qaçıcı dalğalar uşaqlığı əvvəlki vəziyyətinə qaytarır, doğuş
kanalının aşağı hissəsinin müqavimət gücü nəticəsində döl qət etdiyi məsafədə fiksasiya olu-nur. Sonrakı uşaqlıq yığılmalarında proses
təkrarlanır.
Son dövrünə qədər cift, cift meydançası və onun altındakı miometrium vahid mühüt təşkil edir və deformasiyanın dalğalarını ötürür.
Son dövründə cift döl kimi hərəkət edir. Fərq ondadır ki, döl bütün uşaqlıq boşluğunu tutur, cift isə yalnız onun bir səthini. Döl
doğulduqda bütün uşaqlıq yerini dəyişir, cift doğulduqda ciftin bir hissəsi. Beləliklə, bu nəzəriyyəyə görə uşaqlıq boynunun açılması,
dölün və ciftin irəliləməsi doğuş prosesinin elementləri olub bir-biri ilə təbii hərəkətedici qüvvə-deformasiyanın qaçıcı dalğaları ilə birləşir.
§ 2. Xəbardaredici əlamətlər Hamiləliyin 38-39-cu həftələrində qadın orqanizmində, uşaqlıqda, ana-döl münasibətində, orqanizmi doğuşa hazırlayan müəyyən
dəyişikliklər baş verir. Bu dövr hazırlıq dövrü adlanır və bir çox əlamətlər kompleksi ilə özünü göstərən doğuş müjdələri ilə qurtarır.
1.Döl başı çanağın giriş müstəvisinə dirənir və ya onun üzərində az hərəkətlidir. İlk do-ğanlarda 38-ci həftədə, təkrar doğanlarda
doğuş fəaliyyətinin başlanması ilə başlayır. Uşaqlıq dibi enir, qarın və göbək qabarır. Diafraqmanın ekskursiysının sərbəstləşməsi
nəticəsində tənəffüs yün-gülləşir (əvvəllər--IX ayda diafraqma uşaqlıq dibi tərəfindən yuxarıya döş qəfəsinə doğru sıxılırdı).
2.Döl qovuğunun aşağı hissəsi uşaqlıq divarından ayrılır. Servikal kanalın sekretor funk-siyası artır.
3.Uşaqlıq boynu mərkəzdə, çanağın ötürücü xəttinə uyğun gəlir (bir barmağı sərbəst bu-raxır) daxili dəlik aşağı seqmentə keçir.
Doğuşa qədər uşaqlıq boynu yetişmiş olur.
4.Servikal kanaldan “selikli tıxac” düşür bu da özünü uşaqlıq yolundan selikli, bəzən qan qarışıqlı ifrazatla göstərir.
5.Qadının çəkisi