İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə34/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   30   31   32   33   34   35   36   37   ...   93
İSLAMDA-ŞİƏLİK

ŞİƏLİK
 

 
NƏQLİ
 
ELMLƏR
 
İslam 
alimlərinin 
ağır 
zəhmətləri 
nəticəsində 
formalaşaraq bu günə qədər qorunub saxlanmış islami 
elmlər əqli və nəqli (humanitar və dəqiq) olaraq iki 
hissəyə bölünürlər. Nəqli elmlər o elmlərdir ki, onların 
mövzu və məsələləri nitq, danışıq və nəqlə əsaslanır; 
məsələn lüğət, hədis, tarix və s. Əqli elmlər isə fəlsəfə və 
riyaziyyat kimi dəqiq elmlərə deyilir. 
Şübhəsiz, islamda nəqli elmlərin yaranmasının əsas 
amili Qurani-Kərimdir; tarix, ənsab və əruz elmi kimi bir 
neçə fənn istisna olmaqla, yerdə qalan elmlərin hamısı 
ümumiyyətlə bu asimani kitabdan qaynaqlanır. 
Müsəlmanlar dini tədqiqat və araşdırmaların vacib 
olması göstərişinə əsaslanaraq bu elmləri yaradaraq 
inkişaf etdirmişlər. Onların ən ümdəsi ərəb ədəbiyyatı, 
nəhv, sərf, məani, bəyan, bədi və lüğətdən ibarətdir. Dini 
zahirlərlə əlaqədar olan fənlərdən isə qiraət, təfsir, hədis, 
rical, dirayə, üsul və fiqh kimi elmləri misal göstərmək 
olar. 
Şiələr də öz növbəsində bu elmlərin təsis olunub 
genişləndirilməsində çox böyük rol oynamışlar; hətta 
onların bir çoxunun bani və ixtiraçısı da məhz şiələrdir. 
Belə ki, ərəb dili qrammatikasının əsas bölmələrindən biri 
olan nəhv elmi (sintaksis) Peyğəmbəri-Əkrəmin (s) və Əli 
(ə)-ın səhabələrindən olan Əbul Əsvəd Duəli tərəfindən 
yaradılmışdır; o ilk dəfə olaraq, Əli (ə)-ın göstərişi ilə 
nəhv elminin əsas qaydalarını hazırlayaraq kitab şəklinə 
salmışdır. Fəsahət və bəlağət (məani, bəyan və lüğət) 
elminin banilərindən biri olan Sahib ibni Ubbad da şiə 


114 
olmuşdur; o, Ali-bəveyh sülaləsindən və dövri hakimin 
vəzirlərindən biri idi.
1
İlk lüğət kitabı olan “Kitabul-eyn”i məşhur şiə alimi 
Xəlil ibni Əhməd Bəsri yazmışdır.
2
O, əruz elmini ixtira 
etmiş və nəhv elmində ustad Sibəveyhin müəllimi 
olmuşdur. 
Asimin qiraəti bir vasitə ilə Əli (ə)-a çatır. Təfsir elmi 
ilə ilk dəfə məşğul olan səhabə də Əbdullah ibni Abbas 
olmuşdur ki, o da Əli (ə)-ın şagirdi sayılır. Əhli-beyt (ə) və 
onların şiələrinin hədis və fiqhdə göstərdikləri səylər, 
dörd əhli-sünnət imamlarının və ondan başqalarının 
beşinci və altıncı imamın şagirdləri olmaları tarixdə 
məşhurdur. Vəhid Behbəhaninin dövründə (H.Q.1205) 
üsuli-fiqh elmində qəribə bir irəliləyiş baş verdi; xüsusilə 
Şeyx Mürtəza Ənsarinin vasitəsilə (H.Q.1281) başlanan 
inkişaf prosesi şiə fiqhini təsəvvürolunmaz mərhələyə 
çatdırdı; hal-hazırda əhli-sünnət fiqhi onunla müqayisə 
olunası deyildir. 

“Vəfəyatu
ibni
Xəlkan”

səh-
78 

“Vəfəyat”

səh-
190 


115 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin