İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə31/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   27   28   29   30   31   32   33   34   ...   93
İSLAMDA-ŞİƏLİK

QURANDA
 
TƏVİL (YOZUM)
 
İslamın əvvəllərində əksəriyyət təşkil edən sünnülərin 
arasında kifayət qədər dəlil mövcud olduğu halda, 
Qurani-Kərimin zahiri mənasından dönüb onun digər bir 
1 “Əraf” surəsi, ayə-58 


105 
mənaya yozulması adi bir hal idi və adətən zahiri 
mənanın əksinə götürülən bu kimi yozumlar “təvil” 
adlandırılırdı. Qurani-Kərimdə təvil adlandırılan digər 
ifadələr də məhz bu mənanı çatdırır. 
Sünnülərin mötəbər kitablarında, eləcə də müxtəlif 
məzhəblər arasında aparılan elmi mübahisələrdə din 
alimlərinin fikir birliyi ilə, yaxud başqa dəlil vasitəsilə 
sübuta yetən bir məsələ Quran ayələrinin zahiri mənası ilə 
müxalif olduğu təqdirdə təvil edilərək zahiri mənadan 
başqa bir mənaya götürülürdü. Bəzən müəyyən bir 
məsələ ətrafında mübahisə aparan iki nəfər bir-birinə zidd 
olan iki nəzəriyyəni sübuta yetirmək üçün bir ayəni 
höccət kimi gətirir, onun iki tərəfindən biri ni təvil edirdi. 
Bu qayda müəyyən mənada şiələrə də sirayət etmişdir 
və belə hallara onların bəzi kəlami məktəblərində də rast 
gəlmək olur. Lakin Quran ayələrinə və Əhli-beyt (ə) 
hədislərinə lazımi diqqət yetirildikdə aydın olur ki, 
Qurani-Kərim misilsiz söz üslubundan faydalanaraq, heç 
vaxt müəmmalı və zəif qaydalardan istifadə etməmiş, öz 
məna və məfhumlarını xalq arasında mövcud olan ifadə 
tərzi ilə çatdırmışdır; Qurani-Kərimdə “təvil” adı ilə qeyd 
olunan sözlər dəlalət formasında deyil, ümumxalq 
idrakının fövqündə dayanan həqiqi və real gerçəkliklər 
şəklində gətirilmişdir; Quranın əməli hökmləri və etiqadi 
maariflərinin mənşəyi də məhz onlardır. 
Bəli, Quranın hər bir ayəsinin təvili vardır və onu sadə 
təfəkkür yolu ilə dərk etmək olmaz; bunları sözlə ifadə 
etmək də mümkün deyildir. Bu kimi yozumları yalnız 
bəşəriyyətin düçar olduğu aludəçiliklərdən uzaq olan 
peyğəmbərlər, pak imamlar və ilahi övliyalar batini 


106 
müşahidə yolu ilə dərk edə bilərlər. Qeyd etmək lazımdır 
ki, Quranın təvili qiyamət günü hamı üçün aşkar 
olacaqdır. 
İzah: 
Məlum məsələdir ki, insanları danışmağa, hər 
hansı bir dil və nitqi yaratmağa və sözlərdən istifadə 
etməyə məcbur edən məsələ onun maddi-ictimai 
ehtiyacları olmuşdur. İnsanlar ictimai həyatda bir-birləri 
ilə ünsiyyət yaratmaq, ehtiyac duyduqları və zəruri 
sandıqları 
fikirlərini 
başqa 
insanlara 
çatdırmaq 
məcburiyyətində idilər. Onlar bu məqsədi həyata 
keçirmək üçün səsdən (tələffüzdən) və qulaqdan kömək 
alır, bəzi hallarda gözdən və işarədən də istifadə edirdilər. 
Deməli, bu halda lallarla korların arasında heç bir 
anlaşma mövcud olmamışdır. Çünki, kor insanın dildə 
dediyini kar insan eşitmir, kar insanın işarə ilə başa 
saldığını kor insan görmürdü. Buna görə də dillərin 
yaradılması və əşyalara ad qoyulmasında maddi 
məqsədlər nəzərdə tutulmuş, müəyyən şeylər, vəziyyətlər 
və hallar üçün ayrı-ayrı kəlmələr yaradılmışdır; bunların 
hamısı maddi mənaları daşıyan, hiss orqanları tərəfindən 
duyulan, yaxud hissiyyata yaxın ifadələr idi. Diqqət 
yetirsək görərik ki, duyğu üzvlərindən hər hansı birini 
itirən şəxslə həmin hiss tərəfindən idrak olunan şeylər 
barəsində danışmaq istədikdə bir növ təmsil və təşbihdən 
istifadə olunur. Məsələn, anadangəlmə kora işıq və 
rənglər, yaxud həddi-büluğa çatmayan uşağa cinsi 
ləzzətlər barədə danışmaq istəsək, öz məqsədimizi bir növ 
müqayisə, təşbih və münasib bir misal gətirməklə ifadə 
edə bilərik. Buna əsasən, dünya və varlıq aləmində 
maddiyyatdan tamamilə uzaq olan real gerçəkliklər 


107 
haqda (axirət aləmi, mələk və s. ) söhbət açmaq istəsək, az 
bir hissə istisna olmaqla, insanlar onları dərk etməyəcək; 
həmin məsələlərin adi təfəkkür, söz və bəyan yolu ilə 
ifadə və dərk olunması mümkün olmadığından, onları 
təmsil və təşbihdən başqa bir yolla çatdırmaq olmaz. 
Allah-taala Öz kitabında buyurur: 
“Biz bu kitabı ərəb dilində və oxunaqlı halda olan ləfz 
qərar verdik ki, bəlkə siz onun barəsində düşünüb başa 
düşə biləsiniz. 
Həqiqətən bu kitab Bizim yanımızda asimani kitabın 
əsli olan Lövhi-məhfuzdadır, bu çox uca məqamlı və 
möhkəm bir əsasdır (adi idrakların onu dərk etməsi 
mümkün deyil və ona nüfuz edə bilməzlər).”
1
Başqa
bir
yerdə
buyurulur:
“Ona yalnız pak olanlar toxunar.”
2
Həmçinin Peyğəmbəri-Əkrəm (s) və onun Əhli-beyti 
(ə) barəsində buyurur: 
“Mütəal Allah siz Əhli-beytdən hər növ çirkinlikləri 
aparmaq, sizi pak-pakizə qərar vermək istəyir.”
3
 
Bu ayələrə əsasən, Qurani-Kərim elə bir mənbədən 
qaynaqlanır ki, adi insanların düşüncə qüvvəsi onun dərk 
etməkdə və oraya nüfüz etməkdə acizdir; Allahın pak-
pakizə qərar verdiyi bəndələrdən, Peyğəmbər (s) və onun 
Əhli-beytindən (ə) başqa bir kimsə bu barədə azacıq 
idraka malik deyildir. 
Başqa yerdə isə buyurulur: 
1 “Zuxruf” surəsi, ayə-3-4 
2 “Vaqiə” surəsi, ayə-79 
3 “Əhzab” surəsi, ayə-33 


108 
“Qurana iman gətirməyən bu şəxslər o şeyi təkzib 
etdilər ki, onun elminə əhatə tapmamışdılar və onun təvili 
onlar üçün müşahidə olunmamışdır (yəni əşyaların 
həqiqətinin əyani olaraq göründüyü qiyamət gününü 
təkzib etdilər).”
 
Digər bir yerdə isə belə buyurulur: 
“Quranın 
təvilinin 
(bütün 
Quranın) 
müşahidə 
olunduğu bir gündə onu unudan şəxslər nübüvvət 
dəvətinin doğru olmasını etiraf edəcəklər.”
1

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin