İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə41/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   37   38   39   40   41   42   43   44   ...   93
İSLAMDA-ŞİƏLİK

İSLAMDA
 
İRFANIN
 
MEYDANA 
GƏLMƏSİ
 
İslam Peyğəmbərinin (s) səhabələri arasında
1
yalnız 
Həzrət Əli ibni Əbitalib (ə)-ın yetərli və gözəl bəyan 
üslubu 
irfani 
həqiqətlərdən, 
mənəvi 
həyatın 
mərhələlərindən ibarət olan böyük və sonsuz ehtiyatlara 
malikdir. Sair səhabələrdən yadigar qalan əsərlərdə bu 
kimi məsələlər barədə əsla söhbət getmir. O həzrətin 
köməkçiləri və şagirdləri arasında Salman Farsi, Üveys 
Qərəni, Kumeyl ibni Ziyad, Rəşid Hicri və Meysəm 
Təmmar kimi şəxsiyyətli insanlar yetişmişdir ki, islam 
aləmində məşhur olan ariflərin hamısı Əli (ə)-dan sonra 
onları öz silsilələrinin başlanğıcı hesab etmişlər. Bu 
təbəqədən sonra ikinci hicri əsrində Tavus Yəmani, Malik 
ibni Dinar, İbrahim Ədhəm və Şəqiq Bəlxi kimi böyük 
şəxsiyyətlər də yaranmışlar ki, irfan və sufilik izhar 
etmədən zahidlər cərgəsində olmuş, xalq arasında haqq 
övliyalar, görkəmli şəxsiyyətlər kimi tanınmışlar. Amma 
onlar eyni halda özlərindən qabaq olan təbəqə ilə 
tərbiyəvi əlaqələrini də gizlətmirdilər. 
Bu təbəqədən sonra ikinci əsrin axırlarında və üçüncü 
əsrin əvvəllərində digər bir təbəqə – Bayəzid Bəstami, 
Məruf Kərxi və Cüneyd Bağdadi və sair şəxsiyyətlər 
yarandı. Onlar seyri-süluk yolunu gedərək irfan və sufilik 
məsləkində zahir oldular, kəşf və şühud anlamını 
xatırladan bəzi sözlər deməyə başladılar; bu ifadələr 
1 Rical elmində onlardan 12000 nəfərinin adı qeyd 
olunmuşdur. 


127 
zahirdə xoşagəlməz mənalara malik olduqlarına görə 
dövrün fəqih və mütəkəllimləri etiraz və qiyam edərək 
onlar üçün müəyyən çətinliklər yaratdılar. Onların çoxu 
ev dustağına çevrildi, yaxud işgəncə verilərək dar 
ağacından asıldı. 
Bütün bunlara baxmayaraq, onlar öz yol və əqidələrinə 
müxalif olanlarla çox ciddi şəkildə rəftar edirdilər. Təriqət 
cərəyanı günbəgün genişlənərək yeddinci və səkkizinci 
hicri əsrində öz qüdrət və genişliyinin son həddinə çatdı. 
Bundan sonra da bəzən irəliləyişdə, bəzən isə tənəzzüldə 
olmaqla, indiki dövrə qədər öz varlığını davam 
etdirmişdir.
1
Adları “Təzkirə” kitablarında qeyd olunan irfani 
şəxsiyyətlər zahirdə sünnü məzhəbli idilər. Bu gün 
müşahidə olunan təriqətlər də onların yadigarlarıdır.
2
Onların bəzi adət-ənənələri hətta şiələrə də sirayət 
etmişdir. 
Qeyd olunduğu kimi, sünnülər inanırdılar ki, islamda 
irfani seyri-süluk üçün heç bir proqram və tədbir nəzərdə 
tutulmamışdır, nəfs barədə mərifət kəsb etmək yolunu 
müsəlmanların özləri dərk etmişlər və məhz bu da 
Haqqın nəzərində qəbul olunan yoldur; rahiblik də (tərki-
dünyalıq) eynilə belədir. Belə ki, İsa (ə)-ın dəvətində belə 
bir məsələ və əqidənin olmamasına baxmayaraq, 
1 Şəxsiyyətlərin tərcümeyi-hallarını qeyd edən kitablara, 
“Təzkirətul-övliya”, “Təraiq” və s. kitablara müraciət edin. 
2 Bu cərəyanlarda Allahın kitabı və Peyğəmbər (s) 
sünnəsində mövcud olan təlim və qayda-qanunlardan əsər-
əlamət yoxdur. 


128 
məsihilər onu özləri icad edərək məqbul hesab etmişlər.
1
Buna görə də təriqət şeyxlərindən hər biri məsləhət 
gördükləri 
qayda-qanunları 
özlərinin 
seyri-süluk 
proqramlarında 
yerləşdirmiş, 
müridlərinə 
də 
bu 
göstərişləri vermiş, nəticədə tədrici olaraq geniş və 
müstəqil proqramlar yaranmışdır. O cümlədən, baş 
yellətmək mərasimi, zikrin təlqin olunması, xirqə, 
musiqidən istifadə olunması, ğina, zikr deyərkən vəcdə 
gəlmək və s.-ni qeyd etmək olar. Bu işlər bəzən elə bir 
həddə çatırdı ki, şəriət bir tərəfdə, təriqət isə digər bir 
tərəfdə qərar tuturdu. Bu üslubun tərəfdarları əməli 
olaraq batiniyyəyə qoşulmuşlar. Lakin şiəliyin nəzəri 
meyarlarını mülahizə etməklə aydın olur ki, islamın əsl 
mənbələrindən 
(kitab 
və 
sünnə) əldə olunanlar 
yuxarıdakıların tam əksinədir. Dini göstərişlərin insanı bu 
həqiqətlərə doğru sövq etməməsi, yaxud onun müəyyən 
proqramlarının bəyan edilib açıqlanmasında etinasızlığa 
yol verilməsi, yaxud da müəyyən bir şəxsin barəsində 
(kimliyindən asılı olmayaraq) öz vacib və haramlarını 
qüvvədən salması heç vaxt mümkün deyildir. 
1 Allah-taala buyurur: “Nəsranilərin özlərindən uydurub 
çıxartdıqları rahibliyi Biz onların haqqında yazma-mışdıq; 
yalnız onlar bu işlə Allahın razılığını nəzərdə tuturdular.” 
“Hədid” surəsi, ayə-27 


129 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin