İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə35/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   31   32   33   34   35   36   37   38   ...   93
İSLAMDA-ŞİƏLİK

İKİNCİ
 
YOL:
 
ƏQLİ
 
BƏHSLƏR
 
Əqli, fəlsəfi və kəlami təfəkkür: 
Əvvəldə qeyd 
olundu 
ki, 
Qurani-Kərim 
əqli 
araşdırmaları təsdiq edərək onu dini təfəkkürün bir 
hissəsi qərar vermişdir. Əlbəttə, bunun əksi də 
mövcuddur; yəni əqli təfəkkür Peyğəmbəri-Əkrəmin (s) 
nübuvvətini və haqq olmasını təsdiq etdikdən sonra 
asimani vəhy olan Qurani-Kərimin, Peyğəmbəri-Əkrəmin 
(s) və onun Əhli-beytinin (ə) kəlamlarının zahiri 
mənalarını əqli höccətlərlə bir sırada qərar vermişdir. 
Ümumbəşəri nəzəriyyələri ilahi fitrətlə isbat edən əqli 
höccətlər də iki qismdir: “Bürhan” və “cədəl”. 
Bürhan o höccətlərə deyilir ki, onun maddələri hətta 
məşhur, yaxud aksioma olmasa belə, haqq və aşkar 
müqəddimələrdən təşkil olunsun. Başqa sözlə desək, elə 
qəziyyələr olmalıdır ki, insan öz ibtidai şüuru ilə çətinlik 
çəkmədən onları dərk və təsdiq edə bilsin. Məsələn üçün 
dörddən kiçik olması əqli təfəkkür hesab olunur. Əgər 
varlıq aləminin külliyyatında olarsa, yaradılış aləmini 
icad edən, dünya və onda olanların işinin axırı barədə 
fikirləşmək də fəlsəfi təfəkkür adlanır. 
Cədəl elə bir höccətdir ki, onun maddələrinin hamısı, 
yaxud bəzisi məşhur və aksiom məsələlərdən götürülmüş 
olsun. Belə ki, din və məzhəb ardıcılları arasında mövcud 
olan bir qaydaya görə onlar daxildə öz etiqadi 
nəzəriyyələrini həmin məktəbin inkarolunmaz prinsipləri 
ilə isbat edirlər. Qurani-Kərim hər iki üslubdan istifadə 
etmişdir və bu asimani kitabın bir çox ayələrində hər iki 
üslub nəzərə çarpır: 


116 
Əvvəla:
Varlıq aləminin külliyyatında, aləmin ümumi 
qanunlarında, eləcə də onun xüsusi sistemlərində, o 
cümlədən asiman, ulduzlar, gecə-gündüz, yer, bitkilər
heyvanlar, insan və s. barədə dərindən fikirləşməyə əmr 
edir, azad əqli araş-dırmaları ali dərəcədə tərif və təşviq 
edir. 
İkincisi:
Adətən kəlami bəhslər adlandırılan əqli, 
cədəli araşdırmaların ən gözəl tərzdə aparılmasına əmr 
edir (məqsəd, gözəl əxlaqla yanaşı və inadkarlıqdan uzaq 
olmaqla haqqın izhar olunmasıdır). Belə ki, buyurulur: 
“Öz Rəbbinin yoluna hikmət və gözəl moizə ilə dəvət 
et, onlarla gözəl olan mücadilə ilə mübahisə et.”
1

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin