DOĞUŞ ZALINDA YENİDOĞULMUŞ UŞAĞA REANİMASİYANIN TƏŞKİLİ A. Proqnozlaşdırma Yenidoğulmuş uşağın reanimasiya
tədbirlərinə
ehtiyacının yüksək olduğu vəziyyətlər:
ananın vəziyyəti ilə əlaqədar
a.
antenatal
-
şəkərli diabet
-
hamiləlik hipertenziyası
-
ürək-damar, ağciyər, nevroloji xəstəliklər
-
qalxanvarı vəz xəstəlikləri
-
preeklampsiya, eklampsiya
-
2 və 3 trimestrlərdə qanaxma
-
infeksion xəstəliklər
-
ağır dərəcəli anemiya
-
prenatal müşahidənin olmaması və başqa sosial faktorlar
-
anamnezdə ölüdoğulmuş uşaq
-
ananın qəbul etdiyi dərmanlar (maqnezium, litium)
-
ananın narkotik və alkoqol qəbul etməsi
b. intranatal -
dölün qeyri-
düzgün vəziyyəti
-
cərrahi doğuş
-
vaxtından əvvəl doğuş
-
vaxtından əvvəl döl qişalarının yırtılması
-
doğuş fəaliyyətinin diskoordinasiyası (sürətli, uzun sürən doğuş)
-
doğuşdan əvvəlki 4 saat ərzində narkotik analgetiklərlə ağrısızlaşdırma
-
göbək ciyəsinin düşməsi
-
ciftin vaxtından əvvəl ayrılması
-
cift gəlişi
dölün vəziyyəti ilə əlaqədar -
dölün distresi əlamətləri (kardiotokoqrammada dəyişikliklər, dölyanı sularda mekonium)
-
bətndaxili infeksiya
-
oliqohidroamnion
-
polihidroamnion
-
dölün hərəkət aktivliyinin aşağı düşməsi
-
çoxdöllü hamiləlik
-
vaxtından əvvəl doğulma (<37 həftə)
-
gecikmiş doğulma (>42 həftə)
-
dölün bətndaxili inkişafının ləngiməsi
-
dölün inkişaf qüsuru
-
əvvəlki rezus immunizasiya
B. İlkin reanimasiya üçün iş yerinin hazır olması -
Optimal temperatur mühiti
-
İş yerinin düzgün yerləşdirilməsi
-
Yenidoğulmuş uşağın reanimasiyası üçün avadanlıq və vasitələr (Əlavə №1-ə bax)
37>