İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə36/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   32   33   34   35   36   37   38   39   ...   93
İSLAMDA-ŞİƏLİK

 
ŞİƏLƏRİN İSLAMİ KƏLAM VƏ 
FƏLSƏFƏ TƏFƏKKÜRÜNDƏ 
ÜSTÜNLÜKLƏRİ
 
Tamamilə aydındır ki, ilk gündən azlıq təşkil edən 
şiələr çoxluq təşkil edən sünnülərdən ayrılaraq, öz 
müxalifləri ilə daimi olaraq, xüsusi nəzəriyyələr barədə 
mübahisələr aparmışlar. Elmi mübahisələrin qarşılıqlı 
olmasına və münaqişə tərəflərinin hər ikisinin ondan 
bəhrələnməsinə baxmayaraq, şiələr həmişə hücum, 
digərləri 
isə 
müdafiə 
mövqeyində 
dayanmışlar. 
Həqiqətdə münaqişə tərəflərindən kifayət qədər vasitə 
əldə etməkdə irəli düşənlər həmləyə başlayan şəxslərə 
məxsusdur. 
1 “Nəhl” surəsi, ayə-125 


117 
Həmçinin, kəlami bəhslərin rövnəqləndiyi ikinci və 
üçüncü əsrdə mötəzilə məzhəbinin yayılması ilə öz inkişaf 
mərhələlərinin zirvə nöqtəsinə çatan şiə alimləri (onlar 
Əhli-beyt (ə) məktəbinin şagirdləri idi) mütəkkəllimlər 
cəbhəsinin öncülləri idilər. Sünnülərin əşəriyyə, mötəzilə 
və s. mütəkəllimlər silsiləsi də Əli (ə)-a gedib çatır.
1
Amma Peyğəmbər (s) səhabələrinin əsərləri ilə tanış 
olanlar bilirlər ki, sayı on iki mindən artıq olan məşhur və 
məlum səhabələrdən nəql olunan bu qədər əsərlər 
içərisində hətta bircə dənə də olsun belə, fəlsəfi təfəkkürə 
malik olan bir mətləb tapmaq olmaz. Yalnız Əli (ə) 
özünün son dərəcə elmi və cazibədar bəyanları ilə 
ilahiyyat elmində ən dərin fəlsəfi təfəkkürləri təqdim 
etmişdir. 
Səhabələrin və onların ardınca gələn alimlərin, habelə o 
dövrdə yaşayan ərəbdilli elm xadimlərinin azad fəlsəfi 
təfəkkür barədə heç bir məlumatları yox idi; ilk iki əsrin 
alimlərinin sözlərində fəlsəfi təfəkkürə aid olan heç bir 
mətləb müşahidə olunmur. Yalnız şiələrin birinci və 
səkkizinci imamlarının kəlamlarında fəlsəfi təfəkkür 
əsasında 
buyurulmuş 
kəlamlar 
mövcuddur; 
öz 
şagirdlərindən bir qrupunu bu təfəkkürlə tanış edənlər də 
məhz onlar olmuşdur. 
Ərəblər fəlsəfi təfəkkürdən tamamilə uzaq idilər; 
nəhayət ikinci əsrin əvvəllərində onun bir nümunəsi bəzi 
yunan fəlsəfi kitablarından ərəb dilinə tərcümə olundu. 
Bundan sonra üçüncü hicri əsrinin əvvəllərində yunan
siriyani və başqa dillərdən bəzi kitablar ərəb dilinə 
1 “Şərhi İbni Əbil Hədid”, 1-ci cildin əvvəlləri 


118 
tərcümə olundu və fəlsəfi təfəkkür üslubu hamının 
ixtiyarına verildi. Bununla belə fəqih və mütəkəllimlərin 
əksəriyyəti islam aləminə yenicə daxil olmuş fəlsəfəyə və 
eləcə də sair elmlərə yaxşı münasibət bəsləmirdilər. İlk 
vaxtlarda dövlət tərəfindən himayə olunduğuna görə 
onların müxalifətləri bu elmlərə əsaslı təsir göstərə 
bilmirdi. Lakin bir müddət keçdikdən sonra vəziyyət 
tamamilə dəyişildi, fəlsəfi kitabları ciddi şəkildə qadağan 
edərək dənizə tökdülər. Adı bəlli olmayan bir qrup 
müəllifin təfəkkürünün məhsulu olan “İxvanus-səfa” 
risalələri həmin günlərin yadigarıdır; bu əsərlərdə o 
dövrdə hakim olan irticaçı şərait gözəl şəkildə bəyan 
olunur. 
Bu dövrdən sonra dördüncü hicri əsrinin əvvəllərində 
fəlsəfə elmi Əbu Nəsr Farabinin vasitəsilə dirçəldildi, 
beşinci əsrin əvvəllərində məşhur filosof Əbu Əli ibn 
Sinanın göstərdiyi səylər nəticəsində tam sürətlə 
genişləndi; altıncı əsrdə Şeyx Şəhabüddin Söhrəvərdi 
İşraq fəlsəfəsinin əsaslarını yaratdı və məhz buna görə də 
təqsirkar hesab olunaraq sultan Səlahəddin Əyyubinin 
vasitəsilə edam edildi. Artıq bundan sonra fəlsəfə elmi 
xalq arasında rəsmi şəkildə qadağan edildi və o dövrlərdə 
məşhur filosoflar yetişmədi. Yalnız yeddinci əsrdə islam 
ölkələrinin kənarında yerləşən ispaniyalı İbni Rüşd 
Əndolosi fəlsəfənin yayılmasına çalışdı.
1
1 Qeyd olunan mətləblər “Əxbaru üləma”, “Vəfəyat” və sair 
kitablardan əxz edil-mişdir. 


119 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin