37
və həmfikirləri doğuşun birinci dövrünü sancıların in-tensivliyinə, davametmə müddətinə, uşaqlıq boynunun açılış sürətinə əsaslanaraq,
latent və aktiv fa-zalara bölürlər.
Latent faza
müntəzəm sancılardan başlayır və uşaqlıq boynunun 4 sm açılmaşına qədər davam edir.
İlk doğanlarda 6-8 saat, təkrar doğanlarda 4-6 saat davam edir. Nisbətən az ağrılı-dır, sancılar az amma requlyardır.
Aktiv faza
uşaqlıq
boynunun 3-
4 sm açılmasından tam açılması-na qədər davam edir: ilk doğanlarda 4-5 saat, təkrar doğanlarda 2-3 saat davam edir. Aktiv
faza do-
ğuş fəaliyyətinin güclənməsi ilə xarakterizə olunur, sancılar daha tez-tez baş verir. Bu zaman uşaq-lıq əzələləri: şaquli əzələlər
aktiv yığılır; eyni zamanda sirkulyar əzələlər zəifləyir. Bu dövrdə uşaq-lıq boynunun açılma qrafiki qeyd edilir və bu
partoqram
adlanır.
Uşaqlıq boynunun açılış tempi latent fazada 0,3-0,4 sm/saat, aktiv fazada 1,5-2,5 sm/saat təş-kil edir. Uşaqlıq boynu 8-9 sm açıldıqda
döl başı doğuş yollarında ilk doğanlarda 1sm/saat, təkrar doğanlarda 2 sm/saat sürətlə irəliləyir
Doğuşun aktiv fazasında aşağıdakı fazalar ayırd edilir: – başlanğıc aksellerasiya fazası; mak-simal yüklənmə fazası; ləngimə fazası.
Ləngimə fazası doğuşun I dövrünün sonuna uyğun gəlir. və uşaqlıq boynu 8-10 sm açılmış olur.
Dostları ilə paylaş: