Kompressiyanı
n bir
əllə,
iki
əllə,
iki barmaqla
aparılması
İki əllə
Bir əllə
çox kiçik
uşaqlard
a
İki əllə
bir az
böyük
uşaqlarda
*
Tək olduqda
bir əlin iki barmağı ilə
(orta-
adsız və ya orta-şəhadət
)
*
İki nəfər və daha çox
olduqda Biri hər iki əlin 4
barmağı ilə onurğanı kürək
altından təsbit edir və
kompressiya olunacaq yerə
baş barmaqların uclarını
yanbayan, çox kiçik körpələrdə
isə, üst-üstə qoyur.
Döş
qəfəsinin
genişlənməs
Hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən
onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verin
24
i
Vaxt itkisinin
azaldılması
Kompressiyalardan sonra tənəffüs yollarını açıb, 2 ardıcıl uğurlu süni
tənəffüs verib, yenə də kompressiyalara qayıtmağa 10 saniyədən artıq
vaxtitkisinə yol verməyin
DÖŞ QƏFƏSİNİN KOMPRESSİYASI
A.
Ürək-damar sistemi
B.
Canlandırma – qan dövranının bərpası. Circulation
C.
Döş qəfəsinin kompressiyasının texnikası
A.
ÜRƏK-DAMAR SİSTEMİ
Ürək-damar sisteminin əsas funksiyası oksigeni və qida maddələrini orqanizmin hər bir hüceyrəsinə çatdır- maqdır. O,
həmçinin karbon qazının və lazımsız maddələrin orqanizmdən xaric olunmasında iştirak edir. Ürək-da- mar sistemi ürəkdən və
qan damarlarından (arteriyalar, venalar, kapilyarlar) ibarətdir.
*
Anatomiya və fiziologiya
Ürək əzələvi üzv olub, döş qəfəsində yerləşir. Ürək qanı arteriya və vena damarları vasitəsilə bütün bədən üzrə dövr
etdirir.
Arteriyalar
– qanı ürəkdən bədənin digər nahiyələrinə aparan qan damarlarıdır. Ürəkdən
başlayan damarlar arteriya adlanaraq qanı ürəkdən ağciyərlərə və bədənin digər nahiyələrinə
çatdırır. Ürəyə qayıdan damarlar isə vena adlanır. Arteriyalar kiçik damarlara şaxələnir. Bu
damarlar öz növbəsində mikroskopik kapilyarlara parçalanır. Kapilyarlar bədənin bütün
hüceyrələrinə qan daşıyır və onları oksigenlə təmin edir. Qandakı oksigen hüceyrələrə sərf
olunduqdan sonra karbon qazı ilə zəngin olan qan venalar vasitəsilə ürəyə qayıdır. Ürəyin sağ
mədəciyi qanı ağciyər- lərə vurur və orada qan oksigenlə zənginləşib ürəyin sol mədəciyinə
qayıdır. Bu dövretmə
qan dövranı
adlanır. Ürəyin nasos (vurma) funksiyasını təmin edən
proses təqəllüs (yığılma) adlanır və mərkəzi sinir sistemi tərəfindən idarə olunur. Bu da
ürəyin müntəzəm işləməsini təmin edir. Orqanizmin normal fəaliyyəti üçün ürək müntəzəm
işləyərək hüceyrələri oksigenlə təmin etməlidir.
*
Qanın tərkibi və miqdarı
Qan maye hissədən – plazmadan və onun içərisində üzən qan hüceyrələrindən (formalı elementlərdən): erit- rositlər
(qırmızı qan cisimcikləri), leykositlər (ağ qan cisimcikləri), trombositlərdən və s. ibarətdir. İnsanlarda qanın ümumi həcmi
normada bədən çəkisinin 6–8%-ni təşkil edir, yəni 4,5–6,1 litr olur.
Eritrositlərin tərkibində olan hemoqlobin oksigeni toxumalara, karbon qazını isə toxumalardan ağciyərlərə daşıyır.
Leykositlər orqanizmin mikroblardan, bakteriyalardan, viruslardan və s. yad maddələrdən qorunmasında mühüm rol oynayır,
yəni immuniteti təmin edir. Trombositlər qanın laxtalanmasında iştirak edir. Qanın maye halı və qapalı sistemdə dövr etməsi
həyat fəaliyyətinin vacib şərtlərindən biri olub, qanın laxtalanma sisteminə əsasla- nır. Bunun nəticəsində dövr edən qan maye
halında saxlanılır və qan tromblarının (qan laxtasının) vasitəsilə zədələnmiş damar mənfəsi qapanır, qanaxma dayanır və qan
dövranın tamlığı bərpa olunur. Arterial qan oksigenlə zəngin olduğu üçün al qırmızı, venoz qan karbon qazı ilə zəngin olduğu
üçün tünd qırmızı rəngdə olur.
*
Qan dövranının dayanması
Ürəyin və ya tənəffüsün qəfləti dayanması qəfləti ölümlə nəticələnir. Qəfləti ölüm zamanı huş itir (qıcıqlara cavab
reaksiyası olmur), tənəffüs olmur, ürək dayanır (iri arteriyalarda nəbz təyin edilmir). Ürəyin qəfləti dayanma- sının ilk 4–6
dəqiqəsində klinik ölüm baş verir. Bu dövrdə ilk yardım göstərilməsi yubanarsa, geri dönməsi müm- kün olmayan bioloji ölüm
baş verir.
Həyat üçün ən təhlükəli hal ürəyin qəfləti dayanmasıdır. Ürəyin qəfləti dayanmasının ən başlıca səbəbi ritm
pozğunluğundan yaranan mədəcik fibrilyasiyası (ürək əzələləri titrəyir – səyriyir) və ya mədəcik taxikardiyasıdır. Ürək
dayandıqda qan dövr etmir və nəbz təyin edilmir. Bu zaman vaxt itirmədən qan dövranını bərpa etmək üçün ürək-ağciyər
reanimasiyası (ÜAR) başlanmalı və defibrilyasiya aparılmalıdır.
Qan dövranının effektivliyini öyrənmək məqsədi ilə yuxu, bud, mil və ya bazu arteriyasında nəbzi yoxlamaq lazımdır.
Nəbz aydın təyin edildikdə onun sayına, ritminə, dolğunluğuna və gərginliyinə fikir verin.
Nəbz vurğularının dəqiqəlik sayını bilmək üçün nəbzi 6 saniyə sayıb 10-a və ya 10 saniyə sayıb 6-ya vurmaq lazımdır.
Yaxşı dolğunluqlu və ritmik nəbz ürək fəaliyyətinin müsbət işindən, zəif nəbz isə qan dövranının pozul- masından xəbər verir.
|