QURANIN
DİNİ
TƏFƏKKÜR
ÜÇÜN
G
ÖSTƏRDİYİ
YOLLAR
Qurani-Kərim öz təlimlərində islam maarifini və dini
məqsədləri dərk edib anlamaq üçün öz ardıcıllarına üç yol
göstərmiş və bəyan etmişdir ki, dini zahirlər, əqli höccət
və mənəvi dərk ixlas və bəndəlik yolu ilə mümkün ola
bilər.
92
İzah:
Məlum olduğu kimi, Qurani-Kərim öz
bəyanlarında bütün insanlara xitab edir; bəzi hallarda öz
müddəasına höccət və bürhan gətirmədən, özünün ilahi
rəhbərliyinə arxalanaraq tövhid, nübüvvət, məad kimi
etiqad üsullarının, eləcə də namaz, oruc və s. əməli
hökmlərin qəbul edilməsini onlara əmr edir və onları bəzi
işlərdən çəkindirir. Əgər sözlə ifadə olunan bu bəyanları
höccət hesab etməsəydi, heç vaxt insanlardan onlara itaət
etməyi tələb etməzdi. Deməli, qəbul etməliyik ki, Quranın
bu kimi sadə bəyanları islam maarifini və dini məqsədləri
başa düşmək üçün bir yoldur. Biz bu şəkildə buyurulan
“aminu billahi və rəsulih”, “əqimussəlatə”
və s. bəyanları dini
zahirlər adlandırırıq.
Digər tərəfdən görürük ki, Qurani-Kərim bir çox
ayələrdə insanı əqli höccətə doğru hidayət edir, insanı
kainatda və onun öz daxili aləmində mövcud olan
nişanələr barəsində əql və təfəkkür qüvvəsini işə salmağa
dəvət edir, lazım gəldikdə həqiqətlərin işıqlandırılması
üçün əqli sübutlar gətirir. Doğrusu, heç bir asimani kitab
insanlara Quran kimi bürhanı, mərifəti və elmi təqdim
etməmişdir.
Qurani-Kərim bu bəyanlarla əqli höccətin, istidlalın və
azad bürhanın etibarını şübhəsiz və danılmaz hesab edir.
Quran heç vaxt demir ki, əvvəlcə islam maarifinin haqq
olmasını qəbul edin, sonra əqli yollarla dəlil gətirərək
qeyd olunan həqiqətləri əldə edin; əksinə, öz həqiqət və
gerçəkliklərinə kamil etimadla belə buyurur:
Əqli dəlillər gətirərək qeyd olunan maarifin haqq
olmasını dərk edin; islami dəvətdən eşitdiyiniz sözlərin
təsdiqini yaradılış dünyasından əldə edin; soruşun, eşidin
93
və nəhayət dəlilin nəticəsindən əqidə və iman qazanın.
Buyurmur ki, əvvəlcə iman gətirin, sonra onun müvafiq
olmasına dair dəlil gətirin. Deməli, fəlsəfi təfəkkür də
Qurani-Kərim tərəfindən təsdiq edilən bir yoldur. Qurani-
Kərim aydın və gözəl bir bəyanla aydınlaşdırır ki, bütün
həqiqi maariflər tövhid və allahşünaslıqdan qaynaqlanıb
əldə edilir. Özlərini hamıdan kənara çəkərək hər bir şeyi
unudan, ixlas və bəndəçilik sayəsində bütün qüvvələrini
təbiətin fövqündə dayanan aləmə yönəldən bu şəxslər öz
gözlərini pak Pərvərdigarın nuru ilə işıqlandırmışlar;
onlar həqiqət görən gözləri ilə əşyaların həqiqətlərini,
asimanların və yerin mənəvi simasını görmüşlər. Çünki
ixlas və bəndəçilik sayəsində yəqin mərhələsinə çatmışlar;
yəqin sayəsində yerin və asimanların mələkuti çöhrəsi,
əbədiyyət aləmi onlar üçün kəşf olunmuşdur. Aşağıda
göstərilən Quran ayələri bu müddəanı tamamilə sübuta
yetirir:
a)”Ənbiya” surəsi, 25-ci ayə:
“Biz, səndən qabaq elə bir peyğəmbər göndərmədik ki,
ona “Məndən başqa heç bir məbud yoxdur, yalnız Mənə
ibadət edin” - deyə vəhy etməyək.”
1
b)“Saffat” surəsi, 159-160-cı ayələr:
“Allah, (müşriklərin) Onu aid etdikləri sifətlərdən
tamamilə uzaqdır.
Allahın müxlis (mömin) bəndələri isə istisnadır...“
v) Başqa bir ayədə buyurulur:
1 Bu ayədən başa düşülür ki, ilahi dinlərdə pərəstiş
tövhiddən doğur və onun əsasında qurulur.
94
“De: Mən yalnız sizin kimi bir insanam, (mənim
imtiyazım budur ki,) mənə vəhy olunur ki, sizin
məbudunuz vahid olan Allahdır; hər kəsin öz Rəbbi ilə
görüşəcəyinə ümidi vardırsa, gərək yaxşı işlər (saleh
əməllər) görsün və ibadətdə Rəbbinə şərik qoşmasın.”
(“Kəhf” surəsi, 110-cu ayə)
1
q) Başqa bir ayədə isə belə buyurulur:
Dostları ilə paylaş: |