İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə30/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   26   27   28   29   30   31   32   33   ...   93
İSLAMDA-ŞİƏLİK

QURANIN
 
ZAHİR
 

 
BATİNİ
 
Məlum olduğu kimi, Qurani-Kərim öz sözləri ilə dini 
məfhumları aydınlaşdırır, etiqad və əməl barədə camaata 
müəyyən göstərişlər verir. Lakin Quranın məqsədləri bu 
mərhələ ilə bitmir; həmin sözlərin sayəsində və həmin 
məqsədlərin batinində mənəvi bir mərhələ, daha dərin
daha dolğun və geniş məqsədlər nəzərdə tutur ki, yalnız 
xüsusi insanlar özlərinin pak qəlbləri ilə onları başa düşə 
bilərlər. 
İlahi Quran müəllimi olan Peyğəmbəri-Əkrəm (s) 
buyurur: “Quranın gözəl və xoşa gələn zahiri, dərin batini 
vardır.”
1
Başqa bir hədisdə buyurur: “Quranın batini vardır, 
batininin də batini vardır. Bu batinlər yetmişə qədər 
davam edir.”
2
Əhli-beyt (ə) imamlarının kəlamlarında da Quranın 
batini mənası ilə əlaqədar çoxlu mətləblər qeyd 
olunmuşdur.
3
Bu rəvayətlərin əsil kökü “Rəd” surəsinin 
17-ci ayəsində gətirilən məsəldir. Belə ki, Mütəal Allah bu 
ayədə səmavi feyz və bəxşişləri göydən yağan yağışa 
bənzədir ki, yerin və yer əhlinin həyat və yaşayışı ona 
1 “Təfsiri Safi”, səh-4 

“Səfinətül
-
bihar”

“Təfsiri
Safi”

səh-
15 
3 “Biharul-ənvar”, 1-ci cild, səh-117 


102 
bağlıdır. Yağışın yağması ilə çaylar aşıb-daşıb, vadilərin 
hər biri öz tutumları qədərində o sulardan götürür; sellər-
sular axıb cərəyan edərkən onun üzəri köpüklə örtülür
lakin köpüyün altında camaat üçün onların həyatlarına 
faydalı olan su gizlənmişdir. 
Bu misalda işarə olunduğu kimi, insanların batininə 
həyat bəxş edən bu səmavi nemət və maarifin 
öyrənilməsində camaatın idrak tutumları bir-biri ilə 
fərqlidir. 
Bəziləri bu dünyanın ötəri həyatında maddə və maddi 
həyatdan başqa bir şeyə üstünlük vermirlər; maddi 
istəklərindən başqa bir şeyə ürək bağlamır, maddi 
məhrumiyyətlərdən başqa heç nədən qorxmurlar. Bunlar 
malik olduqları müxtəlif dərəcələrlə belə, asimani 
maarifdən qəbul edəcəkləri ən çox şey – icmali etiqadlara 
inanmaq, islamın əməli göstərişlərini donuq halda icra 
etmək və nəhayət axirət savabına nail olmaq, yaxud ilahi 
əzabdan qorxmaq üçün yeganə Allaha sitayiş etməkdir. 
Bəziləri də fitrətlərinin paklığı və öz səadətləri 
sayəsində bu dünyanın bir neçə günlük ötəri həyatına və 
ötəri ləzzətlərinə ürək bağlamırlar; bu dünyanın qazanc 
və ziyanı, şirin və acılığı onlar üçün aldadıcı və 
gözqamaşdırıcı şeylərdən başqa heç nə hesab olunmur; 
dünən varlıq karvanında ləzzət alanlar, bu gün isə əfsanə 
hesab olunan keçmiş insanların həyatı onlar üçün həmişə 
ibrət dərsidir. 
Bu kimi insanlar təbii olaraq özlərinin pak qəlbləri ilə 
əbədiyyət dünyasına rəğbət bəsləyirlər; müvəqqəti 
dünyanın müxtəlif varlıqlarına ilahi nişanələr gözü ilə 


103 
baxır, onların heç bir əsalət və müstəqilliyə malik 
olmasına inanmırlar. 
Məhz belə bir baxış və mənəvi idrakla Allahın 
asimanda və yerdə olan ayələrinin pəncərəsindən ilahi 
əzəmətin sonunsuz nurunu müşahidə edirlər; onların pak 
qəlbləri yaradılış sirlərinin dərk olunması ilə məftun olur 
və şəxsi mənafelərin darısqal daxmasında məhbus olmaq 
əvəzinə, əbədiyyət aləminin sonsuz fəzasında pərvaz 
edərək yüksəlirlər. 
Onlar asimani vəhy yolu ilə mütəal Allahın bütlərə 
sitayişi qadağan etdiyini eşitdikdə və zahirdə bütlərin 
qarşısında baş əyməkdən ibarət olan bu qadağanı 
əzəmətlə yad etdiklərinə görə başa düşürlər ki, Allahdan 
başqa heç bir şeyə itaət etmək olmaz. Çünki itaətin 
həqiqəti bəndəçilik və baş əyməkdən ibarətdir; başa 
düşürlər ki, Allahdan başqa bir kimsədən qorxmaq və ya 
ona ümid bəsləmək, bundan da qorxulu olan nəfsani 
istəklər qarşısında təslim olmaq olmaz. Həm də başa 
düşürlər ki, Allahdan başqasına heç vaxt diqqət 
yetirməməli, etina etməməlidirlər. 
Quranın dilindən onun namaza əmr etdiyini eşitdikdə 
– onun zahiri də xüsusi göstərişdir – onları yerinə yetirib 
batin əsasında başa düşürlər ki, bütün varlıqları ilə Allaha 
ibadət etməlidirlər. Onlar başa düşürlər ki, haqqın 
qarşısında təvazökar olmalı, özlərini tamamilə unutmalı, 
yalnız Allahı yadda saxlamalıdırlar. Bu iki misalda qeyd 
olunan batini mənalar adı çəkilən əmr və qadağanların 
zahirdə dəlalət etdiyi şeylər deyildir; onların dərk 
olunması daha geniş təfəkkürlə məşğul olaraq xudbinlik 
xəstəliyindən xilas olanlar üçün labüd bir məsələdir. 


104 
Qeyd olunanlardan Quranın batini və zahiri mənaları, 
həmçinin onun batininin öz zahirini batil edərək 
qüvvədən salmaması, əksinə, öz cisminə həyat verən bir 
ruh kimi olması aydın oldu. Ümumbəşəri və əbədi bir din 
kimi ilk növbədə insanların təlim-tərbiyəsinə əhəmiyyət 
verən islam dini cəmiyyətin ümumi mənafeyinə xidmət 
edən zahiri qanunlardan, qeyd olunan qanunların 
keşikçisi olan sadə əqidələrdən heç vaxt əl çəkmir. 
Hər hansı bir cəmiyyət təkcə “insanın qəlbi pak olsun” 
deyib rəftar, davranış və əmələ dəyər verməsə, hərc-
mərclik və ədalətsizliklərdən yaxa qurtara bilərmi?! Belə 
bir cəmiyyətin səadət və xoşbəxtliyə çatması necə 
mümkün ola bilər? Yaramaz əməl və sözlərin pak bir qəlb 
yetirməsi, yaxud pak bir qəlbin nalayiq işlər törətməsi 
mümkündürmü? Mütəal Allah Öz kitabında buyurur: 
“Paklar pakların, napaklar da napkalarındır.”
 
Başqa yerdə buyurulur:
 “Yaxşı torpaq öz bitkilərini yaxşı 
cücərdir, pis torpaq da cüzi məhsuldan başqa bir şey vermir.”
1
Deməli, aydın olur ki, Qurani-Kərimin zahiri və batini, 
batininin də müxtəlif mərhələləri vardır. Qurani-kərimin 
məzmununu bəyan edən hədislər də həmin qaydada 
üzrədir. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin