gün 
imam Hüseyn (ə)-ın qarşısında birdən artıq yol yox idi və 
o da şəhid olmaq idi. Nəticə etibarı ilə islamın açıq-aşkar 
məhv edilməsindən ibarət olan Yezidə beyət etmək imam 
Hüseyn üçün mümkün deyildi. Çünki Yezid nəinki islam 
dinin ayinlərinə və qayda-qanunlarına aşkarda ehtiram 
qoymurdu və onlara etinasız yanaşırdı, həm də islamın 
qayda-qanunlarının və müqəddəslərinin məhv edilməsi 
üçün aşkar çalışırdı. 
Ondan əvvəlki hakimlər dini qayda-qanunlarla 
müxalifət etsəydilər də din pərdəsi bu işləri görür və 
zahirdə dini möhtərəm sayaraq camaatın etiqad bəslədiyi 
məqamlara və Peyğəmbərə (s) kömək etdiklərinə görə 
iftixar edirdilər. 
Buradan aydın olur ki, bəzi müfəssirlərin bu hadisəni 
öz rəyləri ilə təfsir edərək “bu iki rəhbər (imam Həsən və 
imam Hüseyn) iki müxtəlif nəzərə malik idilər, imam 


238 
Həsən sülh yolunu bəyənmişdi, amma imam Hüseyn 
müharibəni daha üstün sayırdı”, eləcə də “o qardaş 40 
min nəfərlik qoşunla Müaviyə ilə sülh etdi, bu qardaş isə 
40 nəfərlə Yezidə qarşı müharibəyə qalxdı” deyənlərin 
sözləri əsla düz deyildi. Çünki gördüyümüz kimi Yezidə 
bir gün olsun belə, beyət etməyə razı olmayan imam 
Hüseyn Müaviyənin hökumətində 10 il qardaşı imam 
Həsən kimi yaşamış, heç vaxt onunla müxalifətçilik 
etməmişdi. Əgər imam Həsən (ə), ya imam Hüseyn (ə) 
Müaviyə ilə vuruşsaydı öldürüləcək və bu işin islam üçün 
azacıq belə faydası olmayacaq, haqq siyasət müqabilində 
özünü “səhabə”, “vəhy katibi”, “möminlərin dayısı” kimi 
təqdim edən və hər bir hiyləgərlikdən istifadə edən 
Müaviyəyə heç bir təsiri olmayacaqdı. 
O əvvəlcədən qurduğu plan əsasında imam Həsən və 
imam Hüseyni öz adamlarının vasitəsilə öldürərək özü də 
bu matəmi saxlaya bilər, sonra da onların intiqamını 
almaq iddiası edə bilərdi. Necə ki, üçüncü xəlifə ilə belə 
rəftar etmişdi. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin