TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə59/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   55   56   57   58   59   60   61   62   ...   141
DƏRSLİK

gücvermədir
. Bu əzələ pressinin (qarın divarı, diaf-raqma, çanaq dibi) yığılmasıdır. Dölün gəliş 
hissəsinin oma kələfinin sinir elementlərini sıxması nə-ticəsində reflektori olaraq (uşaqlıq boynu, parametral toxuma, çanaq dibi əzələləri) 
gücvermə baş verir. Gücvermə qeyri-iradi baş verir, amma doğan müəyyən dərəcədə onu tənzimləyə bilir. Mama-nın təklifi ilə doğan 
gücverməni gücləndirir və ya dayandırır. Gücvermələr 1-2 dəq-dən bir baş verir və 50-60 san. davam edir. Gəliş hissə çanaq dibinə 
çatdıqda gücvermə hissi yaranır. Gücvermə za-manı doğan qadının üzü qızarır, boyun venaları şişir, nəbz tezləşir, arterial təzyiq bir 
qədər artır.
Gücvermələr zamanı qarındaxili (gücvermə) və uşaqlıqdaxili (sancılar) təzyiqlərinin artması, uşaqlıqdan döl və sonun təzyiq çox olan 
yerdən, təzyiq az olan yerə – xaricə cəhd etməsinə səbəb olur.
Doğum yolları 
– doğum kanalı–sümük və yumşaq toxumalardan ibarətdir. Sümük hissəni ki-çik çanaq təşkil edir. Yumşaq toxumalara 
uşaqlığın aşağı seqmenti, servikal kanal, uşaqlıq yolu, vulvar həlqə və əzələlər aiddir.
Mayalanma baş verən gündən sancılar başlayana qədər qadın 
hamilə
, sancılar başlayandan döl və son doğulana qədər 
doğan
, döl və 
son doğulandan sonra 6-8 həftə müddətində 
zahı 
adlanır. 
 
Doğuşun gedişi 
 
 
Doğuş uşaqlıq əzələlərinin yığılması ilə xəbərdaredici əlamətlər dövründə başlayır. Requlyar sancıların başlanması, 10-15 dəqiqəlik 
intervalla baş verməsi, getdikcə güclənməsi doğuşun başlan-masından xəbər verir.
Doğuşun davamiyyəti müxtəlif səbəblərdən asılıdır. Əsas yeri gücvermə və sancıların inten-sivliyi tutur. Bundan başqa dölün və gəliş 
hissənin ölçüsü, çanağın ölçüsü və suların axma vaxtının da əhəmiyyəti var.
İlk doğanlarda doğuş daha uzun çəkir. Yaşlı ilk doğanlarda (30 yaşdan çox), infantil və artıq çəkili qadınlarda da doğuş uzana bilir. 
Doğuş, ilk doğanlarda təxminən 12-24 saat, təkrar doğanlar-da 8-12 saat davam edir.
Doğuş 3 dövrdə baş verir: açılma, qovulma və son.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin