ya damarları sıxmaqla, ətrafları yuxarı qaldırmaq
və ya maksimal bükməklə, yaraya sıxıcı sarğı,
pnevmatik şin və ya turna
qoymaqla dayandırılmalıdır.
Digər üsullar kömək etmədikdə, son vasitə kimi tur- nadan istifadə olunmalıdır.
Turnadan tez-tez
istifadə etmək məsləhət görülmür, çünki o, ətraf damarları sıxıb, toxu- maların qidalanmasını pozur.
Daxili qanaxmanın müəyyən edilməsi çətinlik törədir. Buna baxmayaraq istər xarici, istərsə də daxili qanax- maların klinik
mənzərəsində ümumi və yerli əlamətlər ayırd edilir. Bu ilk növbədə özünü nəbzin tezliyində, dəri örtüyünün rənginin və bədən
hərarətinin dəyişməsində büruzə verir.
Adətən nəbz yuxu, bud və bazu arteriyalarında qiymətləndirilir. Nəbzi yохlаyarkan onun sayına, ritminə və dolğunluğuna
fikir verin. Dolğun, ritmik və sayı normal olan nəbz qanaxmanın olmadığını göstərir. Sayı dəqiqədə 100-dən artıq olan sapvarı
nəbz qanaxmanın erkən əlamətidir. Nəbzin olmaması CAB reanimasiyasının aparılması- nın zəruriliyini göstərir.
Dərinin rəngi qanaxmanın olub-olmadığı barədə bir çox məlumat verə bilər. Dərisinin rəngi çəhrayı olan zərərçəkənlərdə
nadir hallarda qan azlığı ola bilər. Qan axması olan zərərçəkənin dərisi və selikli qişası kəskin avazıyır.
Dəri soyuq olub
yapışqanlı tərlə örtülür. Arterial təzyiq enir, sidik ifrazı azalır, tənəffüs tezləşir və səthiləşir, huşun səviyyəsi dəyişilir, maddələr
mübadiləsi pozulur. Ağır hallarda burunun ucu, dodaqlar və dırnaqlar göyümtül rəngdə olur (sianoz). Dərinin kül rəngli olması
çoxlu miqdarda, azı 30% qanın itirilməsinə işarədir. Bu halda bədənin hərarəti aşağı enir.
*
Dövr edən qanın həcminin bərpası
Qanaxma zamanı bədəndə dövr edən qanın həcmi (normada 4,5–6,1 litr) azalır. Dövr edən qanın həcminin bərpası təcili
tibbi yardım briqadası tərəfindən həyata keçirilir.
*
CAB reanimasiyasının fəsadları:
-
qabırğaların sınması;
-
döş sümüyünün sınması;
-
qaraciyərin, ağciyərin, ürəyin travmatik zədələnməsi;
-
pnevmotoraks.
Fəsadların əmələ gəlməsi reanimasiya tədbirlərinin dayandırılmasına əsas vermir
Dostları ilə paylaş: