I faza – şokun və ürək-ağ ciyər çatışmazlığının inkişafı.
II faza –massiv profuz qanaxmalarla xarakterizə olunur, hipofibrinogenemiya, trombositope-niya, patoloji fibrinoz və qanın laxtalanma
amillərinin çatışmazlığı səbəbindən inkişaf edir.
Klinika . Dölyanı maye emboliyasının klinik şəkli onun qan damarlarına hansı sürətlə və nə miqdarda keçməsindən və qadın
orqanizminin vəziyyətindən asılıdır.
Simptomlar doğuşun I, II dövrlərində və nadir hallarda doğuşdan sonra biruzə verir. Xəstəli-yin I stadiyasında kəskin tutmalar fonunda
ürək-damar çatışmazlığı inkişaf edir. Üzün və ətrafların sianozu, A/T-in enməsi, taxikardiya, nəbzin dolğunluğunun zəifləməsi, ölüm
qorxusu müşahidə edi-lir. Tənəffüs səthidir, bəzən Çeyn-Stoks tiplidir. Döş arxasında, epiqastral nahiyyədə, ayaqlarda, başda ağrılar
olur. Xəstədə narahatlıq, boğulma, soyuq tər müşahidə edilir. Beyinin hipoksiyası nəti-cəsində tonik və klonik qıcolmalar, huşun itməsi və
koma baş verir. Paralel olaraq ağ ciyərin ödemi, inkişaf edir. Tənəffüs boğucu və küylü olur. Köpüklü bəlğəmli öskürək müşahidə edilir.
Auskultasi-
yada yaş xırıltılar eşidilir.
Sağ mədəcik çatışmazlığı əmələ gəlir. Ürək sərhədləri sağa doğru genişlənır. Ağ ciyər arteri-yası üzərində II tonun aksenti (,,bildirçin
ritmi”) eşidilir. Ağ ciyər çatışmazlığı əmələ gəlir. Bir neçə dəqiqədən 2-3 saata qədər ölüm baş verir. Əgər qadın bu şok vəziyyətindən
çıxa bilirsə xəstəliyin II stadiyası inkişaf edir. Bu, kəskin YDL sindromu formasında massiv qanaxmalarla müşayət olunur.
Dölyanı maye emboliyasının aşağıdakı formaları var: koloptoid; hemorragik; qıcolma tutma-ları ilə; ödemli; ildırımvari (sürətli, bəd
xassəli).
Diaqnoz . EKQ
–da (sinus və parksizmal taxikardiya), P və T dişciyinin voltajının azalması; rentgenoloji olaraq ağ ciyərlərin interstisial
ödemi, infarkt zonası aşkar olunur. Laborator müayinə-lərdə: qanın laxtalanma müddəti və koaquloqramması aparılmalıdır.
Müalicə aşağıdakı plan üzrə aparılır: damar spazmının aradan qaldırılması: spazmolitiklər
və hipertenziv dərmanlar; ağciyər ödemi ilə mübarizə; oksigenoterapiya; patoloji
kardiopulmonar simptomların aradan qaldırılması; mikrosirkulyasiyanın yaxşılaşdırılması,
detoksinasiya; təzyiqin normallaşdırılması; şokla mübarizə; qanitirmə və qanın
laxtalanmasının tənzimlənməsi