Şəkil: 5-7. Uşaqlıq boynunun açılması :A-ilk doğanda: B-təkrar doğanda
1-
doğuşdan əvvəl; 2-açılma dövrünün əvvəlində ;3-açılma dövrünün sonunda
Baş kiçik çanaq girəcəyinə pərçim olduqdan sonra onların arasında
təmas kəməri yaranır (şəkil:5-8). Təmas kəməri dölyanı mayeni ön
və arxa sulara ayırır. Sancılar gücləndikcə döl qovu-ğuna daha çox dölyanı maye axır, amma daha geri qayıda bilmir (təmas kəməri
qoymur). Çanaqla döl başı arasında uşaqlığın aşağı seqmenti yerləşir.
a) b)
Şəkil:5-8 .a) təmas kəməri: 1-arxa sular; 2-4 uşaqlıq boynu; 3 təmas kəməri;
b) kontraksion həlqə:1-uşaqlıq cismi; 2-aşağı seqment;3 kontraksion həlqə;4-uşaqlıq boynu
Uşaqlıq boynunun açılması tədricən baş verir: əvvəl boyun hamarlaşır, sonra 3-4 sm-ə qədər açılır. I dövrün sonuna açılış 10-12 sm
olur. Bu zaman döl qovuğu gərgin olur, sancıların birində yırtılır və ön sular (100-120 ml) xaricə axır.
Qadınların əksəriyyətində sancılar qarının aşağı hissəsində, beldə ağrılarla müşayət olunur. Sancıların tezliyi və davamiyyəti artıqca
ağrılar da güclənir. Açılma dövrünün sonuna sancılar hər 2-3 dəqiqədən bir baş verir və 60-80 saniyə davam edir. Sancıların inkişafı
uşaqlıqda bir çox dəyi-şikliklər yaradır. Sancılar zamanı uşaqlığın yuxarı hissəsi–cismi (aktiv hissə) ilə aşağı seqment (pas-siv hissə)
arasında sərhəd yaranır. Bu
kontraksion həlqə adlanır. Xarici mamalıq müayinəsi zamanı kontraksion həlqə köndələn istiqamətdə
yerləşmiş zolaq kimi əllənir. Uşaqlıq boynu açıldıqca kont-raksion həlqə də qasıq qövsündən yuxarı qalxır (şəkil:5-8 b).
Kontraksion həlqənin yerləşməsinə əsasən uşaqlıq boynunun açılması haqqında fikir yürüt-mək olar: kontraksion həlqə qasıq
qövsündən neçə santimetr yuxarıda yerləşirsə, uşaqlıq boynunun açılmaşı da bir o qədər olur. Uşaqlıq boynu 4-5 sm açıldıqda,
kontraksion həlqə qasıq qövsündən 4-5 sm yuxarıda yerləşir. Açılma dövrünün sonunda kontraksion həlqə qasıq qövsündən 10 sm yu-
xarıda yerləşir