98
verərdi. Deməli, Peyğəmbəri-Əkrəmin (s) sözləri, onu o
həzrətdən, yaxud başqa etimadlı şəxslərdən eşidən şəxslər
üçün höccət sayılır və onlara itaət etmək vacibdir. O
həzrətdən qəti təvatür əsasında nəql olunmuşdur ki, Əhli-
beytin bəyanları onun öz kəlamları kimidir. Bu və
Peyğəmbərin (s) sair qəti hədislərinə əsasən, Əhli-beytin
(ə) sözləri Peyğəmbərin (s) sözlərinin davamıdır, onlar
islamda elmi mərcəiyyət məqamına malik olmuş, islam
elmlərinin və hökmlərinin bəyan olunmasında heç vaxt
xətaya yol verməmişlər; onların bəyanları şifahi, yaxud
nəql olunduğu şəkildə höccət və mötəbər sayılır.
Deməli, islami təfəkkürdə mənbə sayılan dini zahirlər
iki cürdür: Kitab və sünnə. Kitab dedikdə Qurani-Kərimin
ayələrinin zahiri mənaları, sünnə dedikdə isə, Peyğəmbər
və onun Əhli-beytindən (ə) nəql olunan hədislər nəzərdə
tutulur.
Dostları ilə paylaş: