İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə40/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   36   37   38   39   40   41   42   43   ...   93
İSLAMDA-ŞİƏLİK

ÜÇÜNCÜ
 
YOL:
 
KƏŞF 
(Mənəvi müşahidə)
 
İnsan və irfani idrak 
İnsan fərdlərinin əksəriyyəti gündəlik tələbatını və 
məişət ehtiyaclarını təmin etməklə məşğul olduqları üçün 
mənəviyyatla maraqlanmırlar. Halbuki, insanın batinində 
“həqiqət görənlik” adlı bir hiss vardır ki, bəzən müəyyən 
şəxslərdə fəallaşaraq onları bir sıra mənəvi idraklara 
vadar edir. 
Hər bir insanın (həqiqətləri və real gerçəklikləri sırf 
təsəvvür və xurafat hesab edən şəkkakların əksinə olaraq,) 
sabit gerçəkliklərə imanı vardır. O, bəzən saf və aydın bir 
zehnlə, pak bir batinlə yaradılış dünyasının sabit 
gerçəkliklərinə tamaşa edir, digər tərəfdən dünyanı təşkil 
edən zərrəciklərin fani olduğunu başa düşür, dünyanı və 
onda olan varlıqları gözəl və sabit gerçəklikləri əks 
etdirən bir güzgü hesab edir. Belə ki, bu idrakın ləzzəti 
başqa ləzzətləri onun nəzərində çox dəyərsiz və 
əhəmiyyətsiz göstərir. Bununla o, təbii olaraq maddi 
həyatın müvəqqəti və şirin nümunələrindən əl çəkir. 
Bu da məhz irfanda izah olunan “cəzb” halətidir; bu 
hal Allahı tanıyan insanı yüksək aləmlərə doğru seyr 
etdirir, pak və münəzzəh Rəbbinin höccətini insanın 
qəlbinə yerləşdirir, nəticədə ona hər bir şeyi unutdurur; 
bu məqam həmin şəxsi öz uzun-uzadı və puç 
arzularından birdəfəlik əl çəkməyə vadar edir, onu hər bir 
görülməli və eşidilməli şeylərdən uzaqlaşaraq aşkar 


125 
şəkildə başa düşülən, eyni zamanda gözə görünməz 
Allaha sitayişə gətirib çıxarır. Həqiqətdə bəşər aləmində 
ilahi dinləri vücuda gətirən də məhz bu batini qüvvədir. 
Arif insanlar Allaha savaba nail olmaq, yaxud 
cəhənnəm əzabından qorxduğu üçün deyil, Ona 
məhəbbət bəslədiyi üçün sitayiş edir.
1
Buradan da aydın 
olur ki, irfan sair məzhəblər qarşısında müstəqil bir 
məktəb sayılmamalıdır; o, sadəcə olaraq, pərəstiş (ümid, 
yaxud qorxu üzündən deyil, məhəbbət əsasında olan 
sitayiş) yollarından biridir. Bu yol əqli təfəkkür və dini 
zahirlər müqabilində dinlərin həqiqətini dərk etmək üçün 
bir yoldur. 
Təkallahlı dinlərin hər birinin, hətta bütpərəstliyin 
belə, bu yolla seyri-süluk edən ardıcılları vardır. 
Bütpərəstlərin, yəhudilərin, məsihilərin, məcusilərin və 
islamın həm arifləri, həm də qeyri-arifləri vardır. 
1 İmam Sadiq (ə) buyurub: “İbadət üç növdür: Bəziləri 
Allaha, cəhənnəm odunun qorxusundan ibadət edir, bu, 
qulların ibadətidir. Bəziləri behişt nemətlərinə çatmaq üçün 
Allaha pərəstiş edir, bu da muzdurların pərəstişidir. Bir qrup 
isə Allaha məhəbbət bəslədikləri üçün Ona ibadət edirlər, bu da 
azad insanların ibadəti və pərəstişlərin ən gözəlidir.” “Biharul-
ənvar”, 15-ci cild, səh-208 


126 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin