TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Medikamentoz ağrısızlaşdırma metodları



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə74/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   70   71   72   73   74   75   76   77   ...   141
DƏRSLİK

Medikamentoz ağrısızlaşdırma metodları. 
Doğuşun medikamentoz ağrısızlaşdırılması za-manı dərman preparatı seçərkən çöx 
diqqətli olmaq lazımdır. Çünki elə bir sedativ və ya yuxugətiri-ci analgetik yoxdur ki, ciftdən dölə keçməsin və ona təsir etməsin. Dərman 
preparatı yeridilərkən doğuşun dövrü də nəzərə alınmalıdır. Doğuş zamanı ağrıların ən çox ehtimal olunan səbəbi – uşaq-lıq boynunun 
açılmasıdır: odur ki, ağrıkəsici vasitələri uşaqlıq boynu 3-4 sm açıldıqda təyin edilir, ehtimal olunan doğuş anına 2-3 saat qalmış 
dayandırılır. Ən kəskin ağrılar uşaqlıq boynu 9-10 sm açıldıqda baş verir, lakin bu vaxt hər preparatdan istifadə etmək olmaz, çünki bu 
preparatlar döl do-
ğulduqdan sonra ona təsir edə bilər.
Dölün yetişkənlik dərəcəsi nəzərə alınmalıdır: dölün və yenidoğulmuşun qara ciyəri yetişkən olmadıqda narkotik vasitələr onlara daha 
uzun müddət təsir göstərir. Bu onu göstərir ki, analgetiklə-rin tətbiqinin vahid sxemi ola bilməz.
Mamalıq təcrübəsində sedativ, yuxugətirici vasitələrdən, trankvilizatorlardan, narkotiklərdən və analgetiklərdən istifadə edilir. Preparatlar 
daha tez sorulsun deyə əzələ daxilinə yeridilir.
Aşağıdakı sxemdə ağrısızlaşma aparmaq olar:
– doğuş fəaliyyətinin başlanğıcında, açılma dövrünün latent fazasında (uşaqlıq boynu 3-4 sm açıqdır) ağrılar nisbətən az olur. Bu zaman 
gərginliyi və qorxunu götürmək üçün trankvilizatorlar tətbiq edilir (trioksazin 0,3-0,6 və ya elenium 0,01-0,015 və s.);
– müntəzəm doğuş fəaliyyətinin inkişafında, sancılar çox ağrılı olduqda inhalasion və ya qey-ri-inhalasion analgetiklərin sedativ və ya 
spazmolitiklərlə qarışığı təyin edilir. Zəif iradəli qadınlara akupunktura, elektroanalgeziya tətbiq etmək olar;
– ağrısızlaşdırmanın bu metodları effekt vermədikdə, ekstragenital patologiya, hipertenziv və-ziyyət, disskoordinasiyalı doğum fəaliyyəti 
zamanı epidural (peridural) anesteziya tətbiq edilə bilər.
Bundan başqa praktik fəaliyyətdə ağrıkəsicilərin müxtəlif kombinasiyalarından (sedativ və spazmolitiklər) istifadə olunur: promedol (20-
40 mq) + papaverin (40 mq); promedol (20-40 mq) + seduksen (10 mq ) + papaverin (50 mq); maradol (1-2 mq) + seduksen (10 mq) + 
no-
şpa (40 mq); tramol (100 mq)+ dimedrol (20 mq )+ no-şpa (40 mq).
Daha tez effekt almaq üçün bu preparatlar vena daxilinə yeridilməlidir. Preparatların təsiri 10-20 dəqiqə sonra başlayır və 2 saat davam 
edir, preparatların yuxarıdakı kombinasiyaları yeridildik-dən sonra dölün ürək ritminin monotonluğu müşahidə edilir, doğuş fəaliyyəti 
davam edir. 30-
60% doğanlarda ağrılar xeyli azalır.
Analgetiklərin dozasının artırılması və ya inyeksiyalar arası intervalın azaldılması hesabına ağtısızlaşdırmaya nail olmaq cəhdləri doğum 
fəaliyyəti zəifliyi, doğuş zamanı artıq qan itkisi, dölün narkotik depressiyası ilə üzləşmə təhlükəsi yaradır. Ağrısızlaşdırma zamanı 
analgetik və spazmoli-tiklərlə birlikdə müxtəlif trankvilizatorların tətbiqi geniş yayılmışdır. Trankvilizatorlar qorxu və mənfi emosiyalar 
fonunda dəyişən ağrı qıcıqları zamanı beyin qabığının funksional vəziyyətini nor-mallaşdırır. Doğan qadınlarda ətraf qıcıqlara qarşı 
reaksiyanın itiliyi zəifləyir, narahatlıq və həyacan azalır.
Doğuş aktı normal getdikdə doğan qadınlara trankvilizatorlar (trioksazin, meprobamat) təyin edilir, eyni zamanda əzələ daxilinə 
spazmolitiklər yeridilir (qanqleron, no-şpa).
Yüksək psixi reaksiyaları olan qadınlara trankvilizatorların dozasını iki dəfə artırırlar (triok-sazin-0,6 qr, meprobamat-0,4 qr), əzələ 


43 
daxilinə promedol, pipolfen və ya dimedrol yeridilir. Anal-geziyanın qüvvətləndirilməsi üçün ağrıkəsiciləri 3-4 saatdan tez olmamaq 
şərtilə, yarı dozada təkrarlamaq 
Uşağın doğulmasına iki saatdan az qaldıqda promedol yerit-mək olmaz, 
çünki preparat dölün tənəffüs mərkəzini zəiflədə bilər.
Doğuş zamanı neyroleptik təsirli droperi-dol (2-4 ml) preparatının 
fentanillə (2-4 ml) qarı-şığı ilə neyroleptanalgeziya edilir. Droperidol sa-
kitləşdirici effekt verməklə, narkotik analgetik vasitələrin fəaliyyətini 
potensiallaşdırılır. Neyro-leptanalgeziya zamanı ağrısızlaşdırma, psixi sa-
kitlik halı yaranır, hemodinamika sabitləşir.
Mamalıq təcrübəsındə 0,5%-li novakain, 10%-li lidokain yaxud 1,0%-li 
xlorprokaindən istifadə etməklə, pudendal və ya yerli ağrısız-laşdırmadan 
geniş istifadə edilir.
Pudendal anesteziya aparmaq üçün oturaq qabarlarından 2 sm medial 
istiqamətdə sol və sağ tərəfdə yerləşən cinsiyyət sinirinin olduğu nöqtəyə 
yuxarıda qeyd olunan məhlullardan 10 ml yeridi-lir. Əlavə olaraq, 
cinsiyyət dodaqlarının əsasına və qasıq bucağı nahiyyəsinə 50-60 ml, 
0,5%-li no-
vakain məhlulu yeridilir (şəkil:5-17).
Reridural anesteziya ağrısızlaşdırmanın müasir metodlarindandır (şəkil:5-
18). Uzunmüddətli peridural anesteziya (UPA) bir sira üstünlüklərə 
malikdir, belə ki, buna ağrısızlaşdırmanın yüksək effektivliyi (92-95% ), istifadə edilən alətlərin sadəliyi, xəstənin ayıq saxlanılması 
imkanı, uşaqlığın və böyrəklərin qan dövranını yaxşılaşdıran simpatik blokadanın mövcudluğu, doğuş fəaliyyətinə, ana və dölün 
vəziyyətinə zəiflədici təsirin olmaması aiddir. 


Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin