122
ixtisasla yanaşı, fəlsəfə və riyaziyyatda da öz əsrinin dahi
şəxsiyyəti sayılırdı. Müddəamızın ən mühüm şahidi onun
bütün əqli elmlərdə yazdığı əsərlər, eləcə də Marağada
təsis etdiyi rəsədxanadır.
Sədruddin Məhəmməd Şirazi. (H.Q.979-1050.)
O, əsrlər boyu islamda tədrici və pərakəndə inkişafda
olan fəlsəfi məsələləri yenidən
işləyərək təkmilləşdirən,
eləcə də onları riyazi məsələlər kimi tərtibə salan ilk
filosofdur.
Buna görə də əvvəla: Onun elmi nailiyyətləri sayəsində
bu vaxta qədər fəlsəfədə işıqlandırılması və həlli mümkün
olmayan
yüzlərlə məsələnin həll edilməsinə
imkanlar yarandı.
İkincisi,
bir sıra
irfani
məsələlər çox asan səpgidə həll edildi (o dövrə
qədər bu məsələlər əqldən yüksəkdə, onun
məlumatları idrak
olunmayan səviyyədə hesab
olunurdu).
Üçüncüsü,
Əhli-beyt
(ə)-ın
rəhbərlərinin uzun əsrlər boyu həllolunmaz bir
müəmma şəklində qalan,
çox hallarda isə
mütəşabihlərdən sayılan dərin və mürəkkəb
fəlsəfi
bəyanlarından
və
dinin
zahiri
mənalarından çoxu həll edilərək aydınlaşdırıldı.
Beləliklə də dinin zahiri mənaları ilə irfan fəlsəfi
arasında tam uyğunluq yaradıldı və onların hər
ikisi bir istiqamətdə düşünülməyə başlandı.
123
Mərhum Şirazidən qabaq da Şeyx Söhrəvərdi
1
və
Şəmsuddin Məhəmməd Türkə
2
bu barədə əsaslı
irəliləyişlərə nail olmuşlar.
Kamil müvəffəqiyyət
isə Sədrul-Mütəəllihin Məhəmməd Şiraziyə nəsib
olmuşdur.
Sədrul-Mütəəllihin bu üslubu davam etdirərək
“cövhəri hərəkət” nəzəriyyəsini isbat etdi,
dördüncü yön və nisbiyyət nəzəriyyəsini (əlbəttə
zehn və təsəvvür aləmində deyil, tarixdə) kəşf
etdi, əlliyə yaxın kitab və risalə yazdı. Onun
fəlsəfədə yazdığı
şah əsərlərindən biri dörd
cildlik “Əsfar” kitabıdır.
1 O, Hikmətul-işraq kitabının müəllifi və altıncı hicri əsrinin
filosofların-dandır.
2 O, səkkizinci hicri əsrinin filosof-larındandır.