TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə66/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   62   63   64   65   66   67   68   69   ...   141
DƏRSLİK

ötürücü nöqtə 
adlanır. Başın bükülməsi nəticə-sində baş çanağın giriş müstəvisində, ən kiçik ölçüsü ilə 
(9,5 sm) 
– 
kiçik çəp ölçüsü 
ilə yerləşir. Bu doğuşun birinci dövründə sancılar nəticəsində baş verir. Təkrar doğanlarda baş az bükülərək 
düz öl-
çüsü ilə (12 sm) kiçik çanaq girəcəyi üzərində hərəkətlidir və ya dirənib. Ötürücü nöqtə təpədir. Təkrar doğanlarda başın 
bükülməsi ön sular axdıqdan sonra baş verir.
II mərhələ 
(şəkil:5-11) 
başın daxili dönüşü 
(rotatio capitis interna normalis), baş kiçik ça-nağa keçdikdən sonra başlayır. Baş irəliləmə 
hərəkətləri ilə eyni zamanda, öz şaquli oxu ətrafında dönür. Bu zaman ənsə önə, alın və böyük əmgək arxaya çevrilir. Çanaq 
boşluğunda oxabənzər tikiş çəp ölçüdə olur: I mövqedə sağ, II mövqedə sol çəp ölçüdə. Çanaq çıxacağında oxabənzər tikiş düz ölçüyə 
uyğun gəlir. Bu zaman kiçik əmgək simfizə baxır.
Başın daxili dönməsi kiçik çanaq boşluğunda, enli müstəvinin dar müstəviyə keçdiyi yerdə başlayır və çanaq dibində (çıxacağında) başa 
çatır. Dönmə nəticəsində başın oxabənzər tikişi çəp öl-çüdən düz ölçüyə, çiyinlər köndələn ölçüsü ilə çanağın köndələn ölçüsünə 
keçirl
ər. Əgər çanaq gi-rəcəyində oxabənzər tikiş köndələn ölçüyə uyğun gəlirdisə, onda baş 900, əgər oxabənzər tikiş çəp ölçülərin 
birin
ə uyğun gəlirdisə və ənsə qismən önə yönəlmişdisə (ön görkəm) onda baş 450 dönür. Əgər oxabənzər tikiş çəp öçülərin birinə 
uyğun gəlir və ənsə arxaya baxırsa (arxa görkəm), onda baş 1350 dönür (soldan sağa – I mövqe, sağdan sola II mövqe) (şəkil:5-12). Bu 
zaman gövd
ə də daxili dönüşünü edir, arxa görkəmdən ön görkəmə keçir. Daxili dönmə zamanı döl başının hərəkəti vint-vari olur. Döl 
başının daxili dönməsi müxtəlif səbəblərlə əlaqədardır. Ən geniş yayılmış nəzəriyyə-yə görə, irəliləyən baş çanağın ölçülərinə 
uyğunlaşır. Baş ən kiçik en dairəsi ilə (kiçik çəp ölçü) ça-nağın böyük ölçülərindən keçir. Çanaq girəcəyində ən böyük ölçü-köndələn, 
boşluqda-çəp, çıxacaq-da-düz ölçü olduğundan, dölün başı əvvəlcə köndələn ölçüdən çəp ölçüyə və sonra düz ölçüyə ke-çir. Başın 
ənsə nahiyyəsi ilə önə dönməsində bir neçə amilin rolu var:


39 
1.Çanağın quruluşu. Çanağın ön divarı (qasıq birləşməsi) arxa divardan (oma) alçaq olduğun-dan irəliləyən başa az müqavimət göstərir;
2.Çanaq dibi əzələləri. Bu əzələlərin xüsusilə levotorların yığılması ənsənin önə dönməsinə səbəb olur. Dönmə nəticəsində başın həcmli 
hissəsi omaönü sahəyə istiqamətlənir.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin