86
zahirinin mötəbər və dəyişməz olduğuna əqidə bəsləyir,
Qurani-Kərimin həm zahiri, həm də batini mənalara
malik olduğunu təsdiq edirlər.
* * *
Son iki əsrdə on iki imamçı şiələrin arasında şeyxiyyə
və kərimxaniyyə cərəyanları da yaranmışdır. Onların
başqaları ilə olan ixtilafı məsələlərin əslinin isbat və ya
inkar olunmasında deyil, bir sıra nəzəri məsələlərdədir;
buna görə də onları şiələrdən ayrılan xüsusi bir firqə
hesab etmirik.
Həmçinin “ğülat” adlandırılan və on iki imamçı
şiələrdən ayrılan, batiniyyə və ismailiyyə şiəsi kimi yalnız
batinə inanan və buna görə də düzgün bir məntiqi
olmayan Əliyyullah firqəsini də müstəqil cərəyan hesab
etmirik.
Dostları ilə paylaş: