C. DÖŞ QƏFƏSİNİN KOMPRESSİYASININ APARILMA TEXNİKASI Huşunu itirirmiş (qıcıqlara cavab verməyən) və nəbzi 5–10 saniyə ərzində aydın təyin edilməyən zərərçəkənə lazımsız
edilən döş qəfəsinin kompressiyası nisbətən az ziyanlıdır, nəinki gecikdirilmiş kompressiya.
Döş qəfəsinin kompressiyasını apararkən ürək döş sümüyü ilə onurğa arasında sıxılıb
qanı damarlara qovur və ürək (döş qəfəsi) nasosu işə düşür.
Ürək (döş qəfəsi) nasosu qanı venalardan sorub yenidən ürəyə daxil olmasına imkan verir
və kompressiyalar zamanı qan dövranı bərpa olunur. Hər kompressiya- dan sonra döş
qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verin.
Döş qəfəsi tam yerinə qayıtmasa ürək nasosunun sorma qabiliyyəti azalır və qan dövranı zəif
bərpa olunur.
Döş qəfəsinin kompressiya və dekompressiya vaxtları təqribən bərabər olmalıdır.
Döş qəfəsinə göstərilən təzyiqin dərinliyi: körpələrdə təqribən 4 sm;
uşaqlarda azı 5 sm;
böyüklərdə isə 5 sm-dən artıq, 6 sm-dən çox olmamaq şərti ilə.
A. Böyüklərdə döş qəfəsinin kompressiyasının aparılma texnikası Böyüklərdə döş qəfəsinin kompressiyası iki əllə aparılır. Əllər döşün mərkəzinə döş sümüyünün aşağı hissə- sinə
qoyulur. Bu yerin tez müəyyən edilməsinə çalışın. Bu mümkün olmadıqda, aşağı ətrafa yaxın əlin iki barmağı- nı xəncərəbənzər
çıxıntının üzərinə, digər ovcun proksimal (biləyə yaxın) hissəsini isə şəkildə göstərilən qaydada döş sümüyünün aşağı hissəsinə
qoyun.
1.
Əllərin döş sümüyünün üzərinə qoyulmasının 2 üsulu:
» I üsul: bir əl digər əlin üzərinə qoyularaq barmaqlar qıfıl şəklində bir-birinə keçirilir və döş sümüyünün aşağı hissəsinə
qoyulur. Aşağıdakı əlin barmaqları yuxarıya, “cənnətə” baxmalıdır;
» II üsul: bir əl digər əlin biləyindən yapışaraq döş sümüyünün aşağı hissəsinə qoyulur.
Aşağıdakı əlin barmaqları yuxarıya, “cənnətə” baxmalıdır.
2.
Qollar dirsək oynağından tam açılmalıdır (dirsək oynağı bükülməməlidir).