TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə48/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   44   45   46   47   48   49   50   51   ...   141
DƏRSLİK

(А). Əlavə tövsiyələr:

Doğuş zallarında temperaturu >26oC təmin etməli 

Qızdırıcı döşəyin üzərinə qoymalı (B) 

Şüalandırıcı istilik mənbəyinin altına qoymalı (C) 

yenidoğulmuşun çiyinləri altına mütəkkə formasında bükülmüş əski qoyulmaqla düzgün vəziyyət verilir; 

tənəffüs yollarından möhtəviyyat sorulur (Əlavə №3-ə bax); 

aktiv taktil stimulyasiya aparılır (ayaqların altına astaca vurulur, kürək sümükləri arası sahə ehtiyatla silinir) . 
İlk addımlardan sonra tənəffüs, ürək döyüntülərinin sayı (ÜDS) və dəri örtüklərinin rəngi qiymətləndirilir. 
ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə 
Əgər: 

sərbəst tənəffüs bərpa olunubsa, ÜDS>100/dəq., uşağın rəngi çəhrayılaşıbsa, uşağı ananın döşünə qoymaq 
lazımdır; 

sərbəst tənəffüs bərpa olunubsa, ÜDS>100/dəq., amma uşaqda mərkəzi sianoz qalırsa, sərbəst axınla uşağın rəngi 
çəhrayılaşana qədər ona oksigen verilir (Əlavə №4-ə bax); 

parametrlərdən hər hansı biri (tənəffüs, ÜDS, dəri örtüklərinin rəngi) bərpa olunmursa, dərhal ağciyərlərin köməkçi 
ventilyasiyasına başlamalı. 
Нeç tənəffüs olmadıqda taktil stimulyasiyaya aludə olmaq lazım deyil 
 
AĞCİYƏRLƏRİN KÖMƏKÇİ VENTİLYASİYASI 
Ağciyərlərin köməkçi ventilyasiyası tənəffüs funksiyasının və normal qaz mübadiləsinin bərpası üçün aparılır. 
Köməkçi ventilyasiya özüdüzələn kisə və ya T-şəkilli sistemin köməyi ilə aparılır (B): 
çox hallarda maska üsulu ilə ventilyasiya effektli nəticə verir, yalnız az sayda uşaqlara endotraxeal intubasiya tələb 
olunur (D) (Əlavə №5-ə bax) 
köməkçi ventilyasiyanın sayı dəqiqədə 40-60 dəfədir (C) (Əlavə 
№6-ya bax) 
Vaxtında doğulan uşaqlarda köməkçi ventilyasiyanı atmosfer havası (A) və ya yarımçıq doğulanlarda oksigenin aşağı 
(30%) konsentrasiyası ilə başlamaq lazımdır. Aşağı konsentrasiyalı oksigen olmadıqda, ventilyasiyanı atmosfer havası ilə 
başlamaq lazımdır (B) 
Ağciyərlərin köməkçi ventilyasiyası 30 saniyə aparıldıqdan sonra, 6 saniyə reanimasiya tədbirləri dayandırılır, uşaqda 
sərbəst tənəffüs, ÜDS və dəri örtüklərinin rəngi qiymətləndirilir. 
ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə 
Əgər: 

sərbəst tənəffüs bərpa olunubsa, dərinin rəngi çəhrayıdırsa, ÜDS>100/dəq. ağciyərlərin köməkçi ventilyasiyası 
dayandırılır. Bu zaman dinamikada uşağın vəziyyətinə nəzarət edilməlidir; 

spontan müntəzəm tənəffüs olmadıqda və ÜDS>60/dəq., ventilyasiyanın effektliliyi (uşağın vəziyyəti, tənəffüs 
yollarının keçiriciliyi, maskanın vəziyyəti, kisənin işlək olması) yoxlanılmalı, ventilyasiya davam etdirilməli və 30 
saniyədən bir vəziyyət qiymətləndirilməlidir. Uzun müddətli 
ventilyasiya zamanı (2 dəqiqədən çox) mədəyə zond yeridilir (Əlavə №7-yə bax); 

ÜDS<60/dəq. ventilyasiyanı davam etdirməklə, ürəyin xarici masajına başlanılır. 



Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin